AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Manşet / Bölgə
15 sentyabr 2025
780

Direktorla bağlı ŞİKAYƏT



“Məni işdən çıxara bilmədiyi üçün təzyiq göstərir”– Direktorla bağlı ŞİKAYƏT....“Hicran Əyyubova kollecimizə müvəqqəti direktor təyin olunduqdan bir neçə gün sonra heç bir səbəb olmadan məndən ərizəmi yazıb işdən çıxmağımı tələb edib. Dəfələrlə işdən çıxmayacağımı bildirmişəm. O isə məni işdən çıxara bilmədiyi üçün təzyiqlərə başlayıb”.


AzTehsil.com- n məlumatına görə bu iddialarla  Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar kollecdə dəftərxana müdiri vəzifəsində çalışan Nigar Haşımlı müraciət edib. 


Təxminən 1 ildir bu vəzifədə çalışdığını deyən N.Haşımlı bildirir ki, işlədiyi dövr ərzində kollecin əvvəlki direktoru ilə heç bir problemi olmayıb: “İşimdə hər zaman məsuliyyətli və diqqətli olmuşam. Himayəmdə iki azyaşlı körpəm var. Övladlarımın birinin 2, digərinin isə 6 yaşı var. Bu il iyulun 9-da kollecə Hicran Əyyubova 3 aylıq (müvəqqəti) direktor təyin olunduqdan sonra ilk öncə mənim maaşa olan əlavəm kəsildi. Bunun səbəbini soruşduqda, büdcədə pulun qalmadığını bildirdi. Kollecin bütün işçilərinə maaşa olan əlavə verilib. Necə ola bilər ki, əvvəlki rəhbərin dövründə büdcədə pul var idi, Hicran Əyyubova gəldikdən sonra bitdi?! Dəfələrlə əmək məzuniyyəti və ödənişsiz məzuniyyət üçün ərizə ilə müraciət etmişəm, lakin rədd cavabı almışam. Pozulan əmək hüquqlarımın bərpası üçün aidiyyəti üzrə müraciətlər etmişəm”. 


Şikayətçi deyir ki, H.Əyyubova daha əvvəl Tovuz Dövlət Sosial-İqtisadi kollecində çalışıb: “Orada həyata keçirdiyi qanunsuzluqları Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar kollecdə də həyata keçirir. Onun şəxsi istək və arzusundan irəli gələn idarəçiliyindəki fəsadlı əməlləri, qanun pozmaları və sənəd saxtakarlıqları Tovuz Dövlət Sosial-İqtisadi kollecdəki rəhbərlik dövründə çıxan xəbərlərdən hamıya məlumdur. Tovuz kollecində rəhbərliyi dövründə etdiyi qanunsuz ixtisarlar, təhdidlər, çıxarılan müəllimlərin və işçilərin məhkəmə müraciətləri buna sübutdur. Hicran Əyyubova Tovuz kollecində fəaliyyətinin ilk aylarında yol verdiyi nöqsanlara görə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən şiddətli töhmətlə cəzalandırılıb. Lakin bu belə onun qanunsuz əməllərinə mane olmayıb. Qanunsuz əməlləri, sənəd saxtakarlıqları haqqında saysız-hesabsız məqalələr, şikayətlər olmasına baxmayaraq, yenə də vəzifə səlahiyyətlərindən sui-istifadə edir”.


İddialarla bağlı hazırda kollecin direktoru olan Hicran Əyyubova ilə əlaqə saxladıq. O bildirdi ki, hər hansı şəxsin işdən azad olunması barədə qərar qəbul edilməyib: “BDU nəzdində İqtisadiyyat və Humanitar Kolleci PHŞ-yə direktor təyin olunduqdan sonra Kollecdə audit yoxlaması aparılıb. Bir sıra nöqsanlar aşkarlanıb, onlardan biri də kadr siyasətinin düzgün aparılmaması olub. Bütün proses Elm və Təhsil Nazirliyinin nəzarətindədir. Tərəfimizdən hər hansı şəxsin işdən azad olunması barədə qərar qəbul edilməyib”. 


Məsələ ilə bağlı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirildi ki, daxil olan bütün müraciətlər qanunvericiliyin tələblərinə uyğun araşdırılır və nəticəsinə uyğun tədbirlər görülür: “Qeyd edilən iddialarla bağlı rəsmi müraciət daxil olduğu halda Agentlik araşdırma aparır. Oxşar hallarla üzləşən şəxslərin də məsələnin obyektiv həlli üçün rəsmi qaydada müraciət etməsi vacibdir”.





Həmçinin oxuyun:
Qubada qız sevgilisindən hamilə qaldı, bunu gizlətmək üçün ərə getdi

Qubada qız sevgilisindən hamilə qaldı, bunu gizlətmək üçün ərə getdi

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Baş nazir kolleclərlə bağlı qərar VERDİ

Baş nazir kolleclərlə bağlı qərar VERDİ

Müavinətin hesablanması və ödənilməsi qaydası

Müavinətin hesablanması və ödənilməsi qaydası

Daha bir kitabda biabırçılıq! Nigar Koroğluya: “Kişisənsə, İstanbula gəlib məni…”

Daha bir kitabda biabırçılıq! Nigar Koroğluya: “Kişisənsə, İstanbula gəlib məni…”

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

Müəllimlərin maaşı necə hesablanır? – Vacib meyar və qaydalar

Müəllimlərin maaşı necə hesablanır? – Vacib meyar və qaydalar

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

ALDP sədri Ceyhun Bayramova açıq məktub yazıb

ALDP sədri Ceyhun Bayramova açıq məktub yazıb

Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin aylıq maaşlarına əlavələrdə də artım olmalıdırmı?

Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin aylıq maaşlarına əlavələrdə də artım olmalıdırmı?

Müəllimlərin maaşı bu cür hesablanır – Vacib meyar və qaydalar

Müəllimlərin maaşı bu cür hesablanır – Vacib meyar və qaydalar

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

"Tələbələr müəllimlərin güzgüsüdür, yaxşı müəllimi tələbəsi həmişə axtarır, tələbənin adi bir sözlə təbriki müəllim üçün dünyadır"

"Tələbələr müəllimlərin güzgüsüdür, yaxşı müəllimi tələbəsi həmişə axtarır, tələbənin adi bir sözlə təbriki müəllim üçün dünyadır"

Təhsilin görünməyən maliyyə yükü

Təhsilin görünməyən maliyyə yükü

"O maaşla dolanmaq millət vəkilinə çətindir, bəs müəllimə çətin deyil?"- Qənirə Paşayeva

"O maaşla dolanmaq millət vəkilinə çətindir, bəs müəllimə çətin deyil?"- Qənirə Paşayeva

Əmək Məcəlləsindən çıxarış   Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Əmək Məcəlləsindən çıxarış Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Çalışmanın  yaş  həddinə çatmış  dəyərli  müəllimlərə -HEKAYƏ

Çalışmanın yaş həddinə çatmış dəyərli müəllimlərə -HEKAYƏ

Müəllimlərin “Nobel”inə namizəd olan yeganə azərbaycanlı: “MDB məkanı və ölkəmizi təmsil edən yeganə müəllim idim”

Müəllimlərin “Nobel”inə namizəd olan yeganə azərbaycanlı: “MDB məkanı və ölkəmizi təmsil edən yeganə müəllim idim”

Məzuniyyətlər haqqında  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Məzuniyyətlər haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azyaşlı oğlan və qızlarla Koronavirus barədə necə danışmalı?

Azyaşlı oğlan və qızlarla Koronavirus barədə necə danışmalı?

ON YAŞLI ANA - Şəhriyyə Qəzənfərqızı

ON YAŞLI ANA - Şəhriyyə Qəzənfərqızı

"Yeganə xalqıq  müəllimə pul veririk ki, uşağıma qiymət yaz"

"Yeganə xalqıq müəllimə pul veririk ki, uşağıma qiymət yaz"

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri