Elm və təhsildə yeniliklər media nümayəndələrinə təqdim olunub
-Elm və təhsildə yeniliklər media nümayəndələrinə təqdim olunub.24-25 oktyabr tarixlərində #elm və təhsil sahəsində həyata keçirilən yeniliklərin mediaya təqdimatı keçirilib .Tədbirdə Elm və Təhsil Nazirliyinin müxtəlif struktur bölmələri tərəfindən görülən #işlər, yeni layihələr və gələcək #istiqamətlər barədə ətraflı məlumat verilib.AzTehsil.com xəbər verir ki, təqdimatın ikinci günündə elm və təhsil naziri Emin Əmrullayev də iştirak edərək media ilə səmərəli əməkdaşlığın əhəmiyyətindən danışıb.Elm və təhsil sahəsində şəffaf və operativ kommunikasiya mühitinin formalaşmasına xidmət edən bu cür görüşlərin gələcək əməkdaşlıqlara mühüm töhfə verəcəyinə inanırıq.İştirak edən, təhsil təəssübkeşliyi çəkən hər kəsə təşəkkür bildirib.
![]()








