Dövlət qulluğuna qəbul olunmaq istəyənlər üçün sınaq imtahanı
Dövlət qulluğuna qəbul olmaq istəyən şəxslər üçün müsabiqənin test imtahanı mərhələsi üzrə sınaq imtahanı (təkrar) keçiriləcək.
Aztəhsil.com xəbər verir ki, bu barədə Dövlət İmtahanı Mərkəzindən məlumat verilib.
Dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq* imtahanı keçiriləcək. Sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə 13 yanvar tarixində keçiriləcək.
İmtahan saat 10:00-da başlayacaq.
Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. Qeyd olunan imtahanda iştirak etmək üçün online qeydiyyat 13 yanvar tarixində saat 9:00-da başa çatacaq.
Qeydiyyatdan keçmək üçün http://eservices.dim.gov.az/dqq/Exam/TestExamRegCom keçidinə daxil olmaq lazımdır.
Qeyd edək ki, sınaq imtahanında iştirak etmək istəyənlər DİM-in saytında "Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 30 manatdır. "Şəxsi kabinet”də olan hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilmişdir) yararlanmaq olar. "Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra sınaq imtahanlarında iştirak etmək üçün DİM-in saytında online qeydiyyatdan keçmək lazımdır.
*Sınaq imtahanlarında hər qrup üzrə uyğun olaraq eyni test tapşırıqlarından istifadə edilir. Təkrar imtahanda iştirak etmək istəyənlərin nəzərə almasını xahiş edirik.
Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün növbəti sınaq imtahanı keçiriləcək
Dövlət qulluqçusu olmaq istəyənlər üçün sınaq imtahanları keçiriləcək
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ – DİM məlumat yaydı
Dövlət qulluğuna qəbulla bağlı sınaq imtahanı keçirilib
DİM məmur olmaq istəyənlər üçün sınaq imtahanı keçirib
Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği - AÇIQLANDI
Rezidenturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək
Rezidenturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək
Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək
Dövlət qulluğunda işləmək istəyənlər - Sınaq imtahanı keçiriləcək
Rezidentura üçün sınaq imtahanlarına qeydiyyat başlandı
Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçirilir
DİM məlumat yaydı - qeydiyyat başa çatır
İkinci sınaq imtahanına yazılış başlayıb
Abituriyentlərə xoş xəbər - Pulsuz elektron sınaq imtahanı
Dövlət qulluğu müsabiqəsinin imtahanına qeydiyyat sona çatır
Müəllim olmaq istəyənlər üçün yeni suallardan ibarət sınaq imtahanı keçiriləcək
DİM ənənəvi üsulla keçiriləcək sınaq imtahanlarında iştirak etmək istəyənlərə müraciət edib
Sınaq imtahanının nəticələri açıqlanıb
Aprelin 1-dən abituriyentlər üçün ödənişli elektron sınaq imtahanları keçiriləcək
Müəllimlərin işə qəbulu üzrə elektron sınaq imtahanı keçirilib
İşə qəbul üzrə elektron sınaq imtahanları keçiriləcək - Ayda iki dəfə
Müəllim olmaq istəyənlər üçün elektron sınaq imtahanları davam edir