AzTehsil.com

Xəbərlər / Digər Elan / Cəmiyyət / Magistr / Ekspert / Bölgə
07 sentyabr 2025
1 074

Magistratura: "Dövlət sifarişli yerlər də tam dolmur"



"2024-2025-ci tədris ili üçün təxminən 3000-dən artıq magistratura üzrə boş yer qalmışdı. Onlardan təxminən 1200-ü dövlət sifarişli idi. Halbuki dövlət sifarişli yerlər adətən heç vaxt boş qalmırdı. Amma artıq magistraturaya qarşı olan laqeyd münasibət belə bir vəziyyət yaradıb ki, dövlət sifarişli yerlər də tam dolmur".


AzTehsil.com xəbər verir ki, bu fikirləri təhsil eksperti Məzahir Məmmədli magistratura təhsilinə marağın azalmasından danışarkən bildirdi.


Onun sözlərinə görə, əmək bazarında magistraturaya tələb yoxdur:


"Məsələn, işəgötürənlərin heç biri magistratura diplomunu şərt kimi irəli sürmür. Çünki bəzi ixtisaslar var ki, texniki fənlər, kompüter elmləri, dizayn sahələri, bu istiqamətlər üzrə işəgötürənlər magistratura pilləsini bitirməyi zəruri hesab etmirlər. Ona görə də bu sahələrdə göstəricilər həmişə aşağı olub.


Digər bir faktor isə odur ki, indiyədək Azərbaycan müharibə şəraitində idi və oğlanların əksəriyyəti magistratura və doktorantura pilləsinə maraq göstərirdilər ki, hərbi xidmətdən möhlət hüququ qazansınlar. İndi isə bu, onlar üçün cəlbedici deyil və bu faktor da öz rolunu oynayır".


M.Məmmədli vurğuladı ki, Azərbaycanda elm dalınca getmək istəyənlərin sayı çox azdır:


"Bildiyiniz kimi, doktoranturadan əvvəlki mərhələ magistratura səviyyəsidir. Amma elm sahəsinə maraq olmadığından bu pilləyə qoşulanlar da azdır. Çünki motivasiya yoxdur. Onların diqqətini cəlb edəcək güzəştlər tətbiq olunmalıdır, lakin belə imkanlar yoxdur. Magistratura və bakalavr pillələrini bitirənlər əmək bazarında eyni maaş alırlar. İşəgötürənlər bu fərqi qiymətləndirmirlər. Buna görə də münasibət müəyyən mənada dəyişib. Digər tərəfdən, Azərbaycanda 51 universitet fəaliyyət göstərir. Ancaq bu universitetlərin hamısı elə standartlara cavab vermir ki, orada yüksək səviyyədə magistrlar yetişdirilsin. Elə özəl universitetlər var ki, onların qəbul planına baxanda adam təəccüblənir: bu qədər magistratura yeri haradandır axı? Halbuki bunun üçün müvafiq tədris, elmi-texniki, maddi-texniki baza olmalıdır. Təəssüf ki, belə neqativ hallar da magistraturanın prestijini aşağı salır. Yəni ümumilikdə, vəziyyətə fərqli yanaşmalar mövcuddur".



Həmçinin oxuyun:
Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Əmək sahəsindəki hüquq münasibətlərinin anlayışı və sistemi

Əmək sahəsindəki hüquq münasibətlərinin anlayışı və sistemi

Əmək Məcəlləsindən çıxarış   Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Əmək Məcəlləsindən çıxarış Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Ceyhun Kərəmov: Elə müəssisələrimiz var ki...- Müsahibə

Ceyhun Kərəmov: Elə müəssisələrimiz var ki...- Müsahibə

Əmək müqaviləsinin  bağlamnması  , məzmunu, forması , müddəti

Əmək müqaviləsinin bağlamnması , məzmunu, forması , müddəti

Səriştələrin tanınması peşə təhsilinə yanaşmanı dəyişəcək

Səriştələrin tanınması peşə təhsilinə yanaşmanı dəyişəcək

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə NK-nın 186 saylı QƏRARI

İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə NK-nın 186 saylı QƏRARI

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu

Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu

Təhsil naziri İtaliya – Azərbaycan Dizayn Mərkəzinin açılışında

Təhsil naziri İtaliya – Azərbaycan Dizayn Mərkəzinin açılışında

Məzuniyyətlər haqqında  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Məzuniyyətlər haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

100 baldan aşağı nəticə ilə kolleclərə qəbul olmaq olar

100 baldan aşağı nəticə ilə kolleclərə qəbul olmaq olar

BMU-nun bu tələbələri qırmızı diplom ALIB - Tam Siyahı

BMU-nun bu tələbələri qırmızı diplom ALIB - Tam Siyahı

Əmək hüququnun predmeti, mənbələri və əmək müqaviləsi. İş vaxtinin anlayışı və növləri

Əmək hüququnun predmeti, mənbələri və əmək müqaviləsi. İş vaxtinin anlayışı və növləri

Abituriyentlər ən çox bu ixtisasları SEÇİB

Abituriyentlər ən çox bu ixtisasları SEÇİB

“Məktəb Guşəsi” saytının 5 yaşı tamam olur

“Məktəb Guşəsi” saytının 5 yaşı tamam olur

Əmək  mübahisələrinin  anlayışı  və  növləri

Əmək mübahisələrinin anlayışı və növləri

Magistratura təhsilinə marağın azalması...- Ekspert

Magistratura təhsilinə marağın azalması...- Ekspert

I ixtisas qrupu üzrə ötənilki keçid balları - Abituriyentlərin nəzərinə!

I ixtisas qrupu üzrə ötənilki keçid balları - Abituriyentlərin nəzərinə!