Direktor müavinləri vəzifələrinə müsabiqənin imtahan mərhələsinin vaxtı açıqlanıb
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), psixoloq və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə elan edilmiş müsabiqənin II (test imtahanı) mərhələsinin keçirilmə vaxtı və yeri dəqiqləşib.
Aztəhsil.com xəbər verir ki, BŞTİ-nin Mətbuat xidmətindən "report"a verilən məlumata görə, imtahan noyabrın 3-4-də Bakı şəhəri 220 nömrəli məktəb-liseyin (ünvan: Nizami rayonu, Elşən Süleymanov 120 A. "Neftçilər” metro stansiyasının yaxınlığı) inzibati binasında keçiriləcək.
Təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə işə qəbul üzrə imtahan vaxtları:
03.11.2017-ci il, saat 13:00
03.11.2017-ci il, saat 14:30
03.11.2017-ci il, saat 16:00
03.11.2017- ci il, saat 17:30
Psixoloq vəzifəsinə işə qəbul üzrə imtahan vaxtları:
04.11.2017- ci il, saat 09:30
04.11.2017- ci il, saat 11:00
Tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) vəzifəsinə işə qəbul üzrə imtahan vaxtları :
04.11.2017-ci il, saat 12:30
04.11.2017- ci il, saat 14:00
Kitabxanaçı vəzifəsinə işə qəbul üzrə imtahan vaxtı:
04.11.2017- ci il, saat 15:30
I mərhələnin (elektron ərizələrdə qeyd edilmiş məlumatlar əsasında müraciət etmiş şəxsin müvafiq vəzifə üzrə müsabiqədə iştirak üçün uyğunluğunun yoxlanılması) yekunu, eyni zamanda imtahan mərhələsinə buraxılan iştirakçıların imtahan vaxtı barədə məlumatlar artıq qeydiyyatdan keçmiş namizədlərin şəxsi səhifələrinə göndərilib.
Müsabiqə ilə bağlı hər hansı sual yaranarsa, namizədlər (012) 599-12-22 (daxili 60-25; 60-28), mob: 055-336-36-39 nömrəli telefonlar vasitəsilə əlaqə saxlaya bilərlər.
İmtahana buraxılışın, qeydiyyat və yerləşdirmənin təşkili zərurəti ilə əlaqədar iştirakçılardan təyin edilmiş vaxtdan 30 dəqiqə əvvəl imtahanın keçirildiyi məntəqədə olmaları xahiş edilir.
İştirakçı imtahana gələrkən şəxsiyyət vəsiqəsini özüylə gətirməlidir. Əks halda, namizədlərin imtahanda iştirakı mümkün olmayacaq. İmtahanda iştirak etmək üçün iştirakçının öz iş nömrəsini bilməsi zəruridir.
Müsabiqə ilə bağlı yeniliklərdən xəbərdar olmaq üçün iştirakçılara şəxsi kabinetlərini mütəmadi izləmələri tövsiyə edilir. Müsabiqənin hər hansı mərhələsində elektron ərizədəki məlumatlarla mövcud faktiki vəziyyət arasında uyğunsuzluq aşkar edilərsə, namizədlərin nəticələri ləğv ediləcək.