AzTehsil.com


Xəbərlər
09 oktyabr 2018
2 758


Lənkəran Dövlət Universitetində hicab QALMAQALI



 

 
Lənkəran Dövlət Universitetinin magistratura pilləsinin I kursunda təhsil alan Nərgiz Bayramzadəyə tələbə biletinin verilməsi gecikdirilib. Tələbə təqdim etdiyi şəkildə hicablı olduğu üçün vəsiqənin verilməsinin gecikdirildiyini iddia edir.

Məsələylə bağlı Lənkəran Dövlət Universitetinin mətbuat katibi Esmira İsmayılova AzEdu.az-a açıqlamasında bildirib ki, Nigar Bayramzadənin tələbə biletinin gecikdirilməsinin xüsusi səbəbi var:

"Lənkəran Dövlət Universitetində tələbə biletləri şəxsiyyət vəsiqəsi əsasında verilir. Nərgiz Bayramzadə şəxsiyyət vəsiqəsindəki şəkildə hicabsızdır. Biz ondan şəxsiyyət vəsiqəsini istəmişik. Tələbənin dövlət sənədindəki şəkli hicablıdırsa, həmin vəsiqə əsasında heç bir problem olmadan ona tələbə bileti təqdim edilir. Xanımın özü bizə müraciət etməyib. Hər həftənin V günü rektorun qəbul günüdür. Qəbula gələ, tədris şöbəsinə narazılığını bildirə bilərdi”.

Esmira İsmayılova LDU-da hicablı tələbələrin dərsə buraxılmamasıyla bağlı məsələyə də aydınlıq gətirib:

"Hicablı tələbələrin dərsə buraxılmasıyla bağlı hər hansı qadağa yoxdur. Universitetin şəkillərinə baxsanız, görərsiniz ki, bizdə hicablı müəllim və tələbələrin sayı çoxdur. Builki birinci kurslarda hicablıların sayında artım müşahidə olunur. Nərgiz Bayramzadəyə də heç kəs "hicabını aç, dərsə gəl” deməyib. Xanım gedib polisin qarşısında hicabı açıb şəxsiyyət vəsiqəsi üçün şəkil çəkdiribsə, tələbə bileti üçün də bu problem olmamalı idi”.

Bəs sənədlər üçün hicablı formada şəkil çəkdirməyə qanun icazə verirmi?

Məsələylə bağlı Vəkillər Kollegiyasının üzvü Anar Ramazanovla əlaqə saxladıq. Hüquqşünas qeyd edir ki, bir neçə il öncə bir sıra qanunlara kütləvi dəyişikliklər edilib:

"Bunlardan biri, pasportlar haqqında qanunlara edilən dəyişiklikdir. O vaxta qədər bu məsələ başqa cür tənzimlənirdi. Hazırda şəxsiyyət vəsiqələri haqqında qanunda göstərilir ki, bu sənədlərə çəkilən şəkillər Beynəlxalq Mülki Aviasiya Təşkilatının standartlarına uyğun çəkilməlidir. Əsasnamələrdə də şəklin hicablı və ya hicabsız çəkilməsiylə bağlı konkret tələb yoxdur. Təcrübədə isə hicabla şəkil çəkdirmək birməmalı şəkildə qadağan edilir. Beynəlxalq Mülki Aviasiya Təşkilatının standartlarında hicab istisna olmaqla, baş geyimi ilə şəkil çəkdirmək qadağandır. Şəxsin inancı varsa, ona belə şəkil çəkdirməyə icazə verilir. Bu formada şəklin  də standartları var. Alın yuxarıya kimi tam açıq olmalı, çənənin aşağısı və üz yanlardan görünməlidir. Niqabla şəklə icazə verilmir. Fikrimcə, hansısa inanclı xanıma  müəssisələr bunu qadağan edərsə, həmin orqanı məhkəməyə verib, beynəlxalq standartlara uyğun şəkil çəkdirməyi tələb etmək olar”.

Anar Ramazanov universitetlərin əksəriyyətinin publik-hüquqi şəxsə çevrildiyini vurğulayıb:

"Bu məsələ qanunla tənzimlənməsə də, universitetlərin daxili nizamnaməsinə, korporativ standartlarına baxılmalıdır. Amma ümumi olaraq qanunverciliyimiz dolayı da olsa, Beynəlxalq Mülki Aviasiya Təşkilatının standartlarına uyğun hicablı şəkil çəkdirməyə icazə verirsə, universitet də buna qarışmamalıdır. Hər bir şəxsin din azadlığı var. Bu konstitutsion hüquqdur. Bunu  heç bir idarə, müəssisə məhdudlaşdıra bilməz. Hansısa universitetin hicablı şəkildə tələbə bileti çəkdirməyə icazə verməməsini hüquqa zidd hesab etmək olar”.
 

Lənkəran Dövlət Universitetində hicab QALMAQALI

 





Загрузка...
Həmçinin oxuyun:
Azərbaycanda rektor hicablı tələbələrin dərsə buraxılmayacağını elan etdi

Azərbaycanda rektor hicablı tələbələrin dərsə buraxılmayacağını elan etdi

Mingəçevir Dövlət Universitetində hicablı tələbələrə qadağa qoyuldu

Mingəçevir Dövlət Universitetində hicablı tələbələrə qadağa qoyuldu

Azərbaycanda bu universitetə hicablı və saqqallı tələbələr buraxılmayacaq – SƏBƏB

Azərbaycanda bu universitetə hicablı və saqqallı tələbələr buraxılmayacaq – SƏBƏB

Qadın hicablı ola ya olmaya gərək bunlara diqqət edə...........

Qadın hicablı ola ya olmaya gərək bunlara diqqət edə...........

Mingəçevir Dövlət Universitetinə qəbul olan qızı hicaba görə qeydiyyata almadılar

Mingəçevir Dövlət Universitetinə qəbul olan qızı hicaba görə qeydiyyata almadılar

Hicablı müəllimdən İRAD

Hicablı müəllimdən İRAD

Universitetdən inanılmaz addım: 1 gün dərsə gəlməyən tələbəni qovurlar

Universitetdən inanılmaz addım: 1 gün dərsə gəlməyən tələbəni qovurlar

Tələbələr bu hüquqdan məhrum edildi

Tələbələr bu hüquqdan məhrum edildi

Gürcüstanda azərbaycandilli məktəbdə hicab qadağası

Gürcüstanda azərbaycandilli məktəbdə hicab qadağası

Azərbaycanda vahid tələbə biletləri hazırlanır

Azərbaycanda vahid tələbə biletləri hazırlanır

Bakı Slavyan Universitetinin qovulan tələbələri ilə bağlı rektordan AÇIQLAMA

Bakı Slavyan Universitetinin qovulan tələbələri ilə bağlı rektordan AÇIQLAMA

Rusiya vətəndaşı ilə bağlı BSU-da araşdırma başladı – Açıqlama

Rusiya vətəndaşı ilə bağlı BSU-da araşdırma başladı – Açıqlama

İqtisad Universitetində “Bir günlük tələbə” olmaq istəyənlərin sayı artır

İqtisad Universitetində “Bir günlük tələbə” olmaq istəyənlərin sayı artır

Amerikalı qonaq Lənkəran Dövlət Universitetində-Fotolar

Amerikalı qonaq Lənkəran Dövlət Universitetində-Fotolar

Rezidenturaya qeydiyyat üçün lazım olan sənədlər - SİYAHI

Rezidenturaya qeydiyyat üçün lazım olan sənədlər - SİYAHI

Meksikada 12 yaşlı uşağın tələbə olmasına təhsil ekspertinin rəyi—"Belə halların təhsilin inkişafına təsiri ola bilməz”

Meksikada 12 yaşlı uşağın tələbə olmasına təhsil ekspertinin rəyi—"Belə halların təhsilin inkişafına təsiri ola bilməz”

Tələbə Həmkarlar Təşkilatının tələbələrə nə köməyi dəyir?

Tələbə Həmkarlar Təşkilatının tələbələrə nə köməyi dəyir?

Universitetlərimizin təhlükəsizliyi necə qorunur?...

Universitetlərimizin təhlükəsizliyi necə qorunur?...

DİM imtahanda iştirak edə bilməyənlərə şans verdi - Yenidən imtahan keçiriləcək - AÇIQLAMA

DİM imtahanda iştirak edə bilməyənlərə şans verdi - Yenidən imtahan keçiriləcək - AÇIQLAMA

DİM iyulun 5-i 26709 nəfərlik imtahan keçirəcək

DİM iyulun 5-i 26709 nəfərlik imtahan keçirəcək

"iPhone"lar şəkil əsasında xəstəlikləri müəyyən edə biləcək

"iPhone"lar şəkil əsasında xəstəlikləri müəyyən edə biləcək

Sabah 5-ci qruplara və kolleclərə qəbul imtahanaı keçiriləcək

Sabah 5-ci qruplara və kolleclərə qəbul imtahanaı keçiriləcək

Ali təhsili vaxtından tez bitirmək olarmı?-ekspertlərin rəyi..

Ali təhsili vaxtından tez bitirmək olarmı?-ekspertlərin rəyi..

Tələbələr üçün ictimai nəqliyyatla gediş haqqında güzəştlər ola bilər...

Tələbələr üçün ictimai nəqliyyatla gediş haqqında güzəştlər ola bilər...