Təhsil Nazirliyindən mühüm AÇIQLAMA
Ölkəmizdəki müəssisələr kadr hazırlığında məsuliyyəti ali təhsil müəssisələri ilə bölüşməlidirlər.
Aztəhsil.com xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsil şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) keçirilən III Məzun-Karyera Sərgisinin açılışında çıxış edərkən deyib.
Onun sözlərinə görə, 2013-cü ildə Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş "Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"nın həyata keçirilməsi üzrə 2015-ci ildə təsdiqlənmiş Fəaliyyət Planında ali təhsil təhsil müəssisələrinin inkişafı məhz təhsil, elm və innovasiyanın birgə tətbiqi ilə olmalıdır. Bu da ali təhsil müəssisələri üçün bəzi tələbələri ortaya qoyur.
S.Gözəlov qeyd edib ki, ali təhsil müəssisələrinin əmək bazarındakı mövqeyini möhkəmləndirmək, öz əmək qabiliyyətini gücləndirmək üçün əsas şərtlərdən biri ali təhsil müəssisələri ilə iş dünyasının - istehsalat müəssisələrinin əlaqələrini gücləndirməkdir.
Nazirlik rəsmisi hesab edir ki, ali məktəblərin müəssisələrlə əlaqəsinin qurulması il ərzində 1-2 dəfə olmalı deyil, bu iş sistemli şəkildə qurulmalıdır:
"Başqa sözlə, istehsalat sahəsi ali təhsil müəssisəsinə, yaxud ali təhsil təhsil müəssisəsi iş dünyasına yaxınlaşmalıdır. Bütün bu yaxınlıq ölkədə kadr hazırlığında məsuliyyətin bölüşməsi deməkdir. Yəni ali təhsil müəssəsisəsi məsuliyyəti yalnız öz üzərinə götürərək kadr hazırlamamlıdır. Onun hazırladığı kadrlar müəssisə üçündür. Ona görə də ölkəmizdəki müəssisələr, xüsusilə aparıcı müəssisələr həmin ali təhsil müəssisəsi ilə kadr hazırlığında məsuliyyəti bölüşməlidirlər".