AzTehsil.com


Xəbərlər
04 aprel 2017
2 901


Şabran UGİM-in tennisçiləri Azərbaycan birinciliyindən qələbə ilə qayıdıblar



Şabran UGİM-in tennisçiləri Azərbaycan birinciliyindən qələbə ilə qayıdıblar

 

28-30 mart tarixdə Bakı şəhərində 1999-2001, 2002-ci il və daha kiçik təvəllüdlü idmançılar arasında keçirilmiş stolüstü tennis üzrə Azərbaycan birinciliyində Şabran rayon Uşaq Gənclər İdman Məktəbinin də komandası iştirak edib.
 
Bakı, Sumqayıt, Şəki, Şirvan, Şabran və Salyan şəhərlərindən 100-ə yaxın idmançının mübarizə apardığı yarışda Şabran UGİM komandasının nəticəsi aşağıdakı kimi olub:
 
2002-ci il və daha kiçik təvəllüdlü qızlar arasında Zöhrə Abdullayeva, Aliyə Haşımova, Fatimə Mürsəliyeva komanda hesabında I yer;
 

Şabran UGİM-in tennisçiləri Azərbaycan birinciliyindən qələbə ilə qayıdıblar

 

2002-ci il və daha kiçik təvəllüdlü qızlar arasında qoşa yarışda Zöhrə Abdullayeva, Aliyə Haşımova I yer;
 
2002-ci il və daha kiçik təvəllüdlü idmançılar arasında qoşa-qarışıq yarışda Nihad Məmmədov II yer;
 
2002-ci il və daha kiçik təvəllüdlü oğlanlar arasında yarışda Əlikram Qürbətov, Nihad Məmmədov III yer;
2001-ci il və daha böyük təvəllüdlü oğlanlar arasında yarışda Sənan Aslanov, Aqil Məmmədov, Nicat Məmmədov, Elman Məmmədov III yer;
2001-ci il və daha böyük təvəllüdlü qızlar arasında Röya Baxşıyeva, Tərgül Qasımova, Əzifə Mahmudova, Şəbnəm Mansurova III yer.
 

Şabran UGİM-in tennisçiləri Azərbaycan birinciliyindən qələbə ilə qayıdıblar

 

Qeyd edək ki, yarış Gənclər və İdman Nazirliyi və Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə keçirilib.
 
Gülər Hüseynova(Şabran təhsil şöbəsi, ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs)



Загрузка...