AzTehsil.com
RU


Xəbərlər
23 yanvar 2019
2 434


Rayon təhsil şöbələrinin ləğvi bizə nə vəd edə bilər? –Ekspertdən ehtimallara cavab



 

Son vaxtlar təhsil şöbələrinin ləğv edilərək, onların bazasında regional təhsil idarələrinin yaradılması barədə məlumatlar yayılır. "Biz buna hazırıqmı?”, "bu, bizə nə vəd edir?” kimi suallar çoxlarını düşündürür.

AzEdu gözlənilən prosesin nə ilə nəticələnəcəyini təhsil eksperti Nadir İsrafilovla müzakirə edib. O bildirib ki, hansısa irəliləyişə nail olmaq üçün bu tələskənliyə yol vermək  düzgün olmazdı:

Rayon təhsil şöbələrinin ləğvi bizə nə vəd edə bilər? –Ekspertdən ehtimallara cavab

 

"Düzdür, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda üçüncü strateji istiqamət təhsildə nəticələrə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılmasını nəzərdə tutur. Bu istiqamət təhsil sisteminin qabaqcıl beynəlxalq təcrübə əsasında müasirləşdirilməsi, təhsil müəssisələrində nəticəyönlü və şəffaf idarəetmə modelinin yaradılması kimi hədəfləri əhatə edir.

İdarəetmənin rasionallaşdırıması, optimallaşdırılması, təhsilin nəticələrinə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə sisteminin formalaşdırılması, maliyyə və inzibati resurslarının vahid təhsil siyasətinəuyğunlaşdırılmasıistiqamətində müəyyən işlər görülüb və bu proses davam etməkdədir.

Buna misal olaraq Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinintəkmilləşdirilməsi haqqında  əlavə tədbirlər” lə bağlı  son fərmanını da göstərmək olar”.

Ekspert bildirib ki, Fərmana əsasən, Nazirlər KabinetinəTəhsil Nazirliyinin tabeliyindəki Akkreditasiya və Nostrifikasiya İdarəsinin ləğv edilməsi və onun funksiyalarının nazirliyin Aparatı vasitəsilə həyata keçirilməsi ilə bağlı bir ay  ərzində tədbir görülməsi tapşırılıb:

"Həmçinin Təhsil Nazirliyinin tabeliyindəki Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu, Azərbaycan Respublikası Təhsil İnstitutu, İstedadlı Uşaqlarla İş Mərkəzi, Respublika Elmi-Pedaqoji Kitabxanası, eləcə də Respublika Bədən Tərbiyəsi Mərkəzi və "Təhsil” Respublika İdman Mərkəzinin vahid qurumda birləşdirilməsi istiqamətində görülən işlərlə bağlı 1 ay müddətində Prezidentə məlumat vermək tapşırılıb.

Amma bu məsələdə vəziyyət fərqlidir. Yəqin, çoxları ölkə başçısının 2014-cü il iyulun 24-də imzaladığı sərəncamı xatırlamamış olmaz. Bu sərəncama əsasən, rayon təhsil şöbələrinin bazasında Təhsil Nazirliyinin 15 regional qurumu – Sumqayıt, Xaçmaz, İsmayıllı, Oğuz, Balakən, Ağstafa, Şəmkir, Gəncə, Yevlax, Tərtər, Ucar, Sabirabad, Salyan, Masallı, Astara regional təhsil idarələri yaradılmalı idi. Sərəncamda regional təhsil idarələrinin 2015-ci il yanvarın 1-dən yaradılması üçün göstəriş belə verilmişdi. Amma indiyədək bu, müəyyən səbəblərdən hələ də reallaşmayıb”.

Onun sözlərinə görə, Təhsil Nazirliyi sistemində strukturunun yenilənməsi baxımından dəyişiklik yalnız ərazi maliyyə hesablaşma mərkəzlərinin yaradılmasından ibarət olub:

"2016-cı ildən şəhər və rayon təhsil şöbələrinin mühasibatlıqları və təsərrüfat qrupları ərazi maliyyə hesablaşma mərkəzlərinin tabeliyinə verilib və şəhər, rayonlar üzrə təhsil xərclərinin bu mərkəzlər vasitəsilə hesablanmasınabaşlanıb.

Deməli, hansısa real problemlər həllini tapmalıdır. O vaxt Bakı şəhəri üzrə təhsil idarəsinin də regional prinsip əsasında formalaşdırılması layihəsi hazırlanmışdı. Bakının 12 rayonu "Şimal”, "Cənub”, "Qərb”və  "Mərkəz” zonalarına – yəni, hər birində 4 rayon olmaqla bölünməsi təklif olunurdu. Məsələn, Nəsimi, Yasamal, Binəqədi, Nərimanov rayonlarının bir reqional zonada digərlərinin isə ərazi baxımından digər regional zonada birləşdirilməli idi. Lakin bu da baş tutmadı. Bu dəyişiklik yalnız idarənin metodiki mərkəzinə və mühasibatlığa şamil edildi.

Təhsil şöbələrinin ləğv edilərək, onların bazasında regional təhsil idarələrinin yaradılması məsələsi mütəxəssislərin, hətta ictimai rəyin dərindən öyrənilməsi, geniş təhlil edilməsi və ümumiləşdirilərək yekun qərarın verilməsini tələb edir.  Biz buna hazırıqmı? Bu təhsilə nə vəd edir...?

Əgər məsələ bu qədər təcili və ciddi mahiyyət daşıyırsa, onda ilk növbədə pilot layihə kimi paytaxtdan başlamaq lazımdır. Müsbət nəticələr əldə edilsə, bütün Respublika üzrə tətbiqinə başlanıla bilər. Hər halda bu mənim subyektiv fikrimdir”



Загрузка...
Həmçinin oxuyun:
“Rayon təhsil şöbələri ləğv olunsa, məktəblər müstəqilləşəcək” – Fazil Mustafa

“Rayon təhsil şöbələri ləğv olunsa, məktəblər müstəqilləşəcək” – Fazil Mustafa

Məktəblər daha da müstəqilləşəcək

Məktəblər daha da müstəqilləşəcək

"Nəyə görə "tənzimləmə" funksiyası yox "rəhbərlik" və "nəzarət" funksiyası?"

"Nəyə görə "tənzimləmə" funksiyası yox "rəhbərlik" və "nəzarət" funksiyası?"

Nostrifikasiya İdarəsi ləğv edildi , Tİİ və Pİ birləşdirildi

Nostrifikasiya İdarəsi ləğv edildi , Tİİ və Pİ birləşdirildi

Təhsil Şöbələri ləğv olunur , Regional idarələr yaradılır ?

Təhsil Şöbələri ləğv olunur , Regional idarələr yaradılır ?

Pedaqoji idarəetmənin təşkili

Pedaqoji idarəetmənin təşkili

Azərbaycanda 5 dövlət universiteti ləğv edilir- SİYAHI

Azərbaycanda 5 dövlət universiteti ləğv edilir- SİYAHI

ADU-da yeni fakültə yaradıldı

ADU-da yeni fakültə yaradıldı

Elmi kadrların attestasiyasının aparılması işi təkmilləşdirilir - SƏRƏNCAM

Elmi kadrların attestasiyasının aparılması işi təkmilləşdirilir - SƏRƏNCAM

Sumqayıtda məktəbdənkənar təhsil müəssisələri birləşdirilir: ixtisar gözlənilirmi?

Sumqayıtda məktəbdənkənar təhsil müəssisələri birləşdirilir: ixtisar gözlənilirmi?

"Təhsil Nazirliyinin səlahiyyətinin artırılması təhsildə varislik və fasiləsizliyi daha da gücləndirəcək" - EKSPERT

"Təhsil Nazirliyinin səlahiyyətinin artırılması təhsildə varislik və fasiləsizliyi daha da gücləndirəcək" - EKSPERT

Şuşa rayon nümayəndəliyində uşaq incəsəsənət və musiqi məktəbləri müəllimlərinin zona müşavirəsi keçirilib

Şuşa rayon nümayəndəliyində uşaq incəsəsənət və musiqi məktəbləri müəllimlərinin zona müşavirəsi keçirilib

Buraxılış imtahanlarının nəticələri açıqlandı: 30 şagird imtahandan kənarlaşdırlıb

Buraxılış imtahanlarının nəticələri açıqlandı: 30 şagird imtahandan kənarlaşdırlıb

Abituriyent Məsləhət Mərkəzləri bu ünvanlarda fəaliyyət göstərir...

Abituriyent Məsləhət Mərkəzləri bu ünvanlarda fəaliyyət göstərir...

Mikayıl Cabbarovun qazandığı etimadın sirri...

Mikayıl Cabbarovun qazandığı etimadın sirri...

“Məktəbdənkənar müəssisələrin müəllimlərinin ixtisarı gözlənilmir” - MÜSAHİBƏ

“Məktəbdənkənar müəssisələrin müəllimlərinin ixtisarı gözlənilmir” - MÜSAHİBƏ

Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişikliklər edilib.

Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişikliklər edilib.

“Təhsil Nazirliyi LƏĞV EDİLƏCƏK, əvəzində isə…”- Ekspertlər danışır

“Təhsil Nazirliyi LƏĞV EDİLƏCƏK, əvəzində isə…”- Ekspertlər danışır

Tələbələrə şad xəbər! - Yeni sistem yaradılır

Tələbələrə şad xəbər! - Yeni sistem yaradılır

Pedaqoji sahadə çalışacaq kadrları necə hazırlamalı ?

Pedaqoji sahadə çalışacaq kadrları necə hazırlamalı ?

30 iyun buraxılış imtahanlarında iştirak edəcək abituriyentlərin nəzərinə

30 iyun buraxılış imtahanlarında iştirak edəcək abituriyentlərin nəzərinə

2017-2018-ci dərs ili “Ümumi təhsildə keyfiyyət ili” elan edilib

2017-2018-ci dərs ili “Ümumi təhsildə keyfiyyət ili” elan edilib

Təhsil işçilərinin əməyinin yeni ödəniş dərəcələri müəyyənləşib

Təhsil işçilərinin əməyinin yeni ödəniş dərəcələri müəyyənləşib

Tələbələr üçün yeni yataqxanalar tikiləcək

Tələbələr üçün yeni yataqxanalar tikiləcək