İxtisas attestatı əldə etmək istəyənlərin- DİQQƏTİNƏ !
Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) istehlakçının qaz qurğularının və balans mənsubiyyəti sərhədində yerləşən qaz xətlərinin, tüstü bacalarının, habelə havalandırma və havadəyişmə xətlərinin təhlükəsiz və etibarlı istismarının təmin olunması məqsədilə müayinə aktı üzrə aşkar edilmiş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması məqsədilə həyata keçirilən təmir və digər əlaqədar xidmət işlərinin görülməsi üçün ixtisas attestatının verilməsi məqsədilə namizədlərin bilik səviyyəsinin yoxlanılması ilə bağlı növbəti attestasiyanın keçirilməsi üçün sənəd qəbulu elan edib. AzTehsil.com xəbər edir ki, attestasiya Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən test üsulu ilə keçiriləcək.
Attestasiyada iştirak etmək istəyən namizədlər energetika və texniki sahələrdə, o cümlədən qaz avadanlıqlarının təmiri və istismarı üzrə peşə təhsilinə, müvafiq ixtisas üzrə ən azı 1 (bir) il iş təcrübəsinə malik olmalıdırlar.
Attestasiya proqramı Agentliyin rəsmi internet səhifəsində yerləşdirilib.