Əl titrəməsi hansı xəstəliklərin xəbərçisidir? – Araşdırma
Əl titrəməsi vücudda başlayan hansısa xəstəliyin ilkin əlaməti ola bilər. Bu hal insana günlük həyatında yetəri qədər maneçilik törədir. Stres, həyəcan, həddindən çox kafein qəbulu, fiziki yorğunluq əl titrəməsinə səbəb olan faktorlar sırasındadır.
Aztəhsil.com medicina.az-a istinadən xəbər verir ki, Memorial Antalya Xəstəxanasının nevrologiya üzrə mütəxəssisi Sevin Balkan istirahət vəziyyətində və ya hərəkət əsnasında qeyri-iradi olaraq meydana gələn əl titrəməsini əl şişi adlandırıb.
Həkimin sözlərinə görə, əl titrəməsinin ən çox görülən növü həyəcan, əsəbilik, qorxu kimi hisslərdir:
Sakitləşdikdən sonra titrəmə keçirsə, bu, fizioloji tremor sayılır. Çox rast gəlinən bir başqa növü isə esansiyel tremordur. Adətən təktərəfli başlayır, daha sonra isə digər ələ keçir. Başlanğıclarda duyğusal vəziyyətlərdə yaransa da getdikcə artır.
Müalicə edilmədikdə ayaqlar, baş, çənə, dil, səs kimi vücudun digər hissələrinə yayılmağa davam edir. Adətən 40 yaşından sonra yaransa da, xəstəlik daha gənc yaşlarda da meydana çıxa bilər. Belə xəstələrin 20 faizində Parkinson xəstəliyi müşahidə edilir.