AzTehsil.com


Xəbərlər
16 noyabr 2021
2 510


Ağsu Təhsil Şöbəsinin Müdiri Məndən 300 Manat Aldı Amma…Əməkdar Müəllimə




Bir neçə gün öncə Xəbəral.az saytı vasitəsi ilə Ağsu təhsilində tüğyan edən rüşvət və Ağsu şəhər 3 saylı məktəbdə olan özbaşınalıqlar haqqında sizlərə geniş məlumat vermişdik.


Şikayətçimiz Ağsu rayon sakini, əməkdar müəllimə Şirmayi Cabbarova Ağsu şəhər 3 saylı məktəbin direktoru Leyla Rüstəmzadə, Ağsu rayon Təhsil şöbəsinin müdiri Əlimirzə Məmmədov və 3 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Elxan Cavadovla əlbir olub əməkdar müəllimənin müqavilə bağlamasına canı dildən manee olublar.Gör necə haqsız mövqee sərgiləyiblərsə,Leyla Rüstəmzadə şəxsi prinsipləri üzə çıxararaq uzun illər Ağsu Təhsilinə öz töhvəsini verən əməkdar müəllimə Şirmayi Cabbarovanın müqavilə ilə dərs tədrisini mümkinatsız sayaraq öz arzusunu reallaşdırıb.


Əməkdar müəllinə Şirmayi Cabbarova saytımıza onuda qeyd etdi ki, Ağsu təhsil şöbəsinə yenicə müdir təyin olunan Əlimirzə Məmmədov (Həmin ərəfədə müdir əvəzi idi) 65 yaşı tamam olan müəllimə ilə müqaviləni yeniləmək üçün 300 manat pul alıb, lakin həmin pulu iş düzəlməyib deyə sonradan qaytarıb geri verib.


Bununla yanaşı, Əməkdar müəllimə Şirmayi xanım bizə bildirdi ki, artıq onun çıxış yolu yoxdur, təklənib.Neçə illik müəllim hüquqları pozulub.Çünki 3 saylı məktəbin direktoru Leyla Rüstəmzadə qərəzli açıq şəkildə prinsip aparır.Altı nəfər eyni fənn üzrə dərs tədris edən müəllimləri öyrədərək regional mərkəzə əməkdar müəllimənin əlehinə ərizə yazdırıb.Gör necə biabırçılıqdır ki, Məktəbin drektoru, əməkdar müəlliməyə deyir ki, gəl özün müəllimləri ələ al səninlə müqavilə bağlamağıma razı olsunlar.

Bəli bax buna görə də Ağsu təhsili respublika üzrə ən aşağı yerlərdə qərarlanır.


Bir faktıda nəzərinizə çatdıraq ki, uzun illər ədəbiyyat müəllimi işləmiş 65 yaşı tamam olan, diaqnostik qiymətləndirmədən ədəbiyyatçı kimi imtahan verən Yeganə Cəlilova adlı müəllimlə rus dili müəllimi kimi müqavilə bağlanılıb.Direktorun şəxsi maraqlarına uyğun olaraq dərs tədrisinə davam etdirilir.



Bir sözlə Məktəb direktoru Leyla Rüstəmzadə əlindən gələni edib ki, əməkdar müəllim Şirmayi Cabbarova məktəbdən uzaqlaşsın.


Ağsu təhsilində maxinasiyalar bununla bitib tükənmir. 3 saylı Ərazi Hesablaşma Mərkəzinin rəisi Elxan Cavadovun qanunsuz əməlləri Agsu müəllimlərini, xüsusilə texniki işciləri bögaza yıgıb. Sual edirik, niyə təqaüd yaşı catmış texniki ışciləri rayon təhsil şöbəsi və orta məktəbin rəhbərləri əsassız olaraq işdə saxlayır amma əməkdar müəllimə Şirmayi Cabbarovanın yenidən qanuna uyğun müqavilə bağlamasına manee olur. 


Deməli burda belə bir maraqlı cavab ortalığa çıxır:


Ağsu təhsil şöbəsi, 3 saylı Ərazi Maliyyə. Hesablaşma Mərkəzi və Ağsu şəhər 3 saylı orta məktəbin direktoru Leyla Rüstəmzadə əlbir olaraq, əməkdar müəllimənin yenidən müqavilə bağlayıb işləməsinə maneəə yaradıblar.


Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlarda deyilir ki, hazırda haqqında söhbət gedən quruma rəhbərlik edən E. Cavadov burada saysız maliyyə maxinasiyalarına yol versə də, nədənsə Təhsil Nazirliyi hələ susur. Görünməmiş rəzalətlər yaşanan bu qurumda korrupsiya , dövlət əmlakını talama halları baş alıb gedir. Kağız üzərində “təmir olunan” orta məktəblər, məktəbdən kənar idman müəssisələrindəki açınacaqlı hallar və s.


Maraqlısı budur ki, Ağsu təhsil şöbəsinə müdir təyin olunan Əlimirzə Məmmədov əməkdar müəlliməni nə qəbul edir, nədə ki, dinləyir.


Umilikdə sözlərindən belə çıxır ki, get hara deyirsən de! “Bura da bizik, Bağdatda kor xəlifə”.


Əməkdar müəllimə Şirmayi Cabbarova aidiyyatı üzrə bir çox yerlərə müraciət etsə də məktubları cavabsız qalıb.


Demək olar ki, Ağsu təhsil şöbəsi araşdırılası məktubların üstünü özlərinə sərf edən qayda ilə yazıb yenidən Təhsil Nazirliyinə göndərirlər.

Heç bir nəticə nədə ki, cavab yoxdur.

Ümüd edirik ki, Təhsil Nazirliyi, Azərbaycan təhsilinin inkişafı üçün gecə-gündüz çalışan əməkdar müəllim Ağsu rayon sakini əməkdar müəllimə Şirmayi Cabbarovanın səsinə səs verib, pozulmuş olan hüquqlarının bərpasına nail olacaqlar.


Qarşı tərəfi dinləyib mövqelərin dərc etməyə hazırıq.


Mövzuya qayıdacağıq…




Загрузка...
Həmçinin oxuyun:
Ağsu 3 Saylı Məktəbin Direktoru Əməkdar Müəlliməni Get-Gələ Salıb-Şikayət

Ağsu 3 Saylı Məktəbin Direktoru Əməkdar Müəlliməni Get-Gələ Salıb-Şikayət

Ağsu Təhsil Şöbəsinə müdir təyin olundu

Ağsu Təhsil Şöbəsinə müdir təyin olundu

Müəllim məktəbdə necə ölüb?

Müəllim məktəbdə necə ölüb?

Nazir müavini Şamaxı, Qobustan və Ağsu rayon təhsil işçiləri ilə görüşüb

Nazir müavini Şamaxı, Qobustan və Ağsu rayon təhsil işçiləri ilə görüşüb

Qaçırılan müəllim daha müəllim işləməyəcək - Yeni işi ilə bağlı göstəriş verildi

Qaçırılan müəllim daha müəllim işləməyəcək - Yeni işi ilə bağlı göstəriş verildi

Məktəbdə dava- Müəllim direktorun çənəsini qırdı

Məktəbdə dava- Müəllim direktorun çənəsini qırdı

MÜƏLLİM ÖMRÜ - “Əməkdar müəllim”, “Tərəqqi medalı”, “Qabaqcıl təhsil işçisi” Əliyev Fidayıl

MÜƏLLİM ÖMRÜ - “Əməkdar müəllim”, “Tərəqqi medalı”, “Qabaqcıl təhsil işçisi” Əliyev Fidayıl

Ağsuda Təhsil şöbəsinin müdiri işdən çıxarıldı

Ağsuda Təhsil şöbəsinin müdiri işdən çıxarıldı

“İlan görüldüyü” deyilən məktəbin təmirinə başlanılıb

“İlan görüldüyü” deyilən məktəbin təmirinə başlanılıb

Təhsil Şöbəsi məktəb direktorunun döyülməsini təsdiqlədi: "Hazırda xəstəxanadadır"

Təhsil Şöbəsi məktəb direktorunun döyülməsini təsdiqlədi: "Hazırda xəstəxanadadır"

Təhsil naziri İsmayıllı şəhərində vətəndaşları qəbul edəcək

Təhsil naziri İsmayıllı şəhərində vətəndaşları qəbul edəcək

Məleykə Abbaszadə Ağsuda vətəndaşları qəbul edib

Məleykə Abbaszadə Ağsuda vətəndaşları qəbul edib

Təhsil Şöbəsinin müdiri vəzifəsindən azad edildi - FOTO

Təhsil Şöbəsinin müdiri vəzifəsindən azad edildi - FOTO

Ceyhun Bayramov yeni şöbə müdiri təyin etdi

Ceyhun Bayramov yeni şöbə müdiri təyin etdi

Nizami Namazovdan ərizə alındı: Müddətli müəllim ştatına götürülənlərin aqibəti necə olacaq?

Nizami Namazovdan ərizə alındı: Müddətli müəllim ştatına götürülənlərin aqibəti necə olacaq?

Azərbaycanda məktəbi su basdı - şagirdlər evə göndərildi-FOTO

Azərbaycanda məktəbi su basdı - şagirdlər evə göndərildi-FOTO

“Hər birindən 7 min manat rüşvət alır…”

“Hər birindən 7 min manat rüşvət alır…”

Təhsil Şöbəsinin keçmiş müdiri koronavirusdan vəfat etdi

Təhsil Şöbəsinin keçmiş müdiri koronavirusdan vəfat etdi

Tahir Kərimlinin “ilan gördüyü” məktəbin direktoru: “Valideynləri geri qaytarırıq”

Tahir Kərimlinin “ilan gördüyü” məktəbin direktoru: “Valideynləri geri qaytarırıq”

Goranboy Təhsil Şöbəsinə yeni müdir təyin edilib

Goranboy Təhsil Şöbəsinə yeni müdir təyin edilib

Nazirlik o müəlliməni sevindirdi - İSTƏDİYİ YERDƏ İŞLƏYƏCƏK

Nazirlik o müəlliməni sevindirdi - İSTƏDİYİ YERDƏ İŞLƏYƏCƏK

Sumqayıt şəhər 9 saylı tam orta məktəbdə özbaşınalıq davam edir  -Direktorun səs yazısı YAYILDI

Sumqayıt şəhər 9 saylı tam orta məktəbdə özbaşınalıq davam edir -Direktorun səs yazısı YAYILDI

Cəbrayıl təhsilində "partizan" peyda olub: - Şöbə müdirini döydü, YAP-ı işə saldı

Cəbrayıl təhsilində "partizan" peyda olub: - Şöbə müdirini döydü, YAP-ı işə saldı

Daha 4 rayonda modul tipli məktəbin quraşdırılmasına vəsait ayrıldı

Daha 4 rayonda modul tipli məktəbin quraşdırılmasına vəsait ayrıldı