Alimlərin öyrənə bilmədiyi, baş açmadığı yeganə insan icması...
Pakistan və Hindistan sərhədində yaşayan və qədim hunların varisi sayılan Hunza türkləri bütün elm aləminin marağını cəlb edib.
Aztəhsil.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu insanlardakı özəllik alimlərin araşdırma mövzusuna çevrilib.
Belə ki, həmin insanlar 110 ildən az yaşamırlar. 65 yaş Hunza türkləri üçün ömrün yarısı sayılır. Hətta qadınlar bu yaşda ana da ola bilir. 100 yaşında dünyasını dəyişənlər isə gənc hesab olunur. Hunza türkləri arasında heç zaman nə xərçəng, nə də başqa ağır xəstəliklərə rast gəlinməyib. Hunza türkləri ən çox sarımsaqlı yeməklərdən istifadə edir və yaşadıqları dağ zonasının təmiz suyunu içirlər. Bütün bunlara baxmayaraq, alimlər yenə də bu insanları araşdırma obyekti kimi nəzarətdə saxlayır.