İtaliyalı alimlər uzunömürlülüyün SİRRİNİ TAPIBLAR
İtaliyalı alimlər uzunömürlülüyün sirrini tapıblar.
Aztəhsil.com mətbuat.az-a istinadən araşdırmalar nəticəsində məlum olub ki, insan orqanizmindəki zülallardan birinin aşağı konsentrasiyası onun ömrünü uzatmağa qadirdir.
Mütəxəssislər 90 yaşdan yuxarı yaşayan uzunömürlü 30 italiyalıdan qan nümunələri götürüblər. Onların hamısı Çilento regionunda Aççaroli kəndində yaşayırlar. Sonra könüllülərin qan nümunələri İsveç sakinlərindən götürülən qan nümunələri ilə müqayisə edilib.
Məlum olub ki, italiyalıların qanında zülallardan biri olan adrenomedullinin miqdarı çox azdır. Məlumata görə, bu konsentrasiyanın az miqdarda olması uzunömürlülüyə, özünü gümrah və rifahı yüksək adamlar kimi hiss etməyə imkan verir.