Xəbərlər
10 avqust 2019
174

Təhsil naziri: "Beynəlxalq İnformatika Olimpiadası İT sənayesinin inkişafına töhfə verəcək"


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 

 
Bu gün  Heydər Əliyev Mərkəzində 31-ci Beynəlxalq İnformatika Olimpiadasının (IOI) bağlanış mərasimi keçirilib.

Bağlanış mərasimində Təhsil naziri Ceyhun Bayramov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə, xarici ölkə səfirləri və digər rəsmi qonaqlar iştirak ediblər.

Təhsil naziri, "IOI 2019”-un sədri Ceyhun Bayramov olimpiadanın başa çatması münasibətilə iştirakçıları təbrik edib, yarışın yüksək səviyyədə təşkil olunması ilə bağlı təşkilatçılara, qlobal sponsor "Acer” şirkətinə və əməyi keçən digər şəxslərə təşəkkürünü bildirib.

Nazir bundan əlavə, iştirakçılara gələcək həyat və təhsillərin də uğurlar arzulayıb:

"Hər bir gənc dünyanı dəyişmək daha yaxşı etmək imkanına malikdir. Azərbaycan isə  multikultural dəyərlərə sadiq ölkədir. Əminəm ki, Azərbaycan mədəniyyəti, musiqi və mətbəxi ilə tanış olmaq  imkanı əldə etdiniz. Ölkəmizdə multikulturalizm hökm sürür".

Nazir qeyd edib ki, 31-ci Beynəlxalq İnformatika Olimpiadası İT sənayesinin inkişafına töhfə verəcək ölkəmizdə  İT sənayesinin inkişafına töhfə verəcək:

"Təhsil Nazirliyi olaraq da informasiya texnologiyalarının tədrisinə önəm veririk". 

İKT bilik və bacarıqlara yiyələnmənin vacibliyini diqqətə çatdıran nazir ölkəmizin təhsil sahəsində informasiya-kommunikasiya texnologiyalarının geniş şəkildə tətbiqindən də  söz açıb.

Nazir çıxışının sonunda olimpiada qaliblərini təbrik edib və bütün iştirakçılara uğurlar arzulayıb.

Qeyd edək ki, ölkəmizdə ilk dəfə keçirilən Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycan komandası da daxil olmaqla, 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertdən ibarət rəsmi nümayəndə heyətləri iştirak edirdilər.

Olimpiada Təhsil Nazirliyinin təşəbbüsü, ADA Universiteti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və digər dövlət qurumlarının dəstəyi ilə keçirilib. Olimpiadanın rəsmi qlobal sponsoru "Acer” şirkətidir. Bundan başqa, "Azercell Telekom” tədbirin "İstedadların Rəqəmsal Sponsoru”, "PAŞA Bank” isə "İstedad sponsoru” kimi dəstək verib.

Bilik yarışmasının media tərəfdaşı İctimai Televiziyadır (İTV).




Whatsapp'ta Paylaş



Загрузка...
loading...

Həmçinin oxuyun:
Dünya məktəbliləri Bakıda yarışır

Dünya məktəbliləri Bakıda yarışır

31-ci Beynəlxalq İnformatika Olimpiadasının növbəti yarış mərhələsi

31-ci Beynəlxalq İnformatika Olimpiadasının növbəti yarış mərhələsi

31-ci Beynəlxalq İnformatika Olimpiadasının ilk günü

31-ci Beynəlxalq İnformatika Olimpiadasının ilk günü

31-ci Beynəlxalq İnformatika Olimpiadası ilə bağlı mətbuat konfransı

31-ci Beynəlxalq İnformatika Olimpiadası ilə bağlı mətbuat konfransı

Azərbaycan Beynəlxalq İnformatika Olimpiadasına ev sahibliyi edir

Azərbaycan Beynəlxalq İnformatika Olimpiadasına ev sahibliyi edir

Azərbaycanda ilk dəfə keçiriləcək Beynəlxalq İnformatika Olimpiadasının proqramı açıqlanıb

Azərbaycanda ilk dəfə keçiriləcək Beynəlxalq İnformatika Olimpiadasının proqramı açıqlanıb

Beynəlxalq İnformatika Olimpiadasına hazırlıq işləri davam edir

Beynəlxalq İnformatika Olimpiadasına hazırlıq işləri davam edir

Təhsil naziri yüksək bal toplayan müəllimliyə namizədlərlə görüşüb

Təhsil naziri yüksək bal toplayan müəllimliyə namizədlərlə görüşüb

Beynəlxalq İnformatika Olimpiadasının praktiki sessiyası işə başlayıb

Beynəlxalq İnformatika Olimpiadasının praktiki sessiyası işə başlayıb

“Azərbaycan məktəbi” jurnalının 95 illik yubiley tədbiri

“Azərbaycan məktəbi” jurnalının 95 illik yubiley tədbiri

Təhsil naziri gənc liderlərlə görüşüb

Təhsil naziri gənc liderlərlə görüşüb

“İT sənayesinin tendensiyaları və təhsilə təsiri”

“İT sənayesinin tendensiyaları və təhsilə təsiri”

“Xəyal et” İKT yay düşərgəsinin bağlanış mərasimi

“Xəyal et” İKT yay düşərgəsinin bağlanış mərasimi

Bakıda III Robot Olimpiadasına start verilib

Bakıda III Robot Olimpiadasına start verilib

Avropa Olimpiada tarixində bir ilk

Avropa Olimpiada tarixində bir ilk

Mühəndislik və robot texnologiyaları üzrə beynəlxalq olimpiada keçirilib

Mühəndislik və robot texnologiyaları üzrə beynəlxalq olimpiada keçirilib

31-ci Beynəlxalq İnformatika Olimpiadası üzrə birgə iclas

31-ci Beynəlxalq İnformatika Olimpiadası üzrə birgə iclas

Təhsil naziri Ceyhun Bayramov Dünya Təhsil Forumunda çıxış edib

Təhsil naziri Ceyhun Bayramov Dünya Təhsil Forumunda çıxış edib

Təhsil naziri müəllimləri təbrik edib

Təhsil naziri müəllimləri təbrik edib

Nazirlik təhsil sahəsində fərqlənən jurnalistləri MÜKAFATLANDIRDI

Nazirlik təhsil sahəsində fərqlənən jurnalistləri MÜKAFATLANDIRDI

İnnovasiya ekosistemi və ali təhsil

İnnovasiya ekosistemi və ali təhsil

Çində dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb

Çində dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb

Tələbələr arasında informatika üzrə Ümumrespublika Olimpiadasının qalibləri müəyyənləşib (FOTO)

Tələbələr arasında informatika üzrə Ümumrespublika Olimpiadasının qalibləri müəyyənləşib (FOTO)

“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”na start verilib

“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”na start verilib