AzTehsil.com

Xəbərlər
02 mart 2018
2 480

DİM qeydiyyatı niyə mürəkkəbləşdirib? - Ekspertdən və tələbələrdən açıqlamalar

Qeydiyyat prosedurlarının mürəkkəbləşəcəyi ehtimal olunur.

Dövlət İmtahan Mərkəzi yaradıldıqdan sonra ali məktəbə qəbulun bütün pillələrinə sənəd qəbulunda xeyli dəyişikliklər edilib. Qəbul imtahanları üçün ərizələrin qəbulu hər zamankı kimi internet vasitəsi ilə aparılsa da, bir qədər fərqli hala salınıb.

Belə ki, imtahanda iştirak etmək istəyən tələbə və ya abituriyentlər Mərkəzin internet saytında "Şəxsi kabinet” yaratmaq, ərizə vermək üçün tələb olunan məbləği  "Şəxsi kabinet”dəki hesablarına əlavə etmək, "Bakalavrın elektron ərizəsi” formasını doldurub təsdiq etmək, onlayn ödəniş üçün Portmanat kodu əldə etmək, və s. kimi vaxt aparan prosedurlardan keçməli olurlar.

Lakin əksər gənclər onlayn qeydiyyatın öhdəsindən gəlməkdə çətinlik çəkirlər. Onlar qeydiyyatdan keçmək üçün müəllimlərin və ya internet klublarının  köməyindən istifadə edirlər. Bəzi gənclər hətta bunun üçün müəyyən miqdarda ödəniş də etməli olurlar və prosedurun xeyli çətinləşdiyindənşikayətlənirlər. Bəs ölkəmizdə onlayn qeydiyyat sisteminin tətbiqi nə dərəcədə uğurlu alınıb?

Aztehsil.com xəbər verir ki, məsələ ilə bağlı AzEDU saytına danışan təhsil eksperti Elnur Hacıyev bu sistemin tətbiqini uğurlu hesab etmədiyini bildirib.

"Tələbələr onlayn qeydiyyat sistemindən özləri istifadə edə bilmirlərsə, təbii ki, onun tətbiqini uğurlu hesab etmək olmaz. Çoxları qeydiyyatdan özü yox, müəllimlərin köməyi ilə keçir. Şəxsən mənə qeydiyyatla bağlı çoxlu müraciətlər olur”.

Ekspert həm də valideynlərin bu məsələyə ciddi yanaşmadığını vurğulayıb:

"Əslində problemin kökündə onlayn qeydiyyat sistemi yox, gənclərin kompüter biliklərinin qənaətbəxş olmaması durur. Mən Gəncə Dövlət Universitetində müəllim kimi çalışıram. Əgər bir qrupda 25-30 nəfər tələbə varsa, onların demək olar ki, 80 faizinin kompüteri yoxdur. Tələbənin kompüteri yoxdursa, təbii ki, onların elementar İKT bilikləri də olmayacaq və qeydiyyatdan keçməyi bacarmayacaqlar. Aztəminatlı ailələrin kompüter almağa gücü çatmır. Universitetlərin maddi bazası isə bu problemin həllinə imkan vermir. Ümumiyyətlə, dünya təcrübəsində də belə bir şey yoxdur ki, dövlət və ya özəl təhsil müəssisəsi  bütün tələbələrini kompüterlə təmin etsin.
 
DİM qeydiyyatı niyə mürəkkəbləşdirib? - Ekspertdən və tələbələrdən açıqlamalar

Bununla bağlı maraqlı bir məqamı qeyd etmək istərdim. Valideynlərin övladlarına kompüter almaq üçün imkanları çatmır, amma digər məsələlərə pul xərcləməyə razı olurlar. Qızları ailə qurursa, onun cehizinə xeyli miqdarda pul xərcləyirlər, amma kompüterin çox da baha olmamasına baxmayaraq, onu almırlar. Yəni valideynlər bu məsələyə ciddi yanaşmırlar. Onları maarifləndirmək lazımdır”.

O, həm də qeydiyyat sisteminin çətinləşəcəyi ehtimalı olduğunu deyib:

"Mən əsla  düşünmürəm ki, onlayn qeydiyyat sistemi sadələşdirilməlidir. Biz nə qədər  istəsək də, onu asanlaşdıra bilməyəcəyik. Bu haqda söz belə gedə bilməz. Hətta bunun mürəkkəbləşdiriləcəyi ehtimal olunur. Çünki əgər, dünya inkişaf edir, irəliyə gedirsə, bizim bu prosesi sadələşdirib geriyə getməmiz düzgün deyil”.

Elnur Hacıyev qeydiyyat prosedurlarının ödənişli olması məsələsinə  da aydınlıq gətirib:

"Dövlətin neft gəlirlərinin azalması ilə bağlı keçirdiyi iqtisadi siyasət var. Publik Hüquqi Şəxslərin yaradılması onun əsas istiqamətidir. Bunlar  dövlət müəssisəsi olsalar da, ödənişli xidmətlər həyata keçirmək hüquqları var.

Mən imtahan qiymətlərinin çox yüksək olduğunu və tələbələrin bundan hər hansı bir ziyan görəcəklərini düşünmürəm. İmtahanın xərci valideynin bir toya xərcləyəcəyi  pul qədərdir. Yəni o, bir toya gedməzsə, imtahanın xərcini qarşılaya bilər. Əgər dövlət Publik Hüquqi Şəxs yaradırsa və Dövlət İmtahan Mərkəzinin özünü maliyyələşdirəcəyi məsələsini qoyursa, təbii ki, dövlətin siyasətinə zidd getmək məqsədəuyğun sayılmaz. Yalnız özlərini sınamaq məqsədilə magistratura pilləsinə imtahan verənlər ödənişli xidmətdən imtina edirlər. Amma magistratura, bakalavr və rezidenturaya ciddi şəkildə hazırlaşan şəxslərin bu pulu ödəməyə hazır olduqlarını düşünürəm”.

Aztehsil.com xəbər verir ki, AzEDU saytı bu mövzu ilə bağlı tələbələrin də fikirlərini öyrənib:

Sərdar Məmmədov (Naxçıvan Dövlət Universiteti)

"Dəyişikliklərin olması özü ilə bir çox çətinliklər gətirib. Ancaq hər şey onu yazan tələbədən asılıdır. Mən bütün prosesləri kompüterdə rahat şəkildə özüm etdim. Prosesdə hansısa çətinlik müşahidə etmədim. Əksinə, bunun sayəsində portmanatdan istifadə qaydasını, pul köçürməyi öyrəndim. Proses əslində, çox da çətin deyil, sadəcə yeni tətbiq olunduğuna görə bəzi tələbələrə çətin görünür”.

Leyla Süleymanlı (Azərbaycan Tibb Universiteti)

"Hər şeyin elektronlaşması əslində, çox yaxşı haldır. Bu, işimizi rahat və operativ edir. Amma fikrimcə bəzi məsələləri belə qəlizləşdirməyə lüzum yoxdur. Ən çox onlayn ödəmə prosesi zamanı çətinlik yaşamışam”.

Yeganə Camalova (Ukrayna Dnepropetrovski Dövlət Tibb Akademiyası)

"Mən təhsilimi Ukraynada almışam. Azərbaycanda diplomun təsdiqi üçün onlayn qeydiyyatdan keçmişəm. Şəxsi kabinet açmaq mənə çətinlik yaradıb. Müəllimim yardımçı olub”.

Şükufə Süleymanlı (Bakı Dövlət Universiteti)

"Doğrudur, onlayn qeydiyyat sisteminin bir qədər çətinlikləri var. Amma indi inkişaf etmiş ölkələr bu sistemdən istifadə edir. Evdə oturaraq, heç yerə getmədən qeydiyyatdan keçirik. Yəni onlayn sistemdən imtina edib kağıza qayıtmaq məntiqsizdir”.

Rizvan Yardımlı (Bakı Dövlət Universiteti)

"Mən lap əvvəldən hər kəsin şəxsi kabinetinin olmasının tərəfdarı olmuşam və nəhayət, illər sonra bu mümkün oldu. Ancaq bir məsələ var ki, DİM-də imtahanlara qeydiyyat prosesi mürəkkəbləşdirilib. Verilən sualların sayı çoxdur və həmin sualların cavabı bazada var. DİM-ə oxuduğum orta məktəb, ali məktəbə qəbul olma ilim, ortalama bal lazımdır?! Əgər lazımdırsa bazadan istifadə etsin. Bazada da problem və ya çətinlik varsa, ən yaxşısı belə sualların cavabı şəxsi kabinetdə yazılsın. Ali məktəbə qəbul olarkən verilən iş nömrəsi, orta məktəbi bitirmə ili kimi suallara cavab yazmaq həm vaxt itkisinə, həm də çaşqınlığa səbəb olur. Düşünürdüm ki, imtahanların ödənişini tələbələr qarşıladıqları halda DİM daha da operativləşəcək. "Köhnə hamam, köhnə tas”.

Nərmin Məmmədzadə (Dövlət İdarəçilik Akademiyası)

"Özüm qeydiyyatdan keçə bilmədim. Bunu mənim əvəzimə magistraturaya hazırlaşdığım kursun müəllimi etdi”.

Səidə Nağızadə (Azərbaycan Dövlət Tibb Universiteti)

"Fikrimcə, bu, kifayət qədər düşünülüb qəbul olunmuş  qərardır. Müasir gənc qeydiyyat prosedurlarında texniki cəhətdən çətinlik çəkməməlidir”.

Lamiyə Süleymanlı

Загрузка...
Həmçinin oxuyun:
Dövlət qulluğunda rəhbər vəzifələr üzrə test imtahanına qeydiyyat başa çatır

Dövlət qulluğunda rəhbər vəzifələr üzrə test imtahanına qeydiyyat başa çatır

DİM məlumat yaydı - qeydiyyat başa çatır

DİM məlumat yaydı - qeydiyyat başa çatır

Dövlət qulluğu müsabiqəsinin imtahanına qeydiyyat sona çatır

Dövlət qulluğu müsabiqəsinin imtahanına qeydiyyat sona çatır

Rezidentura üçün sınaq imtahanlarına qeydiyyat başlandı

Rezidentura üçün sınaq imtahanlarına qeydiyyat başlandı

Dövlət qulluğu ilə bağlı növbəti sınaq imtahanı keçiriləcək

Dövlət qulluğu ilə bağlı növbəti sınaq imtahanı keçiriləcək

Yüksək balla ali məktəbə girən tələbə niyə kəsilir?

Yüksək balla ali məktəbə girən tələbə niyə kəsilir?

Dövlət qulluğunda bu vəzifələrə imtahana qeydiyyat başlayır

Dövlət qulluğunda bu vəzifələrə imtahana qeydiyyat başlayır

Hansı şəhərlərdə birinci sinfə qəbul onlayn aparılacaq?

Hansı şəhərlərdə birinci sinfə qəbul onlayn aparılacaq?

Rezidenturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək

Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün növbəti sınaq imtahanı keçiriləcək

Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün növbəti sınaq imtahanı keçiriləcək

Rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün yeni sınaq imtahanı keçiriləcək

Rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün yeni sınaq imtahanı keçiriləcək

Fransız-Azәrbaycan Universitetinә tələbə qәbulu elan edilib

Fransız-Azәrbaycan Universitetinә tələbə qәbulu elan edilib

Magistraturaya sənəd qəbulu davam edir

Magistraturaya sənəd qəbulu davam edir

Dövlət qulluqçusu olmaq istəyənlər üçün sınaq imtahanları keçiriləcək

Dövlət qulluqçusu olmaq istəyənlər üçün sınaq imtahanları keçiriləcək

Magistraturaya qəbul imtahanı üzrə elektron sınaq imtahanı keçiriləcək

Magistraturaya qəbul imtahanı üzrə elektron sınaq imtahanı keçiriləcək

DİM-də keçiriləcək hazırlıq kurslarına qeydiyyat başlanıb

DİM-də keçiriləcək hazırlıq kurslarına qeydiyyat başlanıb

Dövlət qulluğuna qəbul olunmaq istəyənlər üçün sınaq imtahanı

Dövlət qulluğuna qəbul olunmaq istəyənlər üçün sınaq imtahanı

Dövlət qulluğuna qəbulla bağlı sınaq imtahanı keçirilib

Dövlət qulluğuna qəbulla bağlı sınaq imtahanı keçirilib

I sinfə qəbulla bağlı valideynlərə müraciət edildi - Sistemdə ləngimələr ola bilər

I sinfə qəbulla bağlı valideynlərə müraciət edildi - Sistemdə ləngimələr ola bilər

Magistratura imtahanının I mərhələsinə hazırlaşan bakalavrların nəzərinə! -Sınaq imtahanı...

Magistratura imtahanının I mərhələsinə hazırlaşan bakalavrların nəzərinə! -Sınaq imtahanı...

Rezidenturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanı (təkrar) keçiriləcək

Rezidenturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanı (təkrar) keçiriləcək

Fransa-Azərbaycan Universitetinə tələbə qəbulu qaydaları açıqlanıb

Fransa-Azərbaycan Universitetinə tələbə qəbulu qaydaları açıqlanıb

Ali təhsili vaxtından tez bitirmək olarmı?-ekspertlərin rəyi..

Ali təhsili vaxtından tez bitirmək olarmı?-ekspertlərin rəyi..