"Qızların təhsilinə dəstək verilməsi"-ƏTRAFLI
“Qızların təhsilinə dəstək verilməsi yalnız fərdi inkişaf üçün deyil, həm də cəmiyyətin ümumi tərəqqisi üçün böyük əhəmiyyət kəsb edir”.
AzTehsil.com xəbər verir ki, bu fikirləri bu gün elm və təhsil naziri Emin Əmrullayev “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində həyata keçirilən “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı 2025”in təqdimat mərasimində səsləndirib.
O qeyd edib ki, qarşıda hələ uzun yol var və bu yolun başlanğıcındayıq: “Biz məktəblərdə və ali təhsil müəssisələrində gənc qızların potensialını tam şəkildə reallaşdırmaq üçün əlavə imkanlar yaratmalıyıq. Əsas odur ki, cəmiyyət bu məsələyə münasibətini dəyişsin və qız uşaqlarına daha çox dəstək verilsin”.
Emin Əmrullayev bildirib ki, Azərbaycanda ali təhsildə iştirak edən gənc qızların sayı ildən-ilə artır və bu, ölkəmizdə təhsilin və bərabər imkanların inkişafını göstərir.
O əlavə edib ki, təhsil almaq hər zaman insanın şəxsi inkişafına müsbət təsir göstərir və heç bir halda alternativi yoxdur: “Həmişə bir az oxumaq heç oxumamaqdan daha faydalıdır”.











