Xəbərlər, MÜƏLLİM
05 iyul 2019
253

Təhsil naziri Siyəzən şəhərində vətəndaşları qəbul edib


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Təhsil naziri Siyəzən şəhərində vətəndaşları qəbul edib

 

 
İyulun 5-də Təhsil naziri Ceyhun Bayramov Siyəzən şəhərindəki Heydər Əliyev Mərkəzində Xaçmaz, Siyəzən və Şabran rayon sakinlərini qəbul edib.

Qəbuldan əvvəl Təhsil naziri Ceyhun Bayramov və Siyəzən Rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda qeyd olunan rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.

Nazir vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək onların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib.

Qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və yerdəyişməsi, məktəb binalarının təmiri, təhsilalanların köçürülməsi və yaxud ixtisasının dəyişdirilməsi, həmçinin digər məsələlərlə bağlı müraciətlər edib.

Həmin gün Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva da Quba şəhərindəki Mədəniyyət Mərkəzində Quba və Qusar rayon sakinlərini, bu rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünləri qəbul edib.

Vətəndaşların qəbulundan öncə nazir müavini Məhəbbət Vəliyeva və Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverdi Xudaverdiyev ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Qəbula gələn vətəndaşların müraciətləri dinlənilib. Bir sıra müraciətlərlə bağlı konkret tapşırıqlar verilib.

Qəbuldan sonra nazir müavini rayonun Alekseyevka və Birinci Nügədi kəndlərində yeni məktəb binalarının tikinti işləri ilə tanış olub. Bildirilib ki, rayonun Alekseyevka kəndində 960, Birinci Nügədi kəndində isə 792 şagird yerlik yeni tədris binaları inşa olunur. Hər iki məktəb binasının növbəti tədris ilində istifadəyə verilməsi nəzərdə tutulur.




Whatsapp'ta Paylaş



Загрузка...
loading...

Həmçinin oxuyun:
Təhsil naziri Şəkidə vətəndaşları qəbul edib

Təhsil naziri Şəkidə vətəndaşları qəbul edib

Siyəzən və Qubada vətəndaşlar qəbul ediləcək

Siyəzən və Qubada vətəndaşlar qəbul ediləcək

Nazir müavini Qaxda vətəndaşları qəbul edib

Nazir müavini Qaxda vətəndaşları qəbul edib

Təhsil naziri Şəki şəhərində vətəndaşları qəbul edəcək

Təhsil naziri Şəki şəhərində vətəndaşları qəbul edəcək

Təhsil Nazirliyi: Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayon sakinləri üçün videoqəbul təşkil olunacaq

Təhsil Nazirliyi: Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayon sakinləri üçün videoqəbul təşkil olunacaq

Təhsil işçiləri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Təhsil işçiləri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Təhsil naziri Ağcabədi şəhərində vətəndaşları qəbul edir

Təhsil naziri Ağcabədi şəhərində vətəndaşları qəbul edir

Təhsil naziri Neftçala şəhərində vətəndaşları qəbul edib

Təhsil naziri Neftçala şəhərində vətəndaşları qəbul edib

Ceyhun Bayramov Ucarda vətəndaşlarla görüşəcək

Ceyhun Bayramov Ucarda vətəndaşlarla görüşəcək

Təhsil naziri Neftçala şəhərində vətəndaşları qəbul edəcək

Təhsil naziri Neftçala şəhərində vətəndaşları qəbul edəcək

Təhsil naziri Tərtərdə vətəndaşları qəbul edib

Təhsil naziri Tərtərdə vətəndaşları qəbul edib

Təhsil naziri Qazax şəhərində vətəndaşları qəbul edəcək

Təhsil naziri Qazax şəhərində vətəndaşları qəbul edəcək

Təhsil naziri Xızıda vətəndaşlarla görüşəcək

Təhsil naziri Xızıda vətəndaşlarla görüşəcək

Məleykə Abbaszadə vətəndaşlarla görüşdü, müraciətlər yerindəcə həll edildi

Məleykə Abbaszadə vətəndaşlarla görüşdü, müraciətlər yerindəcə həll edildi

Təhsil naziri Tovuzda vətəndaşları qəbul edib

Təhsil naziri Tovuzda vətəndaşları qəbul edib

Təhsil naziri Zaqatala şəhərində vətəndaşları qəbul edəcək

Təhsil naziri Zaqatala şəhərində vətəndaşları qəbul edəcək

Məleykə Abbaszadə iyunun 8-də Daşkəsən rayonunda vətəndaşları qəbul edib

Məleykə Abbaszadə iyunun 8-də Daşkəsən rayonunda vətəndaşları qəbul edib

Təhsil naziri Göyçayda vətəndaşları qəbul edib

Təhsil naziri Göyçayda vətəndaşları qəbul edib

Ucar, Zərdab, Göyçay və Ağcabədi rayon sakinlərinin nəzərinə!-Nazir vətəndaşları qəbul edəcək

Ucar, Zərdab, Göyçay və Ağcabədi rayon sakinlərinin nəzərinə!-Nazir vətəndaşları qəbul edəcək

Təhsil naziri Şamaxı şəhərində vətəndaşları qəbul edib

Təhsil naziri Şamaxı şəhərində vətəndaşları qəbul edib

Təhsil naziri Yardımlı şəhərində vətəndaşları qəbul edəcək

Təhsil naziri Yardımlı şəhərində vətəndaşları qəbul edəcək

Təhsil naziri Ağdaş şəhərində vətəndaşları qəbul edəcək

Təhsil naziri Ağdaş şəhərində vətəndaşları qəbul edəcək

Təhsil naziri Şabranda vətəndaşları qəbul edib

Təhsil naziri Şabranda vətəndaşları qəbul edib

Mikayıl Cabbarov Lənkəranda vətəndaşları qəbul edib

Mikayıl Cabbarov Lənkəranda vətəndaşları qəbul edib