AzTehsil.com


Xəbərlər
02 sentyabr 2019
1 622


Sentyabr konfransının plenar müşavirələri başlayıb



Sentyabr konfransının plenar müşavirələri başlayıb

 

 
Sentyabrın 2-də Mingəçevir, Quba və Şamaxı təhsil işçilərinin sentyabr konfransının plenar müşavirələri keçirilib.

Mingəçevir şəhər Dövlət Dram Teatrında keçirilən sentyabr konfransında Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Mingəçevir şəhər, Yevlax və Ağdaş rayon təhsil şöbələrinin müdirləri, məktəb direktorları və təhsil işçiləri iştirak ediblər.

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva çıxış edərək ötən dərs ilinin yekunları, əldə olunan nailiyyətlər və perspektiv məsələlərdən bəhs edib, ümumi təhsilin müxtəlif istiqamətləri üzrə görülmüş işlərə diqqət çəkib. Nazir müavini 2019-2020-ci tədris ili üçün əsas prioritet məsələlərdən söz açıb, bununla bağlı bağlı tapşırıq və tövsiyələrini  verib. 

Konfransda iştirak edən Mingəçevir şəhər, Yevlax və Ağdaş rayonlarının təhsil şöbələrinin müdirləri ötən tədris ilinə dair hesabat məruzəsi ilə çıxış ediblər.

Sonra  yeni tədris ilinin prioritet məsələləri haqqında fikir mübadiləsi aparılıb.

 

***

 

Quba şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Quba, Qusar və Xaçmaz rayonlarının təhsil işçilərinin sentyabr konfransının plenar müşavirəsi keçirilib.

Müşavirədə Təhsil Nazirliyinin aparat rəhbəri Muxtar Məmmədov, Quba, Qusar və  Xaçmaz rayonlarının təhsil şöbələrinin rəhbərləri və əməkdaşları, məktəb direktorları, direktor müavinləri, məktəb psixoloqları və təhsil işçiləri iştirak ediblər.

Konfransda müvafiq rayon təhsil şöbələrinin müdirləri 2018-2019-cu tədris ili ərzində görülən işlər və qarşıda duran məsələlər barədə hesabat məruzəsi ilə çıxış ediblər.

Təhsil Nazirliyinin aparat rəhbəri Muxtar Məmmədov çıxış edərək təhsil sahəsində həyata keçirilən yeniliklər və nəzərdə tutulan hədəflərdən danışıb.

Muxtar Məmmədov qarşıda duran vəzifələrlə bağlı tapşırıq və tövsiyələri konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Konfrans növbəti tədris ili ilə bağlı müzakirələrlə davam etdirilib.

 

***

 

Şamaxı şəhər Mədəniyyət mərkəzində Şamaxı, İsmayıllı  və Qobustan rayonlarının  təhsil işçilərinin sentyabr konfransının plenar müşavirəsi keçirilib.

Konfransda Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Fərzəli Qədirov, sözügedən rayonların təhsil şöbələrinin müdirləri, məktəb direktorları və təhsil işçiləri iştirak ediblər.

Əvvəlcə Şamaxı, İsmayıllı və Qobustan rayonlarının təhsil şöbələrinin müdirləri 2018-2019-cu tədris ilinin yekunları ilə əlaqədar hesabat məruzəsi ilə çıxış ediblər.

Daha sonra Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Fərzəli Qədirov çıxış edərək məruzələrə öz münasibətini bildirib. 

Sonda yeni tədris ilinin prioritet məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb

Qeyd edək ki, təhsil işçilərinin sentyabr konfransları Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmrinə əsasən keçirilir. Təhsil işçilərinin sentyabr konfransları plenar müşavirə və metodiki bölmə iclaslarından ibarət olmaqla 2 gün ərzində keçiriləcək. Plenar müşavirələr 2-6 sentyabr tarixlərində təşkil ediləcək. Plenar müşavirələrin zonalar üzrə keçirilməsi məqsədəmüvafiq hesab olunub.

Metodik bölmə iclasları hər bir zona üzrə plenar müşavirə başa çatdıqdan sonra yerli təhsili idarəetmə orqanlarının müəyyən etdiyi tarixdə təşkil olunacaq və sentyabrın 10-dək başa çatacaq.



Загрузка...
Həmçinin oxuyun:
Təhsil işçilərinin sentyabr konfransları keçiriləcək

Təhsil işçilərinin sentyabr konfransları keçiriləcək

Təhsil naziri Mikayıl Cabbarov təhsil işçiləri haqqında müvafiq əmr imzalayıb

Təhsil naziri Mikayıl Cabbarov təhsil işçiləri haqqında müvafiq əmr imzalayıb

Bakı şəhəri üzrə təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib

Bakı şəhəri üzrə təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib

Balakən rayon təhsil işçilərinin sentyabr konfransı keçirilib

Balakən rayon təhsil işçilərinin sentyabr konfransı keçirilib

Zona müşavirəsi keçirilib.

Zona müşavirəsi keçirilib.

Təhsil ilinin yekunları müzakirə olundu

Təhsil ilinin yekunları müzakirə olundu

Gəncədə təhsil işçilərinin konfransı keçirilib

Gəncədə təhsil işçilərinin konfransı keçirilib

Məktəb direktorları üzərlərinə düşən məsuliyyəti düzgün dəyərləndirməlidirlər

Məktəb direktorları üzərlərinə düşən məsuliyyəti düzgün dəyərləndirməlidirlər

Balakən:  ötən tədris ilinin yekunları təhsil işçiləri üçün uğurlu olub

Balakən: ötən tədris ilinin yekunları təhsil işçiləri üçün uğurlu olub

Paytaxt məktəblərinin direktorları ilə görüş keçirilib

Paytaxt məktəblərinin direktorları ilə görüş keçirilib

UNEC-də Tələbə Elmi Konfransı keçirilib

UNEC-də Tələbə Elmi Konfransı keçirilib

Təhsil naziri Siyəzən şəhərində vətəndaşları qəbul edib

Təhsil naziri Siyəzən şəhərində vətəndaşları qəbul edib

Məktəb direktorları və müəllimlər üçün "Dəyirmi Masa" keçirilib

Məktəb direktorları və müəllimlər üçün "Dəyirmi Masa" keçirilib

Şuşa rayon nümayəndəliyində uşaq incəsəsənət və musiqi məktəbləri müəllimlərinin zona müşavirəsi keçirilib

Şuşa rayon nümayəndəliyində uşaq incəsəsənət və musiqi məktəbləri müəllimlərinin zona müşavirəsi keçirilib

Respublika çempionatının zona yarışları davam edir

Respublika çempionatının zona yarışları davam edir

2017-2018-ci dərs ili “Ümumi təhsildə keyfiyyət ili” elan edilib

2017-2018-ci dərs ili “Ümumi təhsildə keyfiyyət ili” elan edilib

Təhsil nazirinin müavini Yardımlı rayonunda

Təhsil nazirinin müavini Yardımlı rayonunda

Siyəzən və Qubada vətəndaşlar qəbul ediləcək

Siyəzən və Qubada vətəndaşlar qəbul ediləcək

Xəzər rayonunun təhsil işçiləri ilə görüş

Xəzər rayonunun təhsil işçiləri ilə görüş

Təhsil naziri Mikayıl Cabbarovdan yeni əmr!

Təhsil naziri Mikayıl Cabbarovdan yeni əmr!

Məktəblərdə metodiki işin, psixoloji xidmətin və məktəb kitabxanalarının fəaliyyətinin təşkili ilə bağlı seminarlar yekunlaşıb

Məktəblərdə metodiki işin, psixoloji xidmətin və məktəb kitabxanalarının fəaliyyətinin təşkili ilə bağlı seminarlar yekunlaşıb

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində tədbir

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində tədbir

Təhsil Nazirliyinin kollegiyasının tərkibinə kimlər daxildir?

Təhsil Nazirliyinin kollegiyasının tərkibinə kimlər daxildir?

Nərimanovda təhsil müzakirələrinə Start Verildi

Nərimanovda təhsil müzakirələrinə Start Verildi