Məktəbdəki müəllimlərin 23,3 faizi ali təhsilsizdir - Təhsil Eksperti VİDEO
"Hazırda təqribi hesablamalara görə, ölkədə 70-ə yaxın ali təhsil müəssisəsi fəaliyyət göstərir. Onların tən yarısı isə pedaqoji kadrlar buraxır".
Aztəhsil.com xəbər verir ki, bunu təhsil eksperti Elşən Qafarov təhsil sistemində çalışan orta ixtisaslı müəllimlərin say nisbətini təhlil edərkən deyib.
Onu da bildirib ki, təhsilimizdə orta ixtisaslı müəllimlərin böyük üstünlük təşkil etməsi o qədər də ürəkaçan mənzərə deyil.
"Bu gün pedaqoji kadr hazırlamaq problemli məsələdir. Onu da danmaq olmaz ki, orta ixtisaslı müəllimlərin böyük əksəriyyəti ali təhsil alıb müəllimlik fəaliyyətinə başlayan müəllimlərimizdən istər savad, istərsə də pedaqoji təcrübə baxımından üstündürlər. Ancaq sistemli olaraq təhsilə yanaşdığımız zaman 23,3 faizin təhsilimiz üçün olduqca böyük rəqəm olduğunu görə bilərik. Bu baxımdan da təhsildə, xüsusilə də pedaqoji kadr hazırlayan orta ixtisas müəssisələrində islahatlara ehtiyac duyulur".