AzTehsil.com


Xəbərlər / Direktor
26 iyul 2019
2 317


Məktəb rəhbərlərindən DİQ imtahanları ilə bağlı təkliflər: Əlavə təlimlər, cavabların göstərilməsi....



Məktəb rəhbərlərindən DİQ imtahanları ilə bağlı təkliflər: Əlavə təlimlər, cavabların göstərilməsi....

 

 
Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə elektron sənəd qəbulu artıq başa çatıb. Nəticələrə görə, 3403 namizəd elektron qeydiyyatdan keçib. Onlardan 2273 nəfərin elektron ərizəsi təsdiqlənib.

Müsabiqənin növbəti mərhələsi-test imtahanlarının tarixi barədə namizədlərin şəxsi səhifələrinə məlumat göndəriləcəyi bildirilib.

Hazırda elektron ərizəsini təsdiqləyən namizədlərin çox maraqlandığı mövzulardan biri də test imtahanının təşkili, sualların tərtibatı ilə bağlıdır. Çoxları imtahanda uğur qazanmağın daha asan və effektiv yolunu axtarır.

AzEdu.az namizədlərin bu istəyini nəzərə alaraq əvvəlki illərdə imtahanda iştirak edərək, uğur qazanmış namizədlərin tövsiyələrini təqdim edir:

"...test imtahanında uğur qazanmaqla direktor olmaz”

Rəşad Kazımlı hazırda Ağdam rayonu 148 nömrəli məcburi köçkün tam orta məktəbinin direktorudur. İmtahan hazırlıqla bağlı məsləhətlərini soruşduqda bildirir ki, ixtisasca riyaziyyat müəllimi olsa da, bütün məsələlərə bədii yanaşmağı üstün tutur:

"Direktor olmaq istəyən namizəd gələcəyi düşünməlidir. Onun məqsədi olmalı, vətəndaşlıq borcunu dərk etməlidir. Hazırlaşarkən dünyagörüşünə söykənmək lazımdır. Namizəd gələcəkdə işini hansı istiqamətdə quracaqsa, o məqamlara diqqət etməlidir. Məqsəd olmayanda biliyin də heç bir mənası qalmır.

Namizəd özünə sual verməlidir: "Mən bu işi istəyirəmmi?” "Bu işdə çalışaraq nə kimi fayda verə bilərəm?” "Hansı yenilikləri edə, nə ilə yadda qala biləcəyəm?” və s. Yalnız özünü bu işə hazır hiss etdikdən sonra müsabiqədə iştirak etməlidir. Yalnız qanunvericiliyi oxuyub test imtahanında uğur qazanmaqla direktor olmaz. Mübarizə insanın daxilində başlamalıdır. O, uğur qazanacağına özü inanmırsa, müsahibədə də kimsəni inandıra bilməyəcək. Namizəd test suallarına gələcək fəaliyyətini nəzərə alaraq praktiki hazırlaşmalıdır”.

"Məndən yüksək bal toplayanlar müsahibə mərhələsindən kəsildilər. Çünki...”

Rəşad müəllimin imtahandakı məntiq suallarına da yanaşması fərqlidir. Onun fikrincə, namizədin dünyagörüşü kasaddır, hansısa problemin öhdəsindən gələ bilmirsə, bir neçə məntiq sualını cavablamaqla direktor işləyə bilməz:

"Məsələn, bu gün hansısa həkim triqonometrik tənliyi bilmədən də xəstəni müayinə edə bilər. Amma bu peşənin sahibi olmaq üçün həmin tənliyi həll etməlidir. Buna baxmayaraq, kimsə fikirləşməsin ki, imtahandan keçdisə, direktor olacaq. Özündə o inamı hiss etməyən adam  imtahandan uğurla keçsə də, yaxşı direktor ola bilməz.

Bəzi məntiq sualları olur: Məsələn, "Pişiyin 2 qulağı belədir, 3-cü olsa, necə olar?” Bunu bilməyən insan da direktor ola bilər. Amma direktor olmaq istəyənin verilən tapşırığa yanaşması əsasdır. Buna görə də, fikrimcə, ən doğru mərhələ müsahibədir.

Məndən yüksək bal toplayanlar müsahibə mərhələsindən kəsildilər. Çünki qaydaları öyrənib testdən keçmək direktor olmaq demək deyil”.

"İmtahana sənədlər üzərində hazırlaşdım”

Göyçay rayon M.Məmmədov adına Potu kənd tam orta məktəbinin direktoru Cavad Cavadzadə isə ötənilki imtahanlarda 35 bal toplayıb. Onun fikrincə, imtahana hazırlıq üçün kitab oxumaqdan daha vacib kriteriyalar var:

"Öz təcrübəmdən deyə bilərəm ki, özgüvən, özünü real qiymətləndirmə, öz bacarığına inam mütləqdir. Mən imtahana sənədlər üzərində hazırlaşdım. Bundan əlavə, Əmək Məcəlləsi, təhsil qanunvericiliyini hissə-hissə oxuyub, mənimsəmək lazımdır.

Kimlərinsə fikrinə önəm vermək deyil, sərbəst olmaq, hədəfə çatmaq üçün istiqamət müəyyənləşdirmək lazımdır”.

"Bütün namizədlər təxminən, 1 il əlavə təlimə cəlb edilsinlər”

O, imtahan suallarının çətinlik səviyyəsini nəzərə alaraq, namizədlərə Əmək Məcəlləsini oxumağa daha çox vaxt ayırmağı məsləhət görüb:

"Bu, həm imtahanda, həm də gələcək iş fəaliyyətində lazım olur.

Bundan əlavə, istərdim, uğur qazanan bütün namizədlər təxminən 1 il əlavə təlimə cəlb edilsinlər. Yeni təyinat alanların birillik idarəetmə təliminə cəlb edilməsi müsbət nəticə verər. Bunu təcrübə proqramı formasında da təşkil etmək mümkündür”.

"Sualdakı bircə söz belə cümlənin mənasını dəyişir”

İsmayıllı rayon Qalacıq kənd tam orta məktəbinin direktoru Ruslan Qasımov isə əvvəlki illərdə keçirilmiş direktorların işə qəbul müsabiqəsinin imtahan mərhələsində 40 sualdan 30-u düzgün cavablayıb:

"İmtahana hazırlaşmaq üçün Əmək Məcəlləsi və Məktəbşünaslıq kitablarından istifadə etmişəm. İmtahanda heç bir sual mənə çətin gəlmədi. Amma hələ də bilmirəm ki, 10 səhvim nədən idi? Namizədlərə məsləhət görürəm ki, Təhsil Qanunvericiliyini diqqətlə oxusunlar. Çünki testlər çox çaşdırıcı olur. Diqqətli olsunlar, sualdakı bircə söz belə cümlənin mənasını dəyişir. Mənim suallarla bağlı heç bir narazılığım olmadı. İmtahanda oxuduqlarımdan kənar heç nə görmədim. Etdiyim səhvlər də, yəqin çaşdırıcı suallara diqqətsiz yanaşmaqdan irəli gəlib. Məsləhət görərdim ki, imtahana hazırlaşmaq üçün 1 ay, 40 gün vaxt sərf etsinlər.

İmtahanla bağlı həmişə şagirdlərimə verdiyim məsləhətlər direktorluğa namizədlərə də aiddir: Bilmədiyiniz sualların üstündə çox dayanmayın, növbəti suala keçin. Geri qayıdanda o sualın cavabı yadınıza düşəcək.

Amma imtahanla bağlı bəzi təkliflərim də var. Məsələn, həm direktor, həm də müəllimlərin işə qəbul müsabiqəsinin test imtahanı mərhələsində namizədlərə səhvləri göstərilsə, yaxşı olardı. Belə olsa , kimsənin ürəyində şübhə qalmaz”.



Загрузка...
Həmçinin oxuyun:
Direktorların işə qəbulu müsabiqəsinin test imtahan mərhələsi nə zaman keçiriləcək?

Direktorların işə qəbulu müsabiqəsinin test imtahan mərhələsi nə zaman keçiriləcək?

Direktorların işə qəbulu müsabiqəsində veriləcək sualların say və bölgüsü - Vacib bilgilər

Direktorların işə qəbulu müsabiqəsində veriləcək sualların say və bölgüsü - Vacib bilgilər

İmtahandan keçib təyinat almayan direktorların aqibəti necə olacaq? - RƏSMİ CAVAB

İmtahandan keçib təyinat almayan direktorların aqibəti necə olacaq? - RƏSMİ CAVAB

Uğur qazananlar sabahdan işə başlayacaqlar

Uğur qazananlar sabahdan işə başlayacaqlar

Direktorluq imtahanlarındakı müsahibə mərhələlərinin qaranlıq məqamları – Sabaha hazırlıq

Direktorluq imtahanlarındakı müsahibə mərhələlərinin qaranlıq məqamları – Sabaha hazırlıq

Məleykə Abbaszadə: "Gənclər valideynlərin himayəsində pensiya yaşına qədər yaşamaq istəyirlər"

Məleykə Abbaszadə: "Gənclər valideynlərin himayəsində pensiya yaşına qədər yaşamaq istəyirlər"

"Bu il direktor olmaq istəyən namizədlərin rekord sayda olacağı gözlənilir"

"Bu il direktor olmaq istəyən namizədlərin rekord sayda olacağı gözlənilir"

Direktorluq imtahanlarındakı müsahibə mərhələlərinin qaranlıq məqamları – Sabaha hazırlıq

Direktorluq imtahanlarındakı müsahibə mərhələlərinin qaranlıq məqamları – Sabaha hazırlıq

Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçiriləcək

Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçiriləcək

Direktor ola bilməyənlər hansı hallarda ehtiyat  kadr siyahısına salınırlar? – Axtarılan  qaydalar

Direktor ola bilməyənlər hansı hallarda ehtiyat kadr siyahısına salınırlar? – Axtarılan qaydalar

Direktor müavini, psixoloq və kitabxanaçı olmaq istəyənlərin imtahan nəticələri AÇIQLANDI

Direktor müavini, psixoloq və kitabxanaçı olmaq istəyənlərin imtahan nəticələri AÇIQLANDI

Bölgə müəllimi Bakı məktəbində direktor müavini ola bilər?

Bölgə müəllimi Bakı məktəbində direktor müavini ola bilər?

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başa çatıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başa çatıb

Müəllimlərin işə qəbul imtahanlarında maksimum nəticə göstərənlər bölgələri seçib

Müəllimlərin işə qəbul imtahanlarında maksimum nəticə göstərənlər bölgələri seçib

Gələn il müəllimlərin işə qəbulu ilə bağlı yeni qaydalar hazırlanacaq

Gələn il müəllimlərin işə qəbulu ilə bağlı yeni qaydalar hazırlanacaq

Müəllimlərdən MİQ imtahanları ilə bağlı qəribə təkliflər: “Məntiq, kurikulum və müsahibə ləğv olunsun!”

Müəllimlərdən MİQ imtahanları ilə bağlı qəribə təkliflər: “Məntiq, kurikulum və müsahibə ləğv olunsun!”

Direktor müavinlərinin seçim imtahanı başladı

Direktor müavinlərinin seçim imtahanı başladı

Sosial şəbəkələrdə MİQ-lə bağlı yazılanlara cavab: Müəllimlərin xeyrinə atılan addımlar

Sosial şəbəkələrdə MİQ-lə bağlı yazılanlara cavab: Müəllimlərin xeyrinə atılan addımlar

DİM bu vakansiya üzrə imtahan keçirəcək

DİM bu vakansiya üzrə imtahan keçirəcək

“Bu  il ərzində 10000-dən artıq müəllimin işə qəbul olunması gözlənilir”–Cəsarət Valehov

“Bu il ərzində 10000-dən artıq müəllimin işə qəbul olunması gözlənilir”–Cəsarət Valehov

Bu gün rezidenturaya qəbul imtahanının II mərhələsi keçirilir

Bu gün rezidenturaya qəbul imtahanının II mərhələsi keçirilir

Müəllimlərin işə qəbulu mərhələsində keçid balı toplayanlar 8 vakant yer seçə biləcəklər

Müəllimlərin işə qəbulu mərhələsində keçid balı toplayanlar 8 vakant yer seçə biləcəklər

9 namizəd MİQ müsabiqəsinin test imtahan mərhələsindən kənarlaşdırıldı

9 namizəd MİQ müsabiqəsinin test imtahan mərhələsindən kənarlaşdırıldı

Direktor müavinləri vəzifələrinə müsabiqənin imtahan mərhələsinin vaxtı açıqlanıb

Direktor müavinləri vəzifələrinə müsabiqənin imtahan mərhələsinin vaxtı açıqlanıb