“Korrupsiyaya qarşı mübarizə” mövzusunda görüş keçirilib
Gəncədə təhsil müəssisələrinin rəhbərləri üçün “Korrupsiyaya qarşı mübarizə” mövzusunda görüş keçirilib.
AzTehsil.com xəbər verir ki, “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində həyata keçirilən görüşün məqsədi təhsil işçilərində antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı işlərin gücləndirilməsi, işçilərin peşə hazırlığının artırılması, təcrübədə rast gəlinən problem və çətinliklərin qarşısının alınmasıdır.
Görüşdə Gəncə şəhəri üzrə təhsil sektorunun müdiri Nərgiz Həsənova, Gəncə şəhər prokurorunun köməkçisi Rüstəm Səfərli, həmçinin Gəncə şəhəri üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.
Görüş müddətində Gəncə şəhər prokurorluğunun əməkdaşı tərəfindən “Təhsil sahəsində korrupsiya hüquqpozmalarına qarşı qabaqlayıcı tədbirlərin əhəmiyyəti”, “Korrupsiyanın mahiyyəti və onun cəmiyyətə təsiri, ona qarşı mübarizənin zəruriliyi”, “Korrupsiyaya qarşı mübarizə sahəsində preventiv tədbirlərin nəticəsi” və digər müvafiq mövzular üzrə çıxışlar olub.
Görüş interaktiv və qarşılıqlı fikir mübadiləsi formasında aparılıb, dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.![]()










