AzTehsil.com

Xəbərlər / Digər Elan / Cəmiyyət / Dünya / Bölgə / Qəhramanlarımız
20 sentyabr 2025
879

Azərbaycanda Dövlət Suverenliyi Günü

Bugün Azərbaycanda Dövlət Suverenliyi günüdür.

2023-cü il sentyabrın 19-u Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda lokal xarakterli antiterror tədbirləri həyata keçirib.

AzTehsil.com xəbər verir ki, bu tədbirlərə üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək Azərbaycan ərazilərindən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçuların təhlükəsizliyinin təmin olunması və ölkənin Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə başlanılmışdı.

Cəmi 23 saat 43 dəqiqə davam edən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı. Bununla da erməni separatçılar ağ bayraq qaldırmağa məcbur oldular.

2023-cü il sentyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət etdi. Dövlət başçısı lokal xarakterli antiter­ror tədbirlərinin uğurla başa çatması nəticəsində Azərbaycanın suverenliyinin bərpa olunduğunu xalqa bəyan etdi. Ali Baş Komandan İlham Əliyev qeyd etdi ki, bir daha Azərbaycan əsgəri, zabiti həm yüksək peşəkarlıq, həm də yüksək mənəvi keyfiyyətlər göstərdi.

Bununla da 24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərksilah edilərək ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, Azərbaycan hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlər nəticəsində separatçıların əsas rəhbərləri həbs olundu.

Beləliklə, Azərbaycanın bütün ərazilərində dövlət suverenliyi və Konstitusiya quruluşu bərpa edildi.

2024-cü il sentyabrın 19-da Prezident İlham Əliyev Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Sənədə əsasən Dövlət Suverenliyi Günü sentyabrın 20-də qeyd edilir.

Həmçinin oxuyun:
27 Sentyabr xalqımızı Zəfərə aparan yoldur

27 Sentyabr xalqımızı Zəfərə aparan yoldur

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Bugün Tovuz döyüşlərinin növbəti İLDÖNÜMÜDÜR

Bugün Tovuz döyüşlərinin növbəti İLDÖNÜMÜDÜR

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

20 Sentyabr "Dövlət Suverenliyi" GÜNÜDÜR

20 Sentyabr "Dövlət Suverenliyi" GÜNÜDÜR

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Prezident və birinci xanım Ağdamda Sarıcalı kənd körpələr evi-uşaq bağçasının və tam orta məktəbin açılışlarında iştirak ediblər

Bizi məharətli idarəçilik, birlik və həmrəylik xilas edir

Bizi məharətli idarəçilik, birlik və həmrəylik xilas edir

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Sinif rəhbərinin illik tədbirlər planı

Sinif rəhbərinin illik tədbirlər planı

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Polad Həşimovun şəhadətə ucalmasından beş il ötür

Polad Həşimovun şəhadətə ucalmasından beş il ötür

Erməni uşaqlar Qarabağda hərbi fəaliyyətə cəlb edilirlər: Real kadrlar -FOTO/ VİDEO

Erməni uşaqlar Qarabağda hərbi fəaliyyətə cəlb edilirlər: Real kadrlar -FOTO/ VİDEO

Məzuniyyətlər haqqında  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Məzuniyyətlər haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Erməni meyitlərini təhqir edən 4 hərbçimiz həbs edildi - RƏSMİ

Erməni meyitlərini təhqir edən 4 hərbçimiz həbs edildi - RƏSMİ

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Əmək Məcəlləsindən çıxarış   Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Əmək Məcəlləsindən çıxarış Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Əmək sahəsindəki hüquq münasibətlərinin anlayışı və sistemi

Əmək sahəsindəki hüquq münasibətlərinin anlayışı və sistemi

Məşhur “Canavar” postunu alan qazimiz: “18 yüksək rütbəsi olan düşməni məhv etdik” - FOTO/MÜSAHİBƏ

Məşhur “Canavar” postunu alan qazimiz: “18 yüksək rütbəsi olan düşməni məhv etdik” - FOTO/MÜSAHİBƏ

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Bugün Silahlı Qüvvələr Günüdür

Bugün Silahlı Qüvvələr Günüdür