AzTehsil.com


Xəbərlər
15 oktyabr 2019
1 748


“Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda konfrans



“Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda konfrans

 

 
Oktyabrın 15-də Bakı şəhəri təhsil işçilərinin "Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda konfransı keçirilib.

Konfransda Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respubika Komitəsinin sədr müavini, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Mirzə Cəfərzadə, Təhsil Nazirliyinin və BŞTİ-nin struktur bölmə rəhbərləri, məktəb direktorları, müəllimlər və media nümayəndələri iştirak ediblər.

Tədbirdən öncə konfrans iştirakçıları Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub və tər çiçəklər düzüblər.

Konfrans Bakı məktəblilərindən ibarət birləşmiş xor kollektivinin ifasında Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra BŞTİ-nin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə BŞTİ-nin müdiri Rəşad Tağıyev çıxış edib.

Konfrans iştirakçılarını salamlayan idarə müdiri ölkəmizdə təhsilin inkişafına böyük diqqət göstərildiyini, Prezident İlham Əliyev tərəfindən Azərbaycan təhsilində sistemli islahatlar aparıldığını, ümummilli liderin təhsil siyasətinin uğurla davam etdirildiyini bildirib.

BŞTİ müdiri əldə edilmiş nailiyyətlərin məhz dövlət qayğısının nəticəsi olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb.

R.Tağıyev ötən tədris ilinin keyfiyyətin artırılması istiqamətində görülən məqsədyönlü işlər və parlaq uğurlarla yadda qaldığını söyləyib, perspektiv məsələlərdən bəhs edib. İdarə müdiri çıxışı zamanı 2019-2020-ci tədris ilində daha yüksək nailiyyətlər qazanılacağına əminliyini ifadə edib.

BŞTİ müdiri bildirib ki, 2019-2020-ci dərs ilində Təhsil Nazirliyinin "Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” əmrində və "Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” əmri ilə təsdiq olunmuş Fəaliyyət Planında müəyyən olunmuş hədəflərin yerinə yetirilməsi üzrə işlərin davam etdirilməsi nəzərdə tutulur.

Konfransda çıxış edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Azərbaycan ümumi təhsilinin flaqmanı olan paytaxtın ümumi təhsil müəssisələrində keyfiyyətli tədris, şagirdlərin təhsilə marağının artırılması, onların bilik səviyyəsinin yüksəldilməsi, istedadlı şagirdlərin aşkara çıxarılması məqsədilə ötən tədris ilində görülən işləri və reallaşdırılan layihələri yüksək qiymətləndirdiyini bildirib.

Nazir müavini təhsil sahəsindəki uğurlardan və mövcud problemlərin həlli istiqamətində atılacaq addımlardan danışıb. M.Vəliyeva respublika üzrə bilik yarışlarında, beynəlxalq olimpiadalarda və ali məktəblərə qəbul imtahanlarında uğur qazanan şagirdlərin sayının ilbəil artdığını bildirib.

Nazir müavini tədris prosesinin təşkili, məktəblilərin dərs yükü, təcrübə mübadiləsi, şagird və valideynlərlə işin düzgün qurulması, monitorinqin səmərəli aparılması, məktəbdaxili qiymətləndirmə və digər vacib məsələləri nəzərə çatdırıb.

M.Vəliyeva eyni zamanda məktəb idarəetməsi, məktəblərin reytinqi, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, təmayülləşmə və ümumilikdə, tədrisin keyfiyyətinin yüksəldilməsi kimi məsələlərin növbəti tədris ilində əsas prioritet istiqamətlərdən olacağını vurğulayıb.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə çıxışı zamanı bildirib ki, təhsil sahəsində həyata keçirilən məqsədyönlü islahatlar, dövlət tərəfindən təhsil işçilərinə göstərilən qayğı razılıqla qarşılanır və müsbət nəticələrlə müşayiət olunur. Əldə olunan uğurlar cari tədris ilində də inkişaf dinamikasının qorunub saxlayacağını deməyə əsas verir.

Konfransda BŞTİ-nin Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Qədiməliyev və 232 nömrəli tam orta məktəbin direktoru Məhluqə Əzizova da çıxış ediblər.

Tədbir bədii kompozisiya ilə yekunlaşıb.



Загрузка...
Həmçinin oxuyun:
Paytaxt məktəblərinin direktorları ilə görüş keçirilib

Paytaxt məktəblərinin direktorları ilə görüş keçirilib

Məktəb direktorları üzərlərinə düşən məsuliyyəti düzgün dəyərləndirməlidirlər

Məktəb direktorları üzərlərinə düşən məsuliyyəti düzgün dəyərləndirməlidirlər

Təhsil ilinin yekunları müzakirə olundu

Təhsil ilinin yekunları müzakirə olundu

Sumqayıt, Şəmkir, Astara, Goranboy və Ağstafada sentyabr konfransları

Sumqayıt, Şəmkir, Astara, Goranboy və Ağstafada sentyabr konfransları

Bakı şəhəri üzrə təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib

Bakı şəhəri üzrə təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib

Qaradağ rayonunun daha üç məktəbində görüşlər keçirilib

Qaradağ rayonunun daha üç məktəbində görüşlər keçirilib

Sentyabr konfransının plenar müşavirələri başlayıb

Sentyabr konfransının plenar müşavirələri başlayıb

Nərimanovda təhsil müzakirələrinə Start Verildi

Nərimanovda təhsil müzakirələrinə Start Verildi

Siyəzən, Göyçay, Bərdə və Zərdabda sentyabr konfransları

Siyəzən, Göyçay, Bərdə və Zərdabda sentyabr konfransları

Məktəblərdə metodiki işin, psixoloji xidmətin və məktəb kitabxanalarının fəaliyyətinin təşkili ilə bağlı seminarlar yekunlaşıb

Məktəblərdə metodiki işin, psixoloji xidmətin və məktəb kitabxanalarının fəaliyyətinin təşkili ilə bağlı seminarlar yekunlaşıb

Məktəb direktorları və müəllimlər üçün "Dəyirmi Masa" keçirilib

Məktəb direktorları və müəllimlər üçün "Dəyirmi Masa" keçirilib

“Bir müddət sonar BŞTİ-nə yeni sədr təyin olunacaq” – NAZİR MÜAVİNİ

“Bir müddət sonar BŞTİ-nə yeni sədr təyin olunacaq” – NAZİR MÜAVİNİ

Təhsil işçilərinin respublika konfransı davam edir

Təhsil işçilərinin respublika konfransı davam edir

“Ümumi təhsil: mövcud vəziyyət və hədəflər” mövzusunda müşavirə

“Ümumi təhsil: mövcud vəziyyət və hədəflər” mövzusunda müşavirə

“Sənaye – peşə təhsili: birgə əməkdaşlıq, birgə inkişaf” mövzusunda konfrans

“Sənaye – peşə təhsili: birgə əməkdaşlıq, birgə inkişaf” mövzusunda konfrans

Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsinin 50 illiyi ilə bağlı tədbir

Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsinin 50 illiyi ilə bağlı tədbir

Bakıda məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 2-də başlayacaq

Bakıda məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 2-də başlayacaq

“Yay məktəbi” başa çatıb

“Yay məktəbi” başa çatıb

Valideyinlər şagirdlərin dərsini izlədilər

Valideyinlər şagirdlərin dərsini izlədilər

Gəncədə təhsil işçilərinin konfransı keçirilib

Gəncədə təhsil işçilərinin konfransı keçirilib

BŞTİ: «Son zəng» günü məktəblərdə təhlükəsizlik tədbirləri tam təmin olunacaq

BŞTİ: «Son zəng» günü məktəblərdə təhlükəsizlik tədbirləri tam təmin olunacaq

ADPU-da “Məktəblinin dostu” layihəsinin iştirakçılarına sertifikatlar verilib

ADPU-da “Məktəblinin dostu” layihəsinin iştirakçılarına sertifikatlar verilib

“Media və təhsil dialoqu” çərçivəsində təlim-konfrans

“Media və təhsil dialoqu” çərçivəsində təlim-konfrans

Təhsil Naziri əmr imzaladı - Rəşad Məcid sədr müavini təyin olundu

Təhsil Naziri əmr imzaladı - Rəşad Məcid sədr müavini təyin olundu