AzTehsil.com


Xəbərlər / Mədəniyyət
14 noyabr 2017
3 946


Füzulinin qəbri dağıdılıb, Nəsiminin məzarından xəbər yoxdu - RƏSMİ



Şərq ədəbiyyatının nəhənglərindən olan Azərbaycan şairləri – İmadəddin Nəsimi və Məhəmməd Füzulinin münaqişəli bölgədə yerləşən məzarları hər zaman müzakirə mövzusu olub.


Zaman-zaman həm Füzulinin İraqın Kərbəla, həm də Nəsiminin Suriyanın Hələb şəhərində olan məzarının aqibəti, onların nəşinin vətənə gətirilməsi mövzuları gündəmə gətirilib və tezliklə də unudulub.


Həmin coğrafiya bu gün də qan çanağı olmaqda davam edir. Məzarların hazırki durumu necədir və onların Vətənə gətirilməsi nə dərəcədə mümkündür?


Aztəhsil.com xəbər verir ki, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmlər doktoru Paşa Kərimov modern.az-a açıqlamasında bu barədə ilginc məlumat verib. Onun sözlərinə görə, bu gün biz Füzulinin məzarı haqqında danışırıq, amma o məzar çoxdan yoxdur. Yol çəkilişi zamanı yerin altında qalıb:


"Bəzi adamlar istəyir ki, Nəsimi və Füzulinin məzarları Azərbaycana gətirilsin, bəziləri isə əksinə… Məzarların gətirilməsini istəyənlərin  məramı məlumdur – istəyirlər ki, böyük mütəfəkkirlərin məzarları Vətəndə olsun.

 

Əksinə söyləyənlərin də məqsədi məlumdur – onlar istəyirlər ki, həmin şairlərin məzarları dəfn olunduğu torpaqlarda da bir türk nişanəsi olaraq qalsın. Füzulinin qəbri hələ Səddam Hüseynin vaxtında yolun altında qaldı.

 

Təkcə məzar daşını gətirib məlum yerə - İmam Hüseyn məqbərəsinin yaxınlığında qoydular. Məlum siyasi hadisələrdən sonra o daşın üzərində xoşagəlməyən qeydlər edilib. Üzərində yazılıb ki, ərəb, fars, türk və kürd dillərində yazan bir sənətkardır.

 

Bunu da başa düşmək olmur; yəqin, siyasi hadisələrlə bağlıdır. Təəssüf ki, qəbir daşının üstündə belə bir yazı var. Amma bu dövrandır, biri gələr, biri gedər və o yazılar da dəyişilə bilər.


Əsas məsələ budur ki, onun qəbiri çoxdan yerin altında qalıb. Salınan yol üzərindən keçirdi deyə, o da yer altında qalası oldu. Bu faktı bilmirəm niyə demirlər. Yalnız daşı saxlayıblar. Onu da özlərinə uyğun şəkildə redaktə ediblər. 


Açığını deyirəm, İraqda Füzulinin qəbri normal şəraitdə olsaydı, mən məzarın orada qalmasının  tərəfdarı olardım. Çünki orada da bir türk varlığını təsdiqi kimi nişanə olmalıdır”.


Füzulinin məzarının aqibəti və nə zamansa Vətənə gətirilmə ehtimalının olub-olmamasından danışan Paşa Kərimov Nəsimi ilə bağlı da eyni fikirdə olduğunu bildirib. 


Qeyd edək ki, Nəsiminin məzarı bu gün gərgin münaqişələrin, qanlı çəkişmələrin məskəni olan Hələb şəhərindədir. Lakin alim Nəsiminin məzarının aqibətini Füzulinin məzarı kimi olmayacağını deyir:

 

"Nəsiminin qəbri Türkiyəyə yaxın olan ərazidədir. Bu, onun təhlükəsizliyinə yardımçı ola bilər. Çünki indiki dünyada hər şey siyasi güclə ölçülür. 


Əfqanıstanda olarkən orada Nəvainin qəbrini ziyarət etdim. Həmçinin, Babur şahın da Kabildəki məzarına baş çəkdim. Bu iki böyük şəxsiyyətin məzarının Əfqanıstanda olmasının oradakı yerli türk əhalisi üçün böyük əhəmiyyəti var.

 

Çünki türkləri orada sıxışdıran siyasi qüvvələr çoxdur. Amma onlar bu məzarları özlərinin ziyarət yerlərinə çeviriblər. Bir xalq üçün yad ərazidə belə şeylər də  lazımdır. Çünki nə zamansa sıxışdırılanda onlara istinad edərək desinlər ki, biz buraların sahibi olanda siz harada idiniz? Mən bunun tərəfdarıyam. 


İndi o torpaqlar uğrunda elə qızğın münaqişələr gedir ki, Azərbaycan tərəfini də başa düşmək olar. Bax, bizim siyasətçilərimiz bunun üçün nə etsinlər?!Azərbaycan siyasətçisi bu məsələyə heç bir müdaxilə edə bilmir.

 

O ərazilər hazırda böyük şahmat taxtasıdır. Bu saat oralarda qızğın münqişə, böyük oyunlar gedir. Məzarların orada qalması təhlükəli olsa da, mən bunun tərəfdarıyam”.

Nəsiminin Hələbdəki məzarı...

Füzulninin Kərbəlada qəbir daşı...

 

 




Загрузка...
Həmçinin oxuyun:
İmadəddin Nəsiminin Azərbaycan dilində "Divan"ının iki nüsxəsinin surəti əldə edilib

İmadəddin Nəsiminin Azərbaycan dilində "Divan"ının iki nüsxəsinin surəti əldə edilib

Böyük filosof Aristotelin məzarı Yunanıstanda tapılıb...

Böyük filosof Aristotelin məzarı Yunanıstanda tapılıb...

Əlyazmalar İnstitutu Xətainin nəvəsinin “Divan”ının surətini əldə edib

Əlyazmalar İnstitutu Xətainin nəvəsinin “Divan”ının surətini əldə edib

Tarixçi alimdən partiya sədrinin sözlərinə DƏSTƏK

Tarixçi alimdən partiya sədrinin sözlərinə DƏSTƏK

Nizami Gəncəvi fars şairidir? FAKTLAR

Nizami Gəncəvi fars şairidir? FAKTLAR

“Yazıçılarımız nə vaxtsa, Yaradıcılıq Evinə gedəcəklər, hələlik isə gözləyirik”

“Yazıçılarımız nə vaxtsa, Yaradıcılıq Evinə gedəcəklər, hələlik isə gözləyirik”

Azərbaycanın bu kəndində 24 ildən sonra ilk dəfə dərs keçiriləcək

Azərbaycanın bu kəndində 24 ildən sonra ilk dəfə dərs keçiriləcək

Səfəvi dövlətinin İrana aid olması haqqında mənbələr ağ yalandır

Səfəvi dövlətinin İrana aid olması haqqında mənbələr ağ yalandır

Lütfi Zadənin Bakıda dəfni Azərbaycana nə verdi?

Lütfi Zadənin Bakıda dəfni Azərbaycana nə verdi?

“Türk dünyasının vahid universitetinin yaradılması son dərəcə zəruridir”

“Türk dünyasının vahid universitetinin yaradılması son dərəcə zəruridir”

Valideynləri öldürülən Abdulla Bakıda - Rəsmi açıqlama

Valideynləri öldürülən Abdulla Bakıda - Rəsmi açıqlama

AMEA-da yeni TƏYİNATLAR

AMEA-da yeni TƏYİNATLAR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Daha bir orta məktəb dərsliyində RƏZALƏT-  FOTOFAKT

Daha bir orta məktəb dərsliyində RƏZALƏT- FOTOFAKT

Ölən direktordan əvvəl məktəbin bir hissəsi restorana satılmışdı

Ölən direktordan əvvəl məktəbin bir hissəsi restorana satılmışdı

Faciəvi şəkildə ölən Azərbaycan SƏNƏTÇİLƏRİ

Faciəvi şəkildə ölən Azərbaycan SƏNƏTÇİLƏRİ

Azərbaycanda dini təhsil pulsuz olacaq

Azərbaycanda dini təhsil pulsuz olacaq

Məleykə Abbaszadədən sərt açıqlama: "Məni siyasi müstəviyə çəkirlər"

Məleykə Abbaszadədən sərt açıqlama: "Məni siyasi müstəviyə çəkirlər"

Xristianla müsəlman eyni qəbiristanlıqda dəfn oluna BİLƏRMİŞ

Xristianla müsəlman eyni qəbiristanlıqda dəfn oluna BİLƏRMİŞ

İlham Əliyev tanınmış alimi təltif etdi

İlham Əliyev tanınmış alimi təltif etdi

Təhsil nazirinin Türkiyəyə səfəri davam edir

Təhsil nazirinin Türkiyəyə səfəri davam edir

Azərbaycanda ən çox rast gəlinən qan qrupu açıqlandı - Qanvermə İnstitutunun direktoru ilə MÜSAHİBƏ

Azərbaycanda ən çox rast gəlinən qan qrupu açıqlandı - Qanvermə İnstitutunun direktoru ilə MÜSAHİBƏ

28 May - Xalqımız hər il bu günü böyük təntənə ilə qeyd edir

28 May - Xalqımız hər il bu günü böyük təntənə ilə qeyd edir

“Facebook” siyasi reklam qaydalarını dəyişəcək

“Facebook” siyasi reklam qaydalarını dəyişəcək