AzTehsil.com


Xəbərlər
16 may 2019
2 314


Təhsil şöbələri icra başçısına tabedir, nazirliyə? - Deputatlar aydınlıq gətirdilər



Təhsil şöbələri icra başçısına tabedir, nazirliyə? - Deputatlar aydınlıq gətirdilər

 

 

Hazırda Azərbaycanda fəaliyyət göstərən rayon Təhsil şöbələri ikili tabeçilik şəraitində fəaliyyət göstərirlər. Yəni bu qurumların fəaliyyətinə həm İcra hakimiyyətləri, həm də Təhsil Nazirliyi nəzarət və  müdaxilə edə bilir. Bir sıra hallarda icra başçıları Təhsil şöbələrinə nəzarətdə hətta öndə gedirlər, nəinki nazirlik. Əslində necə olmalıdır?


 Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəylinin sözlərinə görə, İcra hakimiyyətləri rayon Təhsil şöbələrinin işinə ümumi nəzarət edə bilər:



"Amma mərkəzləşmiş qaydada bu qurumlar Təhsil Nazirliyinə tabedir. Bu məsələ əslində qanunvericiliklə deyil, təhsil nazirinin müvafiq qərarı ilə tənzimlənir. Təhsil Nazirliyi haqqında Əsasnaməyə görə, rayon Təhsil şöbələri nazirliyin qurumudur. Yerlərdə İcra hakimiyyəti və nazirlik arasında səlahiyyətlərin necə bölündüyünü isə icra mütəxəssisləri daha yaxşı bilər. Hazırda bu məsələ ilə bağlı Milli Məclisə hər hansı narahatlıq gəlib çatmayıb”.



Komitənin digər üzvü Kamilə Əliyeva isə deputat seçildiyi Zaqatala-Balakən bölgəsini misal gətirib və qeyd edib ki, bu rayonlarda Təhsil şöbələri bilavasitə Təhsil Nazirliyinə tabedir:



"Şöbələr nazirliyin göstərişi ilə işləyirlər. Sadəcə, rayon səviyyəsində tədbirlər olursa, rayonun böyüyü kimi icra başçısı ilə məsləhətləşmələr aparılır. Amma Təhsil şöbələrinin İcra hakimiyyətinə tabe olması reallığı əks etdirmir. Yenə qeyd edirəm ki, deputatı olduğum rayonda belə bir şey yoxdur.


İcra hakimiyyəti həmin rayonun kiçik bir prezidentidir. Onların tədbirlərində Təhsil şöbəsinin rəhbəri də dəvət olunur. Amma birbaşa icra başçılarının rayon Təhsil şöbəsi rəhbərlərinin işinə müdaxilə etməsi halı yoxdur”.



Eyni komitəni təmsil edən deputat Asim Mollazadə isə ölkədə ciddi islahatların aparılmasının, yerlərdə hakimiyyət bölgüsünün optimallaşdırılmasının tərəfdarıdır:


"Rayonlarda xalqın seçdiyi bələdiyyələr bir sıra məsələlərlə - səhiyyə, məişət problemləri, yollar və s. məsələlərlə məşğul olmalıdırlar. Yerli İcra hakimiyyətlərinin səlahiyyətində isə dövləti layihələr, sabitlik və digər məsələlər olmalıdır. Bu zaman belə problemlər də həllini tapar. Nazirliklə yerli Təhsil şöbələri arasında isə müvafiq proqramlar, tədris sistemi ilə bağlı münasibətlər formalaşar. Xalqın seçdiyi nümayəndələr isə yerlərdə vəziyyəti idarə edər.


Təəssüf ki, bizdə hələ də belə sistem formalaşmayıb. Türkiyədə, Avropanın bir sıra ölkələrində, Amerikada bu, çox gözəl nəticə verib. Bizdə isə hələ də İcra hakimiyyətinin nümayəndələri özlərini keçmiş SSRİ-nin raykom katibləri kimi aparırlar”.



Elm və Təhsil Komitəsinin digər üzvü Sona Əliyeva da deyib ki, rayon Təhsil şöbələri nazirliyin tabeliyindədir:


"Eyni zamanda, İcra hakimiyyəti haqqında Əsasnaməyə görə, müvafiq ərazinin əhalisinin rifahının yaxşılaşdırılması naminə iqtisadiyyatın, sosial və mədəni sahələrin inkişafının təmin edilməsi qurumun fəaliyyətinin əsas prinsiplərindən biridir.


Yerlərdə Təhsil şöbələri İcra hakimiyyətləri ilə məsləhətləşmələr aparırlar. Ərazidə təhsil müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, əmlakı, bu kimi bir sıra məqamlar İcra hakimiyyətləri ilə razılaşdırılır. Yerli İcra hakimiyyəti orqanı olduğuna görə, qurum bəzən bu məsələlərə qarışa bilir, tənzimləmə aparır. Amma faktiki olaraq, hansı rayonda İcra Hakimiyyəti ilə rayon Təhsil şöbələrinin rəhbərinin fikirləri üstü-üstə düşürsə, problemlər yaranmır. Hər iki qurum fərqli məqsəd və mərama xidmət etdikdə isə fikir ayrılıqları ola bilir. Qeyd etməliyəm ki, Təhsil Nazirliyi hazırda rayon Təhsil şöbələri üzərində nəzarəti bir qədər də gücləndirib”.modern.az




Загрузка...
Həmçinin oxuyun:
Mədəniyyət və turizim sektoru icra başçılarının təsirindən qurtuldu- sağ əli təhsilin başına

Mədəniyyət və turizim sektoru icra başçılarının təsirindən qurtuldu- sağ əli təhsilin başına

Bu şəxslərin maaşları artırılıb

Bu şəxslərin maaşları artırılıb

Mikayıl Cabbarov nazirliyə “cip”lə girən başçıya qapını göstərdi

Mikayıl Cabbarov nazirliyə “cip”lə girən başçıya qapını göstərdi

İcra orqanları Təhsil Nazirliyinin kadr siyasətinə müdaxilə edir - Nazirlik niyə susru?

İcra orqanları Təhsil Nazirliyinin kadr siyasətinə müdaxilə edir - Nazirlik niyə susru?

Universitetlərdə açılacaq hazırlıq qruplarına qəbulun vaxtı məlum oldu

Universitetlərdə açılacaq hazırlıq qruplarına qəbulun vaxtı məlum oldu

“Rayon təhsil şöbələri ləğv olunsa, məktəblər müstəqilləşəcək” – Fazil Mustafa

“Rayon təhsil şöbələri ləğv olunsa, məktəblər müstəqilləşəcək” – Fazil Mustafa

Hazırlıq qrupları həm dövlət, həm də özəl universitetlərdə açılacaq

Hazırlıq qrupları həm dövlət, həm də özəl universitetlərdə açılacaq

Uşaq bağçalarında aşpazlar ixtisara salınır?

Uşaq bağçalarında aşpazlar ixtisara salınır?

Prezident İlham Əliyev  təhsil haqqında qanuna edilən dəyişiklikləri təsdiqlədi

Prezident İlham Əliyev təhsil haqqında qanuna edilən dəyişiklikləri təsdiqlədi

Cəlilabadda məktəbə 2 nəfər direktorluq edir?

Cəlilabadda məktəbə 2 nəfər direktorluq edir?

Təhsil naziri Tovuzda vətəndaşları qəbul edib

Təhsil naziri Tovuzda vətəndaşları qəbul edib

Deputat ali məktəblərə qəbulu asanlaşdırıb, bitirməyi çətinləşdirməyi təklif edib

Deputat ali məktəblərə qəbulu asanlaşdırıb, bitirməyi çətinləşdirməyi təklif edib

Təhsil Nazirliyi: Məktəbəqədər təhsilin yeni formalarının təşkili və icra mexanizmi hazırlanmalıdır

Təhsil Nazirliyi: Məktəbəqədər təhsilin yeni formalarının təşkili və icra mexanizmi hazırlanmalıdır

Keçid balını toplamayanlar da qəbul olunacaq – Prezident təsdiqlədi

Keçid balını toplamayanlar da qəbul olunacaq – Prezident təsdiqlədi

Təhsili çökdürən RÜŞVƏT...- TƏHSİL EKSPERTİ

Təhsili çökdürən RÜŞVƏT...- TƏHSİL EKSPERTİ

Mikayıl Cabbarov Lənkəranda vətəndaşları qəbul edib

Mikayıl Cabbarov Lənkəranda vətəndaşları qəbul edib

Xaricdə təhsil alan dindarlara nəzarət güclənir - qanun sərtləşir

Xaricdə təhsil alan dindarlara nəzarət güclənir - qanun sərtləşir

Xəzər rayonunun təhsil işçiləri ilə görüş

Xəzər rayonunun təhsil işçiləri ilə görüş

Təhsil Şöbələri ləğv olunur , Regional idarələr yaradılır ?

Təhsil Şöbələri ləğv olunur , Regional idarələr yaradılır ?

Prezident səfəri: Ağcabədinin icra başçısı müəllimlərə küçə süpürtdü

Prezident səfəri: Ağcabədinin icra başçısı müəllimlərə küçə süpürtdü

Səbail rayonunun məktəblərində təmir işləri aparılır

Səbail rayonunun məktəblərində təmir işləri aparılır

Rayon Təhsil Şöbəsinin müdirləri nəyə əsasən təyin edilirlər? - Qaydalar

Rayon Təhsil Şöbəsinin müdirləri nəyə əsasən təyin edilirlər? - Qaydalar

Müəllimlərin nəticələri şagirdlərdən aşağıdır – Rayon təhsil şöbələrinə sərt İTTİHAM

Müəllimlərin nəticələri şagirdlərdən aşağıdır – Rayon təhsil şöbələrinə sərt İTTİHAM