AzTehsil.com


Xəbərlər
01 avqust 2018
3 176


Tələbələr üçün ictimai nəqliyyatla gediş haqqında güzəştlər ola bilər...



 

Tələbələr cəmiyyətin aktiv üzvləri və ölkənin gələcək taleyini həll edən təbəqədir. Bu baxımdan dünyanın müxtəlif ölkələrində həmin təbəqəyə dəyər verilir və onlar üçün müəyyən güzəştlər nəzərdə tutulur. Məsələn, qonşu Türkiyədə təkcə tələbələrə deyil, məktəblilərə də güzəştlər var. Əlbəttə, xərclərin kifayət qədər çox olduğu vaxtda məktəbli və tələbələr üçün heç olmasa, ictimai nəqliyyatın pulsuz olması yükü bir qədər azalda bilər.
 
Azərbaycanda Tarif Şurasının iyulun 30-da keçirilən iclasında metroda və şəhərdaxili avtobus marşrutlarında gedişhaqqı 30 qəpiyə qaldırılıb.  Şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib. Yeni tariflər sabahdan – 1 avqust tarixindən qüvvəyə minəcək.

Belə olduğu halda  Azərbaycanda tələbələr üçün hansısa güzəşt nəzərdə tutula bilərmi?

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının mətbuat xidmətinin rəhbəri İlkin Mustafayev  Modern.az saytına  deyib ki, "Azərbaycan tələbə kartı”  tələbələrə bəzi güzəştlər verir. O bildirib ki, "Azərbaycan tələbə kartı”nın tələbələrə paylanılması sürətlə davam edir və hazırda tələbələr bir çox məkanlarda bu kart vasitəsilə müxtəlif faizli endirimlərdən istifadə imkanı qazanırlar:

"Beynəlxalq təcrübəyə də baxdıqda dünyada tələbələrə güzəştlər tələbə kartları vasitəsilə edilir. "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına uyğun olaraq təxminən 6 ildir tələbələrin istifadə etdiyi "Azərbaycan tələbə kartı”  vasitəsilə tələbələr müxtəlif məkanlarda onlara təqdim edilən 10%-dən 55%-ə qədər endirimlərdən yararlanırlar. "Azərbaycan tələbə kartı” beynəlxalq xarakter daşıyır və kartın üzərində olan Avropa Gənclər Kartı Assossasiyasının (EYCA) loqosu vasitəsilə tələbələr həm ölkə daxilində, həm də Avropada müxtəlif məkanlarda endirimlərdən faydalana bilirlər.

Təbii ki, tələbələri də nəqliyyat vasitələrinin aktiv istifadəçilərindən hesab etmək olar. Nəqliyyatda tələbələrə "Azərbaycan tələbə kartı”  vasitəsilə endirimlər təklif olunması məsələsinə görə müvafiq qurumlarla artıq uzun müddətdir danışıqlar aparılır. Bir müddət öncə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə bu məsələ ilə bağlı geniş məlumat verilib və "Azərbaycan tələbə kartı”   sahiblərinin nəqliyyatdan güzəştlə istifadəsi haqqında təkliflər planı təqdim edilib. Nazirlik qiymət və tarif məsələlərinə Tarif Şurası tərəfindən baxıldığı barədə məlumat verib və hazırda Tarif Şurasına bununla bağlı hazırlanmış sənədlər və təkliflər paketi göndərilib”.

İ.Mustafayev qeyd edib ki,  təklif paketinə uyğun olaraq tələbələrə hava nəqliyyatında, yerüstü nəqliyyat vasitələrində, həmçinin şəhər daxili və şəhərlərarası nəqliyyat vasitələrində endirimlər edilməsi ilə bağlı ciddi müzakirələr gedir:

"Ümid edirik, yaxın zamanda bu məsələ öz müsbət həllini tapacaq. Hazırda isə tələbələr "Azərbaycan tələbə kartı”  əldə etmək üçün Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqına və ya təhsil aldıqları müəssisənin Tələbə Gənclər Təşkilatına müraciət edərək, həmçinin, "www.eyca.az” saytına daxil olaraq onlayn olaraq qeydiyyatdan keçə bilərlər. Təbii ki, tələbələrə endirim təqdim etmək istəyən müəssisə rəhbərləri, sahibkarlar da bununla bağlı ittifaqa müraciət edə bilərlər. Hazırda ATGTİ tələbələrə endirimlər təklif olunması ilə bağlı bir çox şirkətlərlə əməkdaşlıq edir. Xüsusilə vurğulamaq istərdim ki, Avropada 12-30 avro aralığında ödəniş qarşılığında tələbələrə paylanılan endirim kartları Respublikada təhsil alan tələbələrə tamamilə ödənişsiz şəkildə paylanır”.



Загрузка...
Həmçinin oxuyun:
Azərbaycanda tələbələr üçün nəqliyyatda güzəşt olacaq

Azərbaycanda tələbələr üçün nəqliyyatda güzəşt olacaq

Tələbələr Beynəlxalq Tələbə Gününü qeyd ediblər

Tələbələr Beynəlxalq Tələbə Gününü qeyd ediblər

Tələbə Həmkarlar Təşkilatının tələbələrə nə köməyi dəyir?

Tələbə Həmkarlar Təşkilatının tələbələrə nə köməyi dəyir?

UNEC-ə köçürülən tələbələrlə görüş keçirilib

UNEC-ə köçürülən tələbələrlə görüş keçirilib

Təhsil Nazirliyi köçürmə prosesi ilə bağlı tələbələrə müraciət edib

Təhsil Nazirliyi köçürmə prosesi ilə bağlı tələbələrə müraciət edib

Abituriyentlərin bilməsi lazım olan 10 mühüm fakt

Abituriyentlərin bilməsi lazım olan 10 mühüm fakt

Təhsil haqqını verə bilməyən tələbələrə - Şad xəbər

Təhsil haqqını verə bilməyən tələbələrə - Şad xəbər

Tələbələrə şad xəbər: Nazirlik güzəşt edəcək

Tələbələrə şad xəbər: Nazirlik güzəşt edəcək

Tələbələr üçün şad xəbər- 30 tələbə...

Tələbələr üçün şad xəbər- 30 tələbə...

Bakıdakı universitetlər: “Tələbələrimizə yer verə bilmirik” - PROBLEM

Bakıdakı universitetlər: “Tələbələrimizə yer verə bilmirik” - PROBLEM

BDU tələbələrinə şad xəbər:kreditləri universitet ödəyəcək

BDU tələbələrinə şad xəbər:kreditləri universitet ödəyəcək

Nazirlik: Təfəkkür Universiteti akkreditasiyadan keçmədiyi üçün tələbələrə diplom verilməyəcək - MÜSAHİBƏ

Nazirlik: Təfəkkür Universiteti akkreditasiyadan keçmədiyi üçün tələbələrə diplom verilməyəcək - MÜSAHİBƏ

Azərbaycanlı tələbələr xaricdə fərqlənirlər, üstündürlər - AÇIQLAMA

Azərbaycanlı tələbələr xaricdə fərqlənirlər, üstündürlər - AÇIQLAMA

Tələbələr bu hüquqdan məhrum edildi

Tələbələr bu hüquqdan məhrum edildi

Neft və Sənaye Universitetinin rektoru tələbələrə əlçatandırmı...

Neft və Sənaye Universitetinin rektoru tələbələrə əlçatandırmı...

Qərb Universitetinin tələbələri məşhur proqram və oyunları Azərbaycan dilinə çevirəcək

Qərb Universitetinin tələbələri məşhur proqram və oyunları Azərbaycan dilinə çevirəcək

Məcburi köçkün tələbələrə şad xəbər - Güzəşt ləğv edilməyib

Məcburi köçkün tələbələrə şad xəbər - Güzəşt ləğv edilməyib

Bu ölkədə tələbələrin həftədə 20 saat işləmək imkanları var

Bu ölkədə tələbələrin həftədə 20 saat işləmək imkanları var

Qərb Universitetindən daha bir yenilik: Tələbə imtahan formasını özü seçəcək

Qərb Universitetindən daha bir yenilik: Tələbə imtahan formasını özü seçəcək

Son dəqiqə! Azərbaycanın məşhur Universitetində tələbələrə görün nəyi qadağan etdilər

Son dəqiqə! Azərbaycanın məşhur Universitetində tələbələrə görün nəyi qadağan etdilər

"Bolonya sisteminin bizdə sadəcə adı var, özü isə demək olar yox"-Nadir İsrafilov

"Bolonya sisteminin bizdə sadəcə adı var, özü isə demək olar yox"-Nadir İsrafilov

Hansı ali məktəbin güzəştli tələbəsi çoxdur? - SİYAHI

Hansı ali məktəbin güzəştli tələbəsi çoxdur? - SİYAHI

Millət vəkilindən təklif- 7 min tələbə təhsil haqqını ödəyə bilməyirsə...

Millət vəkilindən təklif- 7 min tələbə təhsil haqqını ödəyə bilməyirsə...

Slavyan Universitetindən problemli tələbələrlə bağlı - AÇIQLAMA

Slavyan Universitetindən problemli tələbələrlə bağlı - AÇIQLAMA