AzTehsil.com

Xəbərlər / Qabaqcıl təcrübə / Pedaqoji nəşrlər / Pedoqojitəcrübə / Yazarlar / Ziyalılar / Direktor / Müəllim / Cəmiyyət / Bölgə
22 noyabr 2025
1 489

"Təhsilin gündəm olması yaxşı haldır!"



AzTehsil.com xəbər verir ki, mövzu ilə bağlı ADNSU-nun rektoru, dosent Rüfət Əzizov öz fikirlərini FB səhvəsində paylaşıb.Təhsilin gündəm olması yaxşı haldır! Son günlər ümumi təhsildə aparılan islahatlar cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Bu mövzu ilə bağlı bir neçə məqamı bölüşmək istərdim:


Emin müəllimin yanaşması rasional və data əsaslıdır. Tam səmimi qeyd edim ki, cənab nazir qlobalda mövcud olan təhsil nazirləri arasında təhsili ən yaxşı başa düşən nazirlərdəndir. Bunun dəfələrlə şahidi olmuşuq. Ona görə tamamilə düz yolda olduğumuzdan əminəm.

 Müəllimlik tam ştatlı peşə kimi. Həkim, mühəndis, maliyyəçi necə tam gün işləyirsə, müəllim də işləyə bilər. Bunun üçün də motivasiya təklif edilir - iki dəfə yüksək maaş. Sertifikasiya balı da hazırda mövcud obyektiv alətdir həmin müəllimləri müəyyən etmək üçün. Tam ştatlı müəllim dərsə hazırlaşmalı, fənni üzrə yenilikləri izləməli, valideynlə işləməli, şagirdi təhlil etməli, tədqiqat aparmalı və bəzən məqalə yazmalıdır. Bu işlər üçün vaxt ayrılır və həmin vaxtın ödənişi təmin olunur. Problem nədir?


Sistemsiz müzakirələr. Çox vaxt məsələnin mahiyyəti kənarda qalır və ümumi narazılıqlar səsləndirilir. Məsələn:

– “Dərslikdə səhv var” deyənlərin bir qismi illərlə kitablara heç baxmayıb. Bəzən iddia edilən kitablar ümumiyyətlə nazirliyə aid deyil və ya çoxdan dövriyyədən çıxıb. Ən az 3 belə hal ilə qarşılaşmışam. 

– Yeni dərsliklər 2 il pilot mərhələdən keçir, rəy toplanır, müəlliflər (əsasən müəllimlər) tərəfindən beynəlxalq təcrübə əsasında hazırlanır. Nazir və nazirlik işçiləri kitab yazmır. Əminəm ki, yeni dərsliklər müasir tələblərə uyğundur, problem daha çox həmin dərsliklərdən istifadə bacarığı ilə bağlıdır.

– Repetitorluq məsələsində əsas problem odur ki, yaxşı müəllim məktəbdə az saat dərs deyib vaxtını repetitorluğa sərf edir. Təklif isə budur ki, yaxşı müəllim məktəbdə tam ştatlı işləsin, digər işlərlə yanaşı, ehtiyac olduqda şagirdə əlavə dərs keçsin, kömək etsin və bunun qarşılığını alsın. 


Emosiyalar. Təhsilin gələcəyimizi müəyyən etdiyini deyiriksə, emosiyalarla deyil, real nəticələrlə danışmalıyıq. Nazirliyin illərdir apardığı islahatların məqsədi müəllimin motivasiyasını artırmaq, şagirdin öyrənməsini yaxşılaşdırmaq və məktəblərdə daha şəffaf idarəetməyə keçiddir. Bunu təkzib edən hər hansı atılmış addımı nümunə kimi belə göstərmək mümkün deyil. 


Təhsil islahatları ardıcıl və sistemli olduqda real nəticə verir. Sual ola bilər, əgər tam ştatlı müəllim modeli yaxşıdırsa, bunu niyə əvvəl etmirdilər? Məncə cavab odur ki, sistemdə müəllimlərin keyfiyyətinin artmasına və onların bir-birindən fərqləndirilməsinə ehtiyac var idi. MİQ sistemə keyfiyyətli yeni müəllimlərin daxil olmasını təmin etdi, sertifikasiya isə mövcud müəllimlərin peşə bacarıqlarının artmasını və qiymətləndirilməsini təmin etdi. Artıq sistemdə olan müəllimlərimizin keyfiyyəti daha yaxşıdır və yeni islahatlar onların motivasiyasını daha da artıracaqdır.



Həmçinin oxuyun:
Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Ceyhun Kərəmov: Elə müəssisələrimiz var ki...- Müsahibə

Ceyhun Kərəmov: Elə müəssisələrimiz var ki...- Müsahibə

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq

Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

"72 mindən artıq müəllimin maaşı artırılacaq" - Şöbə müdiri

"72 mindən artıq müəllimin maaşı artırılacaq" - Şöbə müdiri

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Peşə məktəbindən universitetə açılan qapı

Peşə məktəbindən universitetə açılan qapı

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

İmtahana necə hazırlaşmalı ?

İmtahana necə hazırlaşmalı ?

İlk təcrübə və böyük uğur

İlk təcrübə və böyük uğur

Ali məktəblərdə ödənişli ixtisaslar üçün - Təhsil haqları müəyyənləşdi - QİYMƏTLƏR

Ali məktəblərdə ödənişli ixtisaslar üçün - Təhsil haqları müəyyənləşdi - QİYMƏTLƏR

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

Peşə təhsili üçün böyük stimullaşdırma- Peşə təhsili hüququ kimlərə verilir?

Peşə təhsili üçün böyük stimullaşdırma- Peşə təhsili hüququ kimlərə verilir?

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

"Bəzən, olur ki, işıq söndüyü üçün məktəbdə zəngi özümüz əllə vurmalı olmuşuq"

"Bəzən, olur ki, işıq söndüyü üçün məktəbdə zəngi özümüz əllə vurmalı olmuşuq"

Motivasiya və onun təlimdə rolu

Motivasiya və onun təlimdə rolu

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

ÜMUMİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN MÜƏLLİMLƏRİ ÜÇÜN İXTİSASARTIRMA TƏHSİLİNİN KURİKULUM ÇƏRÇİVƏSİ

ÜMUMİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN MÜƏLLİMLƏRİ ÜÇÜN İXTİSASARTIRMA TƏHSİLİNİN KURİKULUM ÇƏRÇİVƏSİ