AzTehsil.com


Xəbərlər
02 fevral 2017
4 152


Ölən direktordan əvvəl məktəbin bir hissəsi restorana satılmışdı



Ölən direktordan əvvəl məktəbin bir hissəsi restorana satılmışdı

 

171 saylı məktəbin direktoru Telman Qardaşovun qəfil ölümündə ATV telekanalında yayımlanan "Yoxlama” verilişinin adının hallanması ilə bağlı müzakirələr hələ də davam edir. İddialara görə, telekanal əməkdaşları məktəbə icazəsiz daxil olaraq çəkiliş aparıb.
 
Mərhum məktəb direktorunun həyat yoldaşı ilginc iddialarla çıxış edib:
"Mənim yoldaşım il yarım idi ki, orada direktor işləyirdi. Onun direktor olduğu müddətdən öncə məktəbin ərazisinin bir hissəsi restoran sahibinə satılmışdı. Məktəbin ərazisi 7 hektar idi, onun 4 hektarını restorana satmışdılar. Yoldaşım da elə ora ilk təyin olunduğu gündən bu barədə aidiyyatı sturukturlara da məlumat vermişdi. Amma hər zaman bunun stressini yaşayırdı. Sonra məktəbin ərazisinin satıldığı obyektin xərcləri də məktəb ərazisində olduğu üçün məktəbin üzərinə yükləndi. Bundan sonra da onlarla yoldaşım arasında münasibətlər pisləşdi. Çünki heç kim gedib obyektdən bu pulu tələb etmirdilər, yoldaşımdan tələb edirdilər. Artıq münasibət kəskinləşəndə həmin obyektin müdirləri ATV telekanalına müraciət edib qərəzli şəkildə məktəbə çağırıblar.
 
Onlar telekanalla əlbir olublar. Telekanal da qərəzli şəkildə məktəbə gəlib. Bundan başqa da məktəbin ¾ hissəsi təmirə bağlanıb. Adicə evin bir küncündə təmir işləri görəndə, evin hər yanı batır. Bunlar da həmin ərəfədə gəliblər. Çəksələr belə, bu qeyri-obyektivlikdir. Mən əminəm ki, həmin obyekt telekanalla əlbir olub. Səbəb göstərirlər ki, güya məktəbdən 300-ə qədər şikayət daxil olub. Həmin şikayətlərdən birini fakt kimi qoysunlar ortaya, biz də görək. Hamısı yoldaşıma qarşı qurulmuş saxta bir oyundur və bu oyuna görə də yoldaşım dünyasını dəyişdi. Yoldaşımın ölümündə onlar günahkardılar”. 
 
Mərhumun həyat yoldaşı bildirib ki, məhkəməyə müraciət ediləcək: "Bunun üstünə düşəcəyik. Hələlik başımız yas mərasiminə qarışıb.  Məhkəməyə də müraciət edəcəyik ki, ciddi araşdırılsın. Üç övladım var, onlar bu məsələ ilə bağlı nə lazım olsa, edəcəklər”. 
 
Məsələ ilə bağlı Xətai rayon İcta Hakimiyyəti başçısının müavinlərinə və humanitar məsələlər üzrə şöbəyə günlərlə zəng etsək də, bir neçə gündən sonra zəngimizə hunanitar şöbənin müdiri Pənah İmanov cavab verib. O, bu iddiaları "əsassız” adlandırıb: "Əvvəl deyirdilər ki, rəhmətliyin ölümündə ATV telekanalı günahkardır, indi də deyirlər ki, təhsil idarəsi, icra orqanları. Məktəb ərazisində heç bir restoran yoxdur. Ümumiyyətlə, məktəb yaxınlığında restoran yoxdur. Bu da o deməkdir ki, iddialar əsassızdır. O ki, qaldı məktəbin ərazisinə yaxın yerləşən binalara, həmin binalar sovetin dövründən orada tikilib”. 
 
Şöbə müdiri də məktəb ərazisində tikinti və yenidənqurma işləri görüldüyünü təsdiqləyib: "Bəli, məktəb hal-hazırda əsaslı təmir edilir. Demək olar ki, məktəbin yarısından çoxu sökülüb, təmir-bərpa işləri aparılır. Dövlət proqramına uyğun olaraq  işlər görülür. Bizim səlahiyyətimiz çatdığı yerə qədər biz sizi əmin edirik ki, məktəbin ərazisi heç yerə satılmayıb, məktəb ərazisində restoran yoxdur”.
 
istinad cebhe.info



Загрузка...