AzTehsil.com

Xəbərlər / Valideyn / Direktor / Müəllim / Digər Elan / Ekspert / Bölgə / Sual
02 oktyabr 2025
993

Şagird sıxlığı olan siniflərdə təhsilin keyfiyyəti necə təmin olunur?




Son illərdə Bakıda və Abşeron rayonunda valideynlərin ən çox şikayət etdiyi məsələlərdən biri məktəblərdə şagird sıxlığının  həddən artıq yüksək olmasıdır. Artıq bəzi təhsil ocaqlarında, xüsusən də Bakının ətraf qəsəbələrində və Xırdalanda siniflərdə 40-dan çox, 60 şagirdin təhsil alması faktı qeydə alınıb. Bu isə təhsilin keyfiyyətinə ciddi təsir göstərir.

AzTehsil.com xəbər verir ki, təhsil eksperti Kamran Əsədov siniflərdə şagird çoxluğu probleminin səbəbləri və nəticələri haqqında  danışıb.

O bildirib ki, siniflərdə çoxsaylı şagirdlərin olması təhsilin keyfiyyətinə birbaşa mənfi təsir göstərir.

“Azərbaycanda, xüsusilə böyük şəhərlərdə əhalinin artımı fonunda məktəb tikintisi eyni sürətlə aparılmır. Bu isə siniflərin həddən artıq yüklənməsinə səbəb olub. Fakt odur ki, Xırdalan və Bakı ətrafı qəsəbələrdə siniflərdə 40–60 şagirdin olması halları mövcuddur və bu, təhsil mühitini qeyri-səmərəli edir. Ümumi Təhsil Haqqında Qanunun 14.2-ci maddəsinə görə, hər bir şagirdin təhsil hüququ bərabər təmin edilməlidir. Təəssüf ki, bu norma çox vaxt pozulur”.Ekspertin sözlərinə görə, son 10 ildə ölkədə şagirdlərin sayı sürətlə artıb:



“Dövlət Statistika Komitəsinin məlumatına görə, 2010-cu illə müqayisədə 2023-cü ildə ümumtəhsil məktəblərində şagirdlərin sayı 200 mindən çox artıb. Bakı, Abşeron və Sumqayıtda sıxlıq ən yüksək həddədir. Əgər bəzi kənd məktəblərində siniflərdə 10–12 şagird oxuyursa, şəhərlərdə bu rəqəm 2–3 dəfə çoxdur. OECD ölkələrində ibtidai siniflərdə orta göstərici 21–23, yuxarı siniflərdə isə 24–26 nəfərdir. Finlandiya, Estoniya kimi yüksək nəticə göstərən ölkələrdə siniflər kiçikdir və müəllim hər bir şagirdlə fərdi işləmək imkanı əldə edir. Azərbaycanda isə 40–60 nəfərlik siniflər bu modeldən tamamilə uzaqdır”.



Mütəxəssis qeyd edib ki, şagird sayı çox olan siniflərdə müəllimin diqqəti parçalanır, fərdi yanaşma mümkün olmur, qiymətləndirmədə obyektivlik azalır, şagirdlər arasında intizam problemləri artır:



“Psixoloqlar da təsdiq edir ki, şagird sayı çox olan siniflərdə uşaqlar arasında stress və aqressiya daha çox müşahidə olunur. Bu da nəticə etibarilə beynəlxalq qiymətləndirmələrdə Azərbaycanın geri qalmasına səbəb olur. Nazirliyin təşəbbüsü ilə “Yeni məktəb” layihəsi çərçivəsində hər il onlarla məktəb binası tikilir və əsaslı təmir olunur. Bu, əhalisi sıx olan ərazilərdə vəziyyəti tədricən yumşaldır. Amma demoqrafik artım fonunda məktəb şəbəkəsinin genişləndirilməsi daha sürətli və genişmiqyaslı tədbirlər tələb edir”



Kamran Əsədov hesab edir ki, optimal sinif sayı 20–24 nəfərdir. Əgər məktəb şəbəkəsi vaxtında genişləndirilsə, iki və üçnövbəli tədris ləğv olunsa, təhsil keyfiyyətində ciddi artım olacaq:


“Əsas problem şagird çoxluğu yox, məktəb və sinif otaqlarının azlığıdır. Yeni məktəblərin tikilməsi, paralel siniflərin artırılması və müəllimlərin işə qəbulu imkanlarının genişləndirilməsi vacibdir”.





Həmçinin oxuyun:
Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Sıxlıq! – Ekspertlər nazirə qarşı

Sıxlıq! – Ekspertlər nazirə qarşı

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Təhsil müəssisələrinin akkreditasiyası   Qaydaları

Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Birnövbəli məktəblər ikinövbəyə keçir - Bakıda şagird sıxlığı problemi

Birnövbəli məktəblər ikinövbəyə keçir - Bakıda şagird sıxlığı problemi

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Mehriban Vəliyeva: Ölkənin iqtisadi, sosial-ictimai həyatında baş verən dəyişikliklər təhsilə birbaşa təsir edir

Mehriban Vəliyeva: Ölkənin iqtisadi, sosial-ictimai həyatında baş verən dəyişikliklər təhsilə birbaşa təsir edir

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır?

Məktəb direktoru necə olmalıdır?

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ