AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Digər Elan / Bölgə / Şagird
15 sentyabr 2025
779

Vətən sizinlə fəxr edir! - Komitə SƏDRİ

“Bu gün Azərbaycanın hər guşəsində, eləcə də azad Qarabağımızda 10 minlərlə körpə ürək yeni, böyük bir yola çıxır. Təhsil, elm və inkişaf naminə öz kövrək addımlarını atan 139 mindən çox uşaq əslində dövlətimizin sabahına yön alan möhtəşəm yolun uğurunu təmin edənlər olacaqlar. Onlar sabahın elm adamları, müəllimləri, həkimləri, mütəxəssisləri, ən başlıcası isə Vətəni sevən, onu qoruyan və inkişaf etdirən gəncləri olacaq”.

AzTehsil.com xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Bilik günü ilə bağlı təssüratlarını bölüşərkən bildirib.

“Bu sevinc dolu gündə xüsusi qürurumuz var: artıq illərlə həsrətini çəkdiyimiz Qarabağda da ilk zənglər çalınmaqdadır! Prezident İlham Əliyevin qətiyyətli iradəsi, dövlətimizin güclü siyasəti və xalqımızın birliyi ilə dirçələn Qarabağda məktəb və Universitet qapılarının balalarımızın üzünə açılması tariximizin parlaq səhifəsidir. Bu, həm də Azərbaycan xalqının iradəsinin, dövlətin gücünün və milli birliyimizin rəmzidir, - komitə sədri əlavə edib.

B.Muradova deyib ki, uşaqlarımız gələcəyimizin işıqlı aynaları, Azərbaycanın insan kapitalının ən qiymətli sərvətidir. Onların hərtərəfli inkişafı, sağlam və xoşbəxt böyüməsi, milli və ailə dəyərləri ruhunda tərbiyə alması dövlət siyasətinin mərkəzindədir.

“Məhz bu baxışla ölkəmizdə uşaq hüquqlarının qorunması, keyfiyyətli təhsilin əlçatanlığı, erkən inkişaf və ailə mühitinin möhkəmləndirilməsi istiqamətində ardıcıl işlər görülür.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də bu ümummilli missiyanın fəal iştirakçılarındandır.

Ətraflı

Biz uşaqların hüquqlarının qorunması, ailələrin sosial rifahının yüksəldilməsi, uşaqlara yönələn bütün növ zərərli təsirlərin qarşısının alınması kimi sahələrdə mühüm layihələr həyata keçirməkdəyik. Məqsədimiz hər bir uşağın öz istedadını azad və təhlükəsiz mühitdə reallaşdıra bilməsidir.

Əziz balalar, bu gün sizin bayramınızdır! Sizi bu münasibətlə ürəkdən təbrik edir, bilik dolu, rəngarəng və maraqlı məktəb illəri arzulayırıq!

Bilin ki, Vətənimiz sizinlə fəxr edir, dövlətimiz isə sizin xoşbəxtliyiniz üçün daim yanınızdadır.

Müəllimlərinizin, valideynlərinizin, cəmiyyətimizin sevgisi və qayğısı isə sizin yol yoldaşınızdır.

Dəyərli dostlar, gəlin hər birimiz üçün əziz olduğu qədər də anlamlı bir gündə məktəb qapısını ilk fəfə açan, gələcəyə gedən yolumuzu öz saf və kiçik ürəkləri ilə işıqlandıran hər bir uşağı ürəkdən təbrik edək və onlarla gələn gələcəyimizi birlikdə qoruyaq!”

Həmçinin oxuyun:
Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

Məktəblilərdən prezidentə məktub

Məktəblilərdən prezidentə məktub

27 Sentyabr xalqımızı Zəfərə aparan yoldur

27 Sentyabr xalqımızı Zəfərə aparan yoldur

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Dahi şəxsiyyətin təkrarsız portret cizgiləri

Dahi şəxsiyyətin təkrarsız portret cizgiləri

Con Steynbekin “Xrizantemlər” hekayəsi və gender bərabərliyi

Con Steynbekin “Xrizantemlər” hekayəsi və gender bərabərliyi

Məktəbli ixtiraçılar

Məktəbli ixtiraçılar

Qurtuluşdan ZƏFƏRƏ, ZƏFƏRLƏ gələcəyə!

Qurtuluşdan ZƏFƏRƏ, ZƏFƏRLƏ gələcəyə!

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür

KİŞİNİN HƏYAT YOLDAŞINDA BƏYƏNDİYİ 98 KEYFİYYƏT

KİŞİNİN HƏYAT YOLDAŞINDA BƏYƏNDİYİ 98 KEYFİYYƏT

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Sinif rəhbərinin illik tədbirlər planı

Sinif rəhbərinin illik tədbirlər planı

Çox maraqlı və zəngin təhsil yolu.

Çox maraqlı və zəngin təhsil yolu.

“Sabahın alimləri” müsabiqəsinin qalibləri mükafatlandırıldı

“Sabahın alimləri” müsabiqəsinin qalibləri mükafatlandırıldı

Prezident və birinci xanım Ağdamda Sarıcalı kənd körpələr evi-uşaq bağçasının və tam orta məktəbin açılışlarında iştirak ediblər

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

Şair təxəyyülündə bədiiləşən tariximiz

Şair təxəyyülündə bədiiləşən tariximiz

Uşaqlarda ünsiyyət çətinliklərini aradan qaldırmağın yolları

Uşaqlarda ünsiyyət çətinliklərini aradan qaldırmağın yolları

Bizi məharətli idarəçilik, birlik və həmrəylik xilas edir

Bizi məharətli idarəçilik, birlik və həmrəylik xilas edir