AzTehsil.com


Xəbərlər / Ekspert
19 may 2019
2 226


Nadir İsrafilov: “Deputatlar nəyə aydınlıq gətirdilər…?”



 

 
"Təhsil şöbələri icra başçısına tabedir, nazirliyə? — Deputatlar aydınlıq gətirdilər”- başlıqlı bir yazı diqqətimi cəlb etdi. Oxudum. Oxumayan varsa da oxusun: "Hazırda Azərbaycanda fəaliyyət göstərən rayon Təhsil şöbələri ikili tabeçilik şəraitində fəaliyyət göstərirlər. Yəni bu qurumların fəaliyyətinə həm İcra hakimiyyətləri, həm də Təhsil Nazirliyi nəzarət və müdaxilə edə bilir. Bir sıra hallarda icra başçıları Təhsil şöbələrinə nəzarətdə hətta öndə gedirlər, nəinki nazirlik. Əslində necə olmalıdır?”

Bu da bir neçə deputatın fikirləri: "Şöbələr nazirliyin göstərişi ilə işləyirlər. Sadəcə, rayon səviyyəsində tədbirlər olursa, rayonun böyüyü kimi icra başçısı ilə məsləhətləşmələr aparılır. Amma Təhsil şöbələrinin İcra hakimiyyətinə tabe olması reallığı əks etdirmir” ; "İcra hakimiyyəti həmin rayonun kiçik bir prezidentidir. Onların tədbirlərində Təhsil şöbəsinin rəhbəri də dəvət olunur. Amma birbaşa icra başçılarının rayon Təhsil şöbəsi rəhbərlərinin işinə müdaxilə etməsi halı yoxdur”; "Nazirliklə yerli Təhsil şöbələri arasında müvafiq proqramlar, tədris sistemi ilə bağlı münasibətlər formalaşar. Xalqın seçdiyi nümayəndələr isə yerlərdə vəziyyəti idarə edər” ; "Yerli İcra hakimiyyəti orqanı olduğuna görə, qurum bəzən bu məsələlərə qarışa bilir, tənzimləmə aparır. Amma faktiki olaraq, hansı rayonda İcra Hakimiyyəti ilə rayon Təhsil şöbələrinin rəhbərinin fikirləri üstü-üstə düşürsə, problemlər yaranmır. Hər iki qurum fərqli məqsəd və mərama xidmət etdikdə isə fikir ayrılıqları ola bilir”

Digər bir deputat nisbətən fərqli fikirdədir. O,ölkədə ciddi islahatların aparılmasının, yerlərdə hakimiyyət bölgüsünün optimallaşdırılmasının tərəfdarıdır: "Təəssüf ki, bizdə hələ də belə sistem formalaşmayıb. Türkiyədə, Avropanın bir sıra ölkələrində, Amerikada bu, çox gözəl nəticə verib. Bizdə isə hələ də İcra hakimiyyətinin nümayəndələri özlərini keçmiş SSRİ-nin raykom katibləri kimi aparırlar”.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri məsələyə loyal münasibət bildirib: "İcra hakimiyyətləri rayon Təhsil şöbələrinin işinə ümumi nəzarət edə bilər. Amma mərkəzləşmiş qaydada bu qurumlar Təhsil Nazirliyinə tabedir. Bu məsələ əslində qanunvericiliklə deyil, təhsil nazirinin müvafiq qərarı ilə tənzimlənir. Təhsil Nazirliyi haqqında Əsasnaməyə görə, rayon Təhsil şöbələri nazirliyin qurumudur.

Yerlərdə İcra hakimiyyəti və nazirlik arasında səlahiyyətlərin necə bölündüyünü isə icra mütəxəssisləri daha yaxşı bilər. Hazırda bu məsələ ilə bağlı Milli Məclisə hər hansı narahatlıq gəlib çatmayıb”.

Bu məsələ ilə bağlı Milli Məclisə hər hansı narahatlıq gəlib çatıb və ya çatmamasını deyə bimərəm, ancaq tam əminliklə onu deyə bilərəm ki, bu məsələ geniş ictimaiyyəti olmasa belə, hər halda təhsil ictimaiyyətini çoxdan, özü də çox ciddi şəkildə narahat edir. Hətta, Prezident İlham Əliyevin 2014-cü il iyulun 24-də imzaladığı sərəncama əsasən, 2015-ci ilin yanvarın 1-dən fəaliyyətə başlamalı olan rayon təhsil şöbələrinin bazasında Təhsil Nazirliyinin 15 regional qurumu – Sumqayıt, Xaçmaz, İsmayıllı, Oğuz, Balakən, Ağstafa, Şəmkir, Gəncə, Yevlax, Tərtər, Ucar, Sabirabad, Salyan, Masallı, Astara regional təhsil idarələrinin yaradılması prosesinin uzun müddətdən bəri təxirə salınmasında İcra hakimiyyəti başçılarının "əli olması” barədə subyektiv iddialar da az deyil.

Bununla belə sözüm heç də təkcə onda deyil. Sadəcə M.M-sin Elm və təhsil komitəsi sədrinin "Bu məsələ əslində qanunvericiliklə deyil, təhsil nazirinin müvafiq qərarı ilə tənzimlənir… Yerlərdə İcra hakimiyyəti və Nazirlik arasında səlahiyyətlərin necə bölündüyünü isə icra mütəxəssisləri daha yaxşı bilər.”

Belə çıxır ki, "Nazirlik arasında səlahiyyətlərin necə bölündüyünü icra mütəxəssisləri yaxşı bilənə və bunu nə vaxtsa elan edənə qədər, təhsil ictimaiyyəti "ikihakimiyyətlik rejimi”şəraitində fəaliyyət göstərməlidirlər? Bir də ki, Təhsil Nazirliyi haqqında Əsasnaməyə görə, rayon Təhsil şöbələrinin Nazirliyin qurumu olması, heç də yerlərdə İcra hakimiyyəti başçıları üçün keçərli əsas olmaya bilər. Rayon İcra Hakimiyyətləri haqqında Əsasnamədə də RTŞ müdirlərinin RİH Başçıları tərəfindən təyin edilməsi haqqında maddə var. Yəni, bunu qanunvericiliklə nizamlamaq bu qədərmi çətindir…?

Nəzərə alsaq ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi təhsil sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır, bu halda Nazirliyin bilavasitə tabeliyində olan təhsil müəssisələrinə kənar müdaxilələr nə dərəcədə məntiqi xarakter daşıya bilər? Ümidverici olan hal isə odur ki, bu məsələ heç olmasa uzun illərdən sonra yada düşüb, gündəmə gətirilib…



Загрузка...
Həmçinin oxuyun:
Təhsil şöbələri icra başçısına tabedir, nazirliyə? - Deputatlar aydınlıq gətirdilər

Təhsil şöbələri icra başçısına tabedir, nazirliyə? - Deputatlar aydınlıq gətirdilər

Mədəniyyət və turizim sektoru icra başçılarının təsirindən qurtuldu- sağ əli təhsilin başına

Mədəniyyət və turizim sektoru icra başçılarının təsirindən qurtuldu- sağ əli təhsilin başına

Bu şəxslərin maaşları artırılıb

Bu şəxslərin maaşları artırılıb

Universitetlərdə açılacaq hazırlıq qruplarına qəbulun vaxtı məlum oldu

Universitetlərdə açılacaq hazırlıq qruplarına qəbulun vaxtı məlum oldu

İcra orqanları Təhsil Nazirliyinin kadr siyasətinə müdaxilə edir - Nazirlik niyə susru?

İcra orqanları Təhsil Nazirliyinin kadr siyasətinə müdaxilə edir - Nazirlik niyə susru?

Mikayıl Cabbarov nazirliyə “cip”lə girən başçıya qapını göstərdi

Mikayıl Cabbarov nazirliyə “cip”lə girən başçıya qapını göstərdi

Cəlilabadda məktəbə 2 nəfər direktorluq edir?

Cəlilabadda məktəbə 2 nəfər direktorluq edir?

Hazırlıq qrupları həm dövlət, həm də özəl universitetlərdə açılacaq

Hazırlıq qrupları həm dövlət, həm də özəl universitetlərdə açılacaq

Prezident İlham Əliyev  təhsil haqqında qanuna edilən dəyişiklikləri təsdiqlədi

Prezident İlham Əliyev təhsil haqqında qanuna edilən dəyişiklikləri təsdiqlədi

Təhsil Nazirliyi: Məktəbəqədər təhsilin yeni formalarının təşkili və icra mexanizmi hazırlanmalıdır

Təhsil Nazirliyi: Məktəbəqədər təhsilin yeni formalarının təşkili və icra mexanizmi hazırlanmalıdır

Keçid balını toplamayanlar da qəbul olunacaq – Prezident təsdiqlədi

Keçid balını toplamayanlar da qəbul olunacaq – Prezident təsdiqlədi

“Rayon təhsil şöbələri ləğv olunsa, məktəblər müstəqilləşəcək” – Fazil Mustafa

“Rayon təhsil şöbələri ləğv olunsa, məktəblər müstəqilləşəcək” – Fazil Mustafa

Rayon təhsil şöbələrinin ləğvi bizə nə vəd edə bilər? –Ekspertdən ehtimallara cavab

Rayon təhsil şöbələrinin ləğvi bizə nə vəd edə bilər? –Ekspertdən ehtimallara cavab

Xaricdə təhsil alan dindarlara nəzarət güclənir - qanun sərtləşir

Xaricdə təhsil alan dindarlara nəzarət güclənir - qanun sərtləşir

Rayon Təhsil Şöbəsinin müdirləri nəyə əsasən təyin edilirlər? - Qaydalar

Rayon Təhsil Şöbəsinin müdirləri nəyə əsasən təyin edilirlər? - Qaydalar

Pedaqoji   fəaliyyətə  qadağa.

Pedaqoji fəaliyyətə qadağa.

Təhsili çökdürən RÜŞVƏT...- TƏHSİL EKSPERTİ

Təhsili çökdürən RÜŞVƏT...- TƏHSİL EKSPERTİ

Deputat ali məktəblərə qəbulu asanlaşdırıb, bitirməyi çətinləşdirməyi təklif edib

Deputat ali məktəblərə qəbulu asanlaşdırıb, bitirməyi çətinləşdirməyi təklif edib

Prezident səfəri: Ağcabədinin icra başçısı müəllimlərə küçə süpürtdü

Prezident səfəri: Ağcabədinin icra başçısı müəllimlərə küçə süpürtdü

Uşaq bağçalarında aşpazlar ixtisara salınır?

Uşaq bağçalarında aşpazlar ixtisara salınır?

Bakıda məktəbli yarmarkaları fəaliyyətə başlayıb

Bakıda məktəbli yarmarkaları fəaliyyətə başlayıb

Xaricdə dini təhsil almış azərbaycanlılarla bağlı bəzi qadağalar götürüldü

Xaricdə dini təhsil almış azərbaycanlılarla bağlı bəzi qadağalar götürüldü

Təhsil naziri Tovuzda vətəndaşları qəbul edib

Təhsil naziri Tovuzda vətəndaşları qəbul edib