AzTehsil.com

Xəbərlər / Valideyn / Direktor / Müəllim / Sual / Digər Elan / Cəmiyyət / Texnologiya / Ekspert / Bölgə / Şagird
25 avqust 2025
632

Ənənəvi Tədris Tarixə Qovuşa bilərmi ? - Ekspert



Ənənəvi Tədris Tarixə Qovuşa bilərmi? Bugün elm və texnologiyanın inkişafı sözün həqiqi mənasında “möcüzələr” yaradır. Xəyal belə edə bilmədiyimiz təcrübələri yaşamaq artıq mümkünsüz deyil. Ənənəvi təhsil sisteminin də bu innovasiyalardan yan keçə bilməyəcəyi aşikardır.


Pandemiya şəraitində bütün dünya distant təhsili təcrübə etdi. O gündən bəri bu yeni tədris növünün tətbiq sahəsi genişlənir və durmadan inkişaf edir.


Bu gün Virtual reallıq (VR) texnalogiyası ilə evdə universitet və məktəb mühiti yaratmaq, virtual səyahətlər, təhsil turları, tarixi məkanlara ekskursiyalar real praktikalara çevrilmişdir.


VR sinifləri artıq yalnız idealist bir vizyon deyil; onlar sürətlə ənənəvi öyrənmə mühitlərini dəyişdirir və dünya üzrə tələbələrə immersiv təhsil təklif edir.


Son tədqiqatlar VR əsasında öyrənmənin təsir gücünü vurğulayır. Journal of Computer-Assisted Learning jurnalı göstərir ki, VR təhsili ənənəvi metodlara nisbətən tələbə marağını təxminən 30% artırıb. Maryland Universitetinin araşdırmasına görə isə VR simulyasiyalarından istifadə edən tələbələrdə yaddaş dəqiqliyi 40% yüksəlib.


Azərbaycanda isə distant və ənənəvi tədrisin keyfiyyəti hələ də müzakirə mövzusudur. İnsanların bir qismi distant təhsilin ənənəviyə nisbətən daha rahat olduğunu, pul və zamana qənaət etdiyini, tıxacların azalmasına səbəb olduğunu, digərləri isə ev mühitində tələbə və şagirdlərin dərslərə məsuliyyətsiz yanaşa bildiyini və gəncləri asosiallaşdırdığını qeyd edirlər.


Reallığa qaldıqda isə məsuliyyətsiz tələbə və ya şagirdin həm məktəb, həm də distant tədrisdə eyni nəticəni verdiyi müşahidə edilir.


AzTehsil.com- n əldə etdiyi məlumata görə məsələ ilə bağlı təhsil eksperti Elçin Süleymanov fikirlərini bölüşüb:“Pandemiya dövrü ilə birlikdə distant tədris təhsil həyatımıza daxil oldu və kifayət qədər üstünlükləri mövcuddur. Bu model məsafə baryerini aradan qaldırır, vaxt və məkan baxımından çeviklik yaradır, həmçinin şagird və tələbələr üçün əlavə imkanlar açır. Müxtəlif texnoloji proseslərdən istifadə bacarığını artırması da müsbət tərəflərindən biridir.


Lakin pandemiya zamanı müşahidə olundu ki, tamamilə distant təhsil formatı şagird və tələbələrin sosial bacarıqlarının zəifləməsinə, kollektiv mühitdə özünüifadə imkanlarının məhdudlaşmasına səbəb olur. Buna görə də hesab edirəm ki, ən optimal model hibrid təhsildir.


Hibrid modeldə müəyyən fənlər və mövzular əyani, digərləri isə distant şəkildə tədris oluna bilər. Bu seçim fənnin ağırlığına və ixtisasa uyğun aparılmalıdır. Məsələn, universitetlərdə müəllimlər tələbələrin sərbəst işlərinin qiymətləndirilməsini distant formada həyata keçirə bilərlər.


Nəticə etibarilə, ənənəvi təhsil distant təhsillə zənginləşdirilməli, daha maraqlı və effektiv hala gətirilməlidir. Ənənəvi təhsil isə sosial ünsiyyət, komanda işi və şəxsi inkişaf baxımından hələ də əvəzolunmazdır. Mən inanıram ki, hibrid təhsil modeli daha yüksək nəticələr verəcək”.




Həmçinin oxuyun:
Distant təhsilə doğru ilk addımlar

Distant təhsilə doğru ilk addımlar

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

"Distant təhsili olmayan universitetin beynəlxalq nüfuzu ola bilməz"-Dosent İlham Əhmədov

"Distant təhsili olmayan universitetin beynəlxalq nüfuzu ola bilməz"-Dosent İlham Əhmədov

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Distant təhsil: tərəddüdlər və çağırışlar

Distant təhsil: tərəddüdlər və çağırışlar

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz,  bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz, bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

"Əsas hədəfimiz karantin dövründə tədrisin davamlılığını təmin etməkdir"

"Əsas hədəfimiz karantin dövründə tədrisin davamlılığını təmin etməkdir"

Distant  təhsil  bizdən niyə  distant düşüb ?

Distant təhsil bizdən niyə distant düşüb ?

Dünyada və Azərbaycanda böhran təhsili

Dünyada və Azərbaycanda böhran təhsili

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Virtual reallıq: Texniki tərəqqi, yoxsa yeni təhlükə mənbəyi?

Virtual reallıq: Texniki tərəqqi, yoxsa yeni təhlükə mənbəyi?

Təhsilin bütün sahəsi üzrə 80-90% müəllim və texniki heyət peyvənd olunacaqsa, bu şərtlə sentyabrın 15-də ənənəvi tədrisə qayıda bilərik.

Təhsilin bütün sahəsi üzrə 80-90% müəllim və texniki heyət peyvənd olunacaqsa, bu şərtlə sentyabrın 15-də ənənəvi tədrisə qayıda bilərik.

Azərbaycan kimi ölkə üçün 51 universitet çoxdur!

Azərbaycan kimi ölkə üçün 51 universitet çoxdur!

Distant təhsil: üstünlüklər və çatışmazlıqlar

Distant təhsil: üstünlüklər və çatışmazlıqlar

“Virtual məktəb”: təhsil üçün yeni perspektivlər açan layihə

“Virtual məktəb”: təhsil üçün yeni perspektivlər açan layihə

Məktəblilər üçün ekskursiyalar

Məktəblilər üçün ekskursiyalar

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Bu gün təhsildə nə dəyişməlidir?

Bu gün təhsildə nə dəyişməlidir?

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib