AzTehsil.com

Xəbərlər / Qabaqcıl təcrübə / Pedaqoji nəşrlər / Pedoqojitəcrübə / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Bakalavr / Bölgə
04 dekabr 2025
1 097

"Bu ixtisaslara ehtiyac var"



Əmək bazarı sürətlə inkişaf edir və yenilənir. Bir çox ixtisaslar var ki, bu gün əmək bazarında tələbat olmasa da, ali təhsil müəssisələrində tədris olunur.Bu halda sual yaranır: bəs, bu gün əmək bazarının tələblərinə uyğun olub, lakin universitetlərdə hələ də tədris olunmayan ixtisaslar mövcuddurmu? Ümumilikdə, yeni ixtisasların formalaşdırılmasına ehtiyac varmı?AzTehsil.com xəbər verir ki,  mövzu ilə bağlı Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova danışıb.Müsahibimiz bildirib ki, yeni ixtisaslara ehtiyac təkcə var deyil, bu artıq reallığın tələb etdiyi zərurətdir:“Bu gün əmək bazarı elə sürətlə dəyişir ki, bəzən hiss olunur: universitetlər sanki "köhnə xəritə ilə yeni küçədə yol axtaran turist" kimidir. Dünya təcrübəsi də göstərir ki, ənənəvi təhsil proqramları bu dinamikanı izləməkdə çətinlik çəkir. Ona görə də əmək bazarının diktə etdiyi, lakin universitetlərdə hələ də tədris olunmayan bir çox ixtisaslar mövcuddur. Və açıq deyim, yeni ixtisaslara ehtiyac təkcə var deyil, bu artıq reallığın tələb etdiyi zərurətdir.Dünyada universitetlər son illərdə məhz bu tələbdən çıxış edərək təhsil proqramlarını yeniləyir və yeni istiqamətlər yaradır. Rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik, rəqəmsal sağlamlıq, oyun dizaynı, media savadlılığı, ekoloji idarəetmə, daxilolma və xüsusi təhsil kimi sahələr artıq bir çox ölkədə yeni ixtisas kimi formalaşıb. Əsas məqsəd tək sahə bilikləri deyil, inteqrativ bacarıqlar yaratmaqdır: dil+texnologiya, psixologiya+kommunikasiya, biznes+analitika kimi kombinə edilmiş istiqamətlər yeni dövrün tələbinə çevrilib".Bizdə əmək bazarı hazırda universitetləri qabaqlayır:“Xüsusilə süni intellekt və təhsil sahəsində böyük boşluqlar var. Təhsil sistemində süni intellektin rolu artır, amma universitetlərdə "AI ilə tədris", "rəqəmsal kontent yaradılması", "öyrənmə analitikası" kimi ixtisaslar hələ sistemli formada tam formalaşdırılmayıb.

İnklüziv təhsil üzrə də eyni vəziyyət müşahidə olunur: bu sahə ölkədə çox böyük ehtiyaca çevrilib, amma proqramlar yetərincə praktiki deyil. Ekoloji ixtisaslara da xüsusi ehtiyac var, xüsusilə COP29-dan sonra. Rəqəmsal kommunikasiya və media üzrə müasir ixtisasların olmaması isə həm təhsil sektorunda, həm iş həyatında ciddi boşluq yaradır".Yeni ixtisaslar Azərbaycanda təhsilin inkişafı üçün lüks deyil, strateji zərurətdir:

“Mənim mövqeyim odur ki, yeni ixtisaslar Azərbaycanda təhsilin inkişafı üçün lüks deyil, strateji zərurətdir. Universitetlər əmək bazarının real ehtiyacları ilə birgə proqram hazırlamalıdır. 4 il dəyişməyən klassik fənn siyahısı müasir dövr üçün kifayət deyil.

Daha çevik modul sistemi, mikro-ixtisaslar, texnologiya yönümlü və praktik bacarıqlara əsaslanan proqramlar yaradılmalıdır. Xüsusilə müəllimlik sahəsində: rəqəmsal pedaqogika, inklüziv dil tədrisi, rəqəmsal qiymətləndirmə, erkən yaş savadlılığı kimi yeni istiqamətlər açılmalıdır.Nəticə olaraq, əmək bazarı artıq universitetlərdən daha sürətli inkişaf edir. Ona görə də yeni ixtisasların yaradılması sadəcə yaxşı fikir deyil, ölkənin iqtisadi, sosial və təhsil inkişafı üçün vacib addımdır. Dünya bu yolla gedirsə, bizim də geri qalmaq kimi bir lüksümüz yoxdur.



Həmçinin oxuyun:
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Təhsil müəssisələrinin akkreditasiyası   Qaydaları

Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Ceyhun Kərəmov: Elə müəssisələrimiz var ki...- Müsahibə

Ceyhun Kərəmov: Elə müəssisələrimiz var ki...- Müsahibə

MÜƏLLİMLƏR OXUYUN ! Pedaqoji Şuranın işinin məzmunu  Pedaqoji Şuranın fəaliyyət pirnsipləri

MÜƏLLİMLƏR OXUYUN ! Pedaqoji Şuranın işinin məzmunu Pedaqoji Şuranın fəaliyyət pirnsipləri

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair     SUAL-CAVAB

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair SUAL-CAVAB

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Təhsil mürəkkəb dinamik sistemdir

Təhsil mürəkkəb dinamik sistemdir

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz,  bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz, bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Abituriyentlər ən çox bu ixtisasları SEÇİB

Abituriyentlər ən çox bu ixtisasları SEÇİB

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Uşaqların xüsusiyyətləri

Uşaqların xüsusiyyətləri

Uşaqların xüsusiyyətləri

Uşaqların xüsusiyyətləri

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Distant təhsilə doğru ilk addımlar

Distant təhsilə doğru ilk addımlar

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)