AzTehsil.com

Xəbərlər / Kitabxanaçı / Direktor / Müəllim / Digər Elan / Magistr / Bölgə
10 sentyabr 2025
1 286

Müəllimlər üçün magistratura təhsili ...



Hazırda Azərbaycanda müəllim olmaq üçün magistr təhsili zəruri şərt kimi qoyulmur. Əslində, pedaqoji bacarıqlar praktik və keyfiyyətli hazırlıq yolu ilə də formalaşa bilər. Lakin magistratura təhsili müəllimlərin həm şəxsi, həm də peşəkar inkişafına mühüm töhfə verə bilər.


Magistr dərəcəsi müəllimlərə yalnız dərin ixtisas bilikləri qazandırmır, həm də müasir pedaqoji metodlardan istifadə etməyi, liderlik və idarəçilik bacarıqlarını inkişaf etdirməyi, dərs proqramlarını daha düzgün qurmağı və şagirdlərin fərdi ehtiyaclarına cavab verən yanaşmaları tətbiq etməyi öyrədir. Bu isə ümumilikdə təhsil prosesinin keyfiyyətini yüksəldir.


Gələcəkdə müəllim olmaq istəyənlərdən magistratura təhsili tələb oluna bilər?


AzTehsil.com xəbər verir ki, mövzu ilə bağlı azedu.az-a açıqlama verən ETN yanında İctimai Şuranın sədr müavini Pərvanə Məmmədova qeyd edib ki, bir çox ölkələrdə magistr dərəcəsi müəllimlik üçün əsas şərt hesab olunur və bu yanaşma təhsilin keyfiyyətinə ciddi təsir göstərir.

"Məsələn, Finlandiyada 1970-ci illərdən etibarən bütün müəllimlər üçün magistr təhsili məcburidir. Bu qərar müəllimlik peşəsinin nüfuzunu yüksəldib və ölkəni PISA nəticələrində liderlərdən birinə çevirib. Almaniyada müəllimlər magistr proqramını bitirib dövlət imtahanı verməlidirlər. Bu isə onların həm ixtisas, həm də pedaqoji hazırlığını yüksək səviyyədə təmin edir.


Polşada da oxşar yanaşma tətbiq olunub və nəticədə ölkənin şagirdləri beynəlxalq qiymətləndirmələrdə əvvəlki illərə nisbətən xeyli irəliləyib. Portuqaliyada magistr şərti müəllimlərin peşəkarlığını artıraraq məktəblərdəki nəticələrin yaxşılaşmasına səbəb olub. ABŞ-də isə bütün ştatlarda bu tələb yoxdur, lakin məsələn Nyu-York və Massaçusetsdə müəllimlərin müəyyən müddət ərzində magistr dərəcəsi əldə etməsi tələb olunur və bu ştatlar ölkə üzrə ən yüksək nəticələrə malikdir.


Bu təcrübələr göstərir ki, magistr dərəcəsinin tələb olunması yalnız müəllimlərin savadını artırmır, həm də peşənin sosial statusunu yüksəldir və ümumi təhsil keyfiyyətinə müsbət təsir göstərir.


Bununla yanaşı, düşünürəm ki, hazırkı şəraitdə Azərbaycan pedaqoji universitetlərində xüsusi proqramların yaradılması vacibdir. Bu proqramlar yalnız ixtisas bilikləri ilə kifayətlənməməli, müəllim olacaq tələbələrin problem həll etmə, təqdimat bacarığı, effektiv kommunikasiya və konfliktlərin idarə olunması kimi yumşaq bacarıqlarını da inkişaf etdirməlidir. Çünki bu kompetensiyalar gələcək müəllimlərin pedaqoji fəaliyyətində uğurun əsas açarına çevrilə bilər".



Həmçinin oxuyun:
QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır?

Məktəb direktoru necə olmalıdır?

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

MÜƏLLİMLƏR OXUYUN ! Pedaqoji Şuranın işinin məzmunu  Pedaqoji Şuranın fəaliyyət pirnsipləri

MÜƏLLİMLƏR OXUYUN ! Pedaqoji Şuranın işinin məzmunu Pedaqoji Şuranın fəaliyyət pirnsipləri

İdarəçilik səviyyələri və rəhbərlik üslubu, liderlik nadir idarə etmək keyfiyyətidir

İdarəçilik səviyyələri və rəhbərlik üslubu, liderlik nadir idarə etmək keyfiyyətidir

Metodbirləşmələr

Metodbirləşmələr

Metodistin müasir təhsildəki obrazı necədir? -Təhsil İnstitutu

Metodistin müasir təhsildəki obrazı necədir? -Təhsil İnstitutu

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Direktor və rəhbər olmaq istəyənlər üçün LİDERLİK qabilliyəti

Direktor və rəhbər olmaq istəyənlər üçün LİDERLİK qabilliyəti

ÜMUMİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN MÜƏLLİMLƏRİ ÜÇÜN İXTİSASARTIRMA TƏHSİLİNİN KURİKULUM ÇƏRÇİVƏSİ

ÜMUMİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN MÜƏLLİMLƏRİ ÜÇÜN İXTİSASARTIRMA TƏHSİLİNİN KURİKULUM ÇƏRÇİVƏSİ

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

Yaş və pedaqoji psixologiya haqqında bilmədiklərimiz OXUYUN !

Yaş və pedaqoji psixologiya haqqında bilmədiklərimiz OXUYUN !

Fərdi Təlim ,Yanaşma Və Uşaqların Təhsili

Fərdi Təlim ,Yanaşma Və Uşaqların Təhsili

Müasir  və  ənənəvi dərsin  paradiqmaları- Abdulla Mehrabov

Müasir və ənənəvi dərsin paradiqmaları- Abdulla Mehrabov

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

Direktor və rəhbər olmaq istəyənlər üçün....Liderlik qabilliyəti...

Direktor və rəhbər olmaq istəyənlər üçün....Liderlik qabilliyəti...

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir   I I hissə Metodbirləşmələr

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir I I hissə Metodbirləşmələr