Müxtəlif idman növləri üzrə yarışlar təşkil OLUNACAQ
Şimal üçün HƏFTƏNİN İDMAN AFİŞASI..
AzTehsil.com xəbər verir ki, sentyabrın 2-7-də müxtəlif idman növləri üzrə yarışlar təşkil olunacaq.
Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi
- Yeniyetmələr arasında kikboksinq üzrə İsmayıllı rayon turniri – 4 sentyabr, saat 16:00 (İsmayıllı Olimpiya İdman Kompleksi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində taekvondo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Vüqar Kərimovun rəhbərliyi ilə ustad dərsi – 2 sentyabr, saat 10:00 (Ağsu Olimpiya İdman Kompleksi);
- Əməkdar məşqçi Şəmsi Səfərlinin rəhbərliyi ilə ağırlıqqaldırma üzrə ustad dərsi – 5 sentyabr, saat 15:00 (UGİM-in idman zalı);
- "İdman hamı üçün" layihəsi çərçivəsində qrapplinq üzrə Azərbaycan çempionu Anar Məmmədovun rəhbərliyi ilə ustad dərsi – 5 sentyabr, saat 17:00 ("Şamaxı" idman klubu).
Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi
- "İdman hamı üçün" layihəsi çərçivəsində cüdo üzrə kütləvi idman tədbiri - 3 sentyabr, saat 15:00 (Qusar Olimpiya İdman Kompleksi);
- Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş gənclər arasında 3×3 basketbol üzrə Siyəzən rayon birinciliyi - 4 sentyabr, saat 10:00 (Siyəzən şəhər 2 nömrəli tam orta məktəbin idman zalı);
- 2010, 2011 və 2012-ci il təvəllüdlü yeniyetmələr arasında kros qaçışı üzrə Şabran rayon birinciliyi - 5 sentyabr, saat 10:00 (Şabran şəhəri, Mərkəzi stadion).
Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi
- Yeniyetmə və gənclər arasında üzgüçülük üzrə rayon birinciliyi - 2 sentyabr, saat 15:00 (Oğuz Olimpiya İdman Kompleksi);
- Həvəskarlar arasında minifutbol üzrə rayon birinciliyi - 5-28 sentyabr, saat 19:00 (Zaqatala rayon Tala Qala stadionu);
- Yeniyetmə və gənclər arasında cüdo üzrə rayon turniri - 6 sentyabr, saat 11:00 (Balakən Olimpiya İdman Kompleksi);
- Yeniyetmələr arasında sərbəst güləş üzrə rayon birinciliyi - 7 sentyabr, saat 19:00 (Zaqatala rayon güləş məktəbi).