AzTehsil.com


Xəbərlər
08 avqust 2019
1 969


31-ci Beynəlxalq İnformatika Olimpiadasının növbəti yarış mərhələsi



31-ci Beynəlxalq İnformatika Olimpiadasının növbəti yarış mərhələsi

 

 

Avqustun 8-də 31-ci Beynəlxalq İnformatika Olimpiadasının növbəti yarış mərhələsi keçirilir.

Bu mərhələdə olimpiada iştirakçıları onlara təqdim edilən 3 sualı 5 saat ərzində cavablandırmalıdırlar.

Yarışın yekun nəticələrinin avqustun 9-da elan edilməsi nəzərdə tutulub.

Azərbaycanda ilk dəfə təşkil olunan Beynəlxalq İnformatika Olimpiadasında iştirak üçün milli komandamız da daxil olmaqla, 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertin qatıldığı bu bilik yarışı özünün zəngin proqramı ilə seçilir.

Yarış iştirakçılarının asudə vaxtlarını səmərəli keçirmələri üçün maraqlı mədəni proqram da təşkil olunub. Avqustun 7-də Beynəlxalq İnformatika Olimpiadasının iştirakçıları üçün Azərbaycan Milli Xalça Muzeyi, Heydər Əliyev Mərkəzi və Nobel qardaşlarının ev-muzeyinə ekskursiyalar təşkil edilib. İştirakçılar həmçinin "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda olublar. Qoşa Qala küçəsindən başlayan gəzinti zamanı olimpiada iştirakçıları Qala divarları və tarix-memarlıq abidələri barədə məlumatlandırılıb. Qonaqlar "Qız qalası” və digər abidələrlə yaxından tanış olublar.

Qeyd edək ki, "IOI” beş beynəlxalq olimpiadadan və dünyanın ən nüfuzlu kompüter elmləri yarışlarından biridir. Bu nüfuzlu beynəlxalq yarışda ölkəmizi indiyə qədər 24 dəfə təmsil edən Azərbaycan komandaları 1 gümüş və 4 bürünc olmaqla, ümumilikdə, 5 medal qazanıblar.

31-ci Beynəlxalq İnformatika Olimpiadası avqustun 11-nə kimi öz işinə davam edəcək. 

Ölkəmiz üçün böyük əhəmiyyət kəsb edən Beynəlxalq İnformatika Olimpiadası Təhsil Nazirliyinin təşəbbüsü, ADA Universiteti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və digər dövlət qurumlarının dəstəyi ilə keçirilir.

Olimpiadanın rəsmi qlobal sponsoru qismində "Acer” şirkəti çıxış edir. Bundan başqa, yerli şirkətlər – ölkənin lider mobil operatoru "Azercell Telekom” tədbirin "İstedadların rəqəmsal sponsoru”, "PAŞA Bank” isə «İstedad sponsoru” kimi dəstək verir.

İctimai Televiziya (İTV) Olimpiadanın baş media tərəfdaşıdır.



Загрузка...
Həmçinin oxuyun:
31-ci Beynəlxalq İnformatika Olimpiadasının ilk günü

31-ci Beynəlxalq İnformatika Olimpiadasının ilk günü

Azərbaycan Beynəlxalq İnformatika Olimpiadasına ev sahibliyi edir

Azərbaycan Beynəlxalq İnformatika Olimpiadasına ev sahibliyi edir

Azərbaycanda ilk dəfə keçiriləcək Beynəlxalq İnformatika Olimpiadasının proqramı açıqlanıb

Azərbaycanda ilk dəfə keçiriləcək Beynəlxalq İnformatika Olimpiadasının proqramı açıqlanıb

Beynəlxalq İnformatika Olimpiadasına hazırlıq işləri davam edir

Beynəlxalq İnformatika Olimpiadasına hazırlıq işləri davam edir

31-ci Beynəlxalq İnformatika Olimpiadası ilə bağlı mətbuat konfransı

31-ci Beynəlxalq İnformatika Olimpiadası ilə bağlı mətbuat konfransı

Beynəlxalq İnformatika Olimpiadasının praktiki sessiyası işə başlayıb

Beynəlxalq İnformatika Olimpiadasının praktiki sessiyası işə başlayıb

31-ci Beynəlxalq İnformatika Olimpiadası üzrə birgə iclas

31-ci Beynəlxalq İnformatika Olimpiadası üzrə birgə iclas

“BİO-da şansımız çoxdur, bu təmsilçilərimiz medal qazana biləcəklər” –Etibar  Əliyev

“BİO-da şansımız çoxdur, bu təmsilçilərimiz medal qazana biləcəklər” –Etibar Əliyev

“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”na start verilib

“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”na start verilib

Tələbələr arasında informatika üzrə Ümumrespublika Olimpiadasının qalibləri müəyyənləşib (FOTO)

Tələbələr arasında informatika üzrə Ümumrespublika Olimpiadasının qalibləri müəyyənləşib (FOTO)

Azərbaycanlı şagirdlərdən növbəti uğur

Azərbaycanlı şagirdlərdən növbəti uğur

51-ci Beynəlxalq Kimya Olimpiadasından iki medal

51-ci Beynəlxalq Kimya Olimpiadasından iki medal

Beynəlxalq olimpiadalara hazırlıq düşərgələri təşkil edilib

Beynəlxalq olimpiadalara hazırlıq düşərgələri təşkil edilib

Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinə mediatur

Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinə mediatur

Azərbaycanlı məktəblilər Moskvada Beynəlxalq Rus Dili Olimpiadasının qalibi olublar

Azərbaycanlı məktəblilər Moskvada Beynəlxalq Rus Dili Olimpiadasının qalibi olublar

Olimpiadaların "qızıl qaydaları" - beynəlxalq uğurun şərtləri

Olimpiadaların "qızıl qaydaları" - beynəlxalq uğurun şərtləri

Beynəlxalq olimpiadalara hazırlıq komandaları Tehranda

Beynəlxalq olimpiadalara hazırlıq komandaları Tehranda

Növbəti uğurumuz

Növbəti uğurumuz

Olimpiadaçılarımız 5 medalla qayıdır

Olimpiadaçılarımız 5 medalla qayıdır

Məktəblimiz beynəlxalq olimpiadanın qalibi olub

Məktəblimiz beynəlxalq olimpiadanın qalibi olub

II Məntiq Olimpiadasının ilk turunun nəticələri açıqlanıb

II Məntiq Olimpiadasının ilk turunun nəticələri açıqlanıb

Mühəndislik və robot texnikası üzrə olimpiadanın qalibləri beynəlxalq çempionatda

Mühəndislik və robot texnikası üzrə olimpiadanın qalibləri beynəlxalq çempionatda

Riyaziyyat Olimpiadasından ilk medal

Riyaziyyat Olimpiadasından ilk medal

Məktəblilərarası II Məntiq Olimpiadasının ilk turu keçirilib

Məktəblilərarası II Məntiq Olimpiadasının ilk turu keçirilib