Bəzi diplomlar hay-küylə üzləşməmək üçün verilir
“Əgərki ali təhsil müəssisəsinin pedoqoji fakültəsini bitirən şəxs MİQ imtahanında heç olmasa minimal bal toplamırsa, sual yaranır: o diplomun təsisçisi məsuliyyət daşıyır, ya yox?”
AzTehsil.com xəbər verir ki,bu sözləri elm və təhsil naziri Emin Əmrullayev AzTV-nin “Hədəf” proqramında deyib.
Nazir bildirib ki, bəzi hallarda universitetlərdə diplomlar ambisiyalarına görə təqdim olunur:
“Əgər adama diplom vermisənsə, mən demirəm o hamıdan bal yığsın, deyirəm ki, minimal bal toplasın.