AzTehsil.com


Xəbərlər / Müəllim / Şagird
18 iyul 2020
1 586


“Virtual məktəb”: təhsil üçün yeni perspektivlər açan layihə



“Virtual məktəb”: təhsil üçün yeni perspektivlər açan layihə

 

Koronavirus pandemiyasının bütün sahələrdə olduğu kimi, təhsil sistemində də müəyyən təsirləri müşahidə olundu.

Martın əvvəlindən təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi mərhələlərlə tədris ilinin sonuna qədər dayandırıldı. Lakin təhsil müəssisələrinin fəaliyyətində fasilə yaransa da, həyata keçirilən müvafiq tədbirlər nəticəsində tədrisin davamlılığı təmin edildi. İlk növbədə orta ümumi təhsil müəssisələrinin şagirdləri üçün teledərslərə başlanıldı. Sonra şagirdlərin, əsasən də ibtidai sinif şagirdlərinin dərsdən geri qalmamaları üçün onlayn dərslər keçirildi. Ardından isə teledərslərin interaktivliyini təmin etmək və ümumilikdə məsafədən tədris imkanlarını genişləndirmək üçün aprelin 2-dən Təhsil Nazirliyi tərəfindən "Virtual məktəb” layihəsinə başlanıldı. Bununla da ölkənin ən iri milli onlayn platforması şagirdlərin istifadəsinə verildi. 

"Virtual məktəbin” üstünlükləri 

Təhsil Nazirliyi və "Microsoft” korporasiyası arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən layihənin əsas məqsədi yayımlanan teledərslərin interaktivliyini təmin etmək və ümumilikdə məsafədən tədris imkanlarını genişləndirmək idi. Hər bir şagird "Virtual məktəb” portalında qeydiyyatdan keçərək öz yaşına uyğun sinfə təyin olunurdu. Portal vasitəsilə şagirdlər teledərslərdə tədris olunan mövzulara əsasən hazırlanmış ev tapşırıqlarını yerinə yetirir və əlavə tədris resurslarından faydalana bilirdi. Portala hər həftə müxtəlif mövzu və fənlərə uyğun olaraq yeni tapşırıqlar əlavə olunurdu.

Müəllimlərin portalda qeydiyyatı təmin edilmiş, onlar tərəfindən portalda onlayn dərslərin keçirilməsi üçün imkanlar yaradılmışdır. Sonradan portalın funksionallığı genişləndirilərək qeyd olunan imkanlarla yanaşı, görüntülü və audio dərslərin keçirilməsi, teledərslərin izlənilməsi, tədris cədvəlinin tutulması, şagird və müəllim qruplarının təşkili, sənədlərin üzərində birgə iş, həftəlik tapşırıqların həll edilməsi, o cümlədən, şagird və müəllimlər arasında yazışma imkanları da təqdim edilmişdir.

"Virtual məktəb” portalında müəllimlərə onlayn dərslərin keçirilməsi üçün də imkan yaradılmışdır. Eyni zamanda, şagirdlər yoldaşları ilə görüntülü və səsli əlaqə yaratmaq üçün "Chat” funksiyasından istifadə edə bilirdilər. "Virtual məktəb” portalının mobil tətbiqi də mövcuddur. Şagirdlər "AppStore” və "Google Play” marketlərindən "Microsoft Teams” adlı tətbiqi yükləyib istifadəçi adı və fərdi şifrələri ilə portalda qeydiyyatdan keçirdilər.

"Virtual məktəb” layihəsi ölkə üzrə 1 milyondan artıq şagird və 100 minə yaxın müəllimi əhatə edib. Portal vasitəsilə tədris ilinin sonuna kimi 1,5 milyon dəfə dərs keçirilib, virtual siniflərdə 1,3 milyon dərs materialı paylaşılıb və şagirdlərə 100 mindən çox tapşırıq verilib.  

"Virtual əlaçı” müsabiqəsi 

Həmin platforma üzərindən hər həftə şagirdlər arasında "Virtual əlaçı” müsabiqəsi keçirilir və həftənin qalibi elan edilir ki, bu da onların motivasiyasının artırılmasına və sağlam rəqabətə imkan yaradırdı. Müsabiqə şagirdlər tərəfindən böyük maraqla qarşılanıb. Yarışmada şagirdlər portalda "Testlər” bölməsində verilən tapşırıqları həll edir, hər sinif üçün təqdim edilmiş bu tapşırıqlara ən tez düzgün cavab vermiş ilk 10 şagird qalib elan edilib. Tədris ilinin sonuna kimi müsabiqədə yüz minlərlə şagird iştirak edib və onlar arasında 149 nəfər şagird həftələr üzrə qalib elan edilib. Bakı məktəblərindən 87 nəfər, rayon məktəblərindən isə 62 nəfər qalib olub.

Sonda Təhsil naziri Ceyhun Bayramov da "Virtual əlaçı” müsabiqəsinin qalibləri ilə videogörüş keçirib.

"Virtual əlaçı” müsabiqəsinin qalibi Bakıdakı Humanitar fənlər təmayüllü məktəb-liseyin 5-ci sinif şagirdi Leyla Rəsul bildirib ki, liseyin əlaçı şagirdlərindəndir. Biliyini sınamaq üçün "Virtual əlaçı” yarışmasında iştirak edib və uğur qazanıb: "Virtual əlaçı” yarışmasının qaliblərindən olduğum üçün çox məmnunam. Müəllimlərimiz "Virtual məktəb” layihəsi çərçivəsində keçirilən "Virtual əlaçı” yarışması haqqında məlumat verəndə mən də özümü bu yarışmada sınamaq qərarına gəldim. Dərslərimi yaxşı oxuduğum, daim öz üzərimdə çalışdığım üçün yarışmada qalib oldum. Bütün bunlar göstərir ki, oxuyanda, yaxşı çalışanda hər şeyə nail olmaq olar”.  

Uğurlu nəticələr 

Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun sözlərinə görə, Təhsil Nazirliyi tərəfindən "Virtual məktəb” layihəsi yaradılması pandemiya ilə bağlı yaranmış mürəkkəb vəziyyətdə təhsilin məzmun keyfiyyətini qorumaqla tədrisin formatında dəyişiklik etmək zərurətindən irəli gəlib. "Virtual məktəb” layihəsi şagirdlərə məsafədən tədris almaq üçün əlavə bir imkan verib: "Virtual məktəb” layihəsi şagirdlərin təhsildən kənarda qalmamaları üçün Təhsil Nazirliyi tərəfindən həyata keçirilən uğurlu bir layihədir. Bu layihə teledərslərin davamı kimi təqdim olunub. "Virtual məktəb” şagird və müəllimlərin rahatlıqla qeydiyyatdan keçərək elmi biliklər əldə etmək və onlayn dərslərdə iştirak imkanı yaradan uğurlu bir layihədir. Bu platformada bütün elektron kitablar, video dərslər, əlavə təhsil proqramları və mərkəzləşdirilmiş test nümunələrini tapmaq mümkündür. Bütün bu resurslar üz-üzə görüşləri təmin etmək, tapşırıq və müzakirələri bir-birinə inteqrasiya etmək üçün vahid bir mərkəzdə cəmləşdirilib. Bu gün milyondan çox şagird və 100 min müəllim platformada qeydiyyatdan keçərək ondan aktiv şəkildə istifadə edir. Təhsil Nazirliyi "Virtual məktəb” layihəsini daimi fəaliyyət göstərən bir layihə olaraq qalması, şagirdlərə dəstək və təhsildən, öyrənmə mühitindən kənar düşməməsi üçün bütün lazımi işləri görür”.  

Şagirdlərin bir-birləri ilə görüntülü və səsli əlaqə yaratmaq imkanı  

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini, təhsil eksperti Nadir İsrafilov  deyir ki, "Virtual məktəb” layihəsi əsas üstünlüyü ondan ibarət idi ki, hər bir şagird öz yaşına uyğun sinifə təyin olunmaqla yanaşı, tədris olunmuş mövzulara uyğun hazırlanmış ev tapşırıqlarını yerinə yetirərkən, eyni zamanda, öz yoldaşları ilə görüntülü və səsli əlaqə yaratmaq imkan əldə edə bilirdi. Bu isə onlarda, sanki canlı dərs prosesinin yaratdığı psixoloji durum formalaşdırırdı: "Üstəlik, müəllim istəsə, hansısa dərsi canlı da keçə bilirdi. Ya da evdə oturub yazıb yükləyə bilirdi ki, şagirdlər izləsinlər. Yəni həm canlı, həm də videoyazı vasitəsilə dərslər yazmaq mümkün olurdu. Təhsil müəssisələrinin bağlanması təhsildə fəaliyyətsizlik demək deyil, fəaliyyəti düzgün təşkil etmək, əlaqələndirmək və səmərəli tənzimləmək deməkdir”.

Təhsil eksperti Qoşqar Məhərrəmov vurğulayıb ki, virtual məktəb layihəsi Nazirlik tərəfindən şagirdlərin istifadəsinə verilmiş məsafədən tədris üçün əlavə bir vasitədir, əvəzedilməz bir üsuldur: "Teledərslər bir dəfə televiziyada verilir. Əgər şagird ona baxa bilmirsə, o, dərsi buraxmış olur. Amma virtual məktəb bir portaldır. Və dərslər yaddaşda qalır. Uşaqlar istədiyi qədər həmin dərslərə baxa biləcəklər. Teledərslər virtual məktəb portalına yüklənir və bu, karantin dönəmindən sonra da şagirdlərin köməyinə çatır. Virtual məktəb əyani təhsili dəstəkləyəcək çox önəmli və lazımlı platformadır”.

"Virtual məktəb”in üstünlüklərindən danışan ekspert vurğulayıb ki, bu  platforma şagirdlərə müəllimlər ilə, sinif yoldaşları ilə interaktiv əlaqə qurmaq və müəllimə dərslərlə bağlı sullar vermək, ona aydın olmayan mövzuların izahını almaq kimi bir sıra imkanları təqdim edir: "Virtual məktəb” layihəsinin üstünlüyü ondan ibarətdir ki, vaxt və zaman fərqi olmadan qeydiyyatdan keçmək olur. "Virtual məktəb” portalından daha rahat istifadəni təmin etmək və yaranan sualları cavablandırmaq məqsədilə "Virtual bələdçi” xidməti də mövcuddur. Xidmətdən faydalanmaq üçün istifadəçilər portalda "Sualınız var?” bölməsinə keçid edib onları maraqlandıran sualları seçməklə, cavablarla tanış ola bilərlər. Bununla yanaşı, portaldan istifadə üzrə 2 növ texniki dəstək xidməti göstərilir”. 

Layihəyə yalnız ümumtəhsil müəssisələrində işləyən müəllimlər qoşula bilər  

İxtisasca Azrbaycan dili və ədəbiyyat müəllimi olan Rauf Məlikov Təhsil Nazirliyi tərəfindən  təşkil olunmuş təlimlərdə iştirak edərək "Virtual məktəb”ə qatılan müəllimlərdəndir. Onun sözlərinə əsasən, bu sistem vasitəsi ilə  müəllimlər onlayn dərsləri vahid platforma üzərindən həyata keçirə bilirlər. "Virtual Məktəb” layihəsi Microsoft tims adlı kompleks proqram vasitəsi ilə reallaşdırılır. Adi proqram təminatlarından fərqli olraq Mikrosoft  tims vasitəsi ilə müəllim istənilən sayda şagirdə eyni vaxtda  onlayn dərslər keçə, tapşırıqlar verə bilir: "Dərsləri həyata keçirəcək pedaqoqlar öncə müəyyən kriteriyalar əsasında seçilərək təlimlərə cəlb olunurlar. Mən də bu təlimlərdə iştirak etmişəm. "Virtual məktəb” layihəsinə yalnız ümumtəhsil müəssisələrində  işləyən müəllimlər qoşula bilər. Sistemə giriş zamanı bütün şəxslərin məktəbdə şagird və müəllim olması aydınlaşdırılır. Bundan sonra giriş üçün icazə verilir. Bu tədbir kənar şəxslərin sistemə müdaxiləsinin qarşısını alır”.

"Virtual məktəb” fəaliyyətini davam etdirir

Təhsil Nazirliyindən bildirilib ki, "Virtual məktəb” layihəsi yay aylarında da fəaliyyətini davam etdirəcək. Portalda yay aylarında məktəbdənkənar fəaliyyət, abituriyentlər üçün video məzmun, müəllimlər üçün ixtisasartırma və şagirdlər üçün karyera seçimi üzrə onlayn tədbirlər keçiriləcək.

İyulun 6-dan "Virtual məktəb”də məktəbdənkənar dərnəklərin fəaliyyətinə start verilib. Məqsəd şagirdlərin yay aylarını səmərəli və maraqlı keçirməsindən ibarətdir.

"İki sahil” xəbər verir ki, layihə çərçivəsində şagirdlər maraqlarına uyğun olaraq "Bədii qiraət”, "Şahmat”, "Xalq çalğı alətləri”, "Rəqs”, "Toxunma əl işləri”, "Bacarıqlı əllər” kimi 6 fərqli istiqamət üzrə dərnəklərə  qoşula bilərlər.

Ödənişsiz formada təşkil olunan bu dərnək xidmətlərindən Azərbaycan və rus bölmələri üzrə bütün şagirdlər faydalana bilərlər. Dərslərdə real vaxt rejimində iştirak edə bilməyən şagirdlər üçün dərslərin video yazısı "Microsoft Stream”in "Virtual məktəb” kanalında yerləşdiriləcək və dərsləri təkrar izləmək imkanı yaradılacaq.

Qeyd olunan dərnəklərlə yanaşı, "Virtual məktəb”də şagirdlər üçün yay tətili müddəti ərzində "Minecraft” oyununun tədris versiyası üzrə oyunlar, robot texnologiyaları, proqramlaşdırma dilləri üzrə kurslar davam etdiriləcək. Həmçinin, yaxın müddətdə platformada riyazi təfəkkürün inkişafı üzrə onlayn yarışmalara start verilməsi də nəzərdə tutulur

Sevinc QARAYEVA



Загрузка...
Həmçinin oxuyun:
“Virtual məktəb” layihəsi üzrə təlimat

“Virtual məktəb” layihəsi üzrə təlimat

“Virtual məktəb” layihəsi üzrə 150 min şagird qeydiyyatdan keçib

“Virtual məktəb” layihəsi üzrə 150 min şagird qeydiyyatdan keçib

Təhsil Nazirliyi "Virtual məktəb" layihəsini təqdim edir

Təhsil Nazirliyi "Virtual məktəb" layihəsini təqdim edir

Nazirlikdən şagirdlər üçün daha bir YENİLİK

Nazirlikdən şagirdlər üçün daha bir YENİLİK

“Virtual məktəb”də şagirdlər üçün məktəbdənkənar dərnəklər

“Virtual məktəb”də şagirdlər üçün məktəbdənkənar dərnəklər

Təhsil naziri “Virtual əlaçı” müsabiqəsinin qalibləri görüşdü

Təhsil naziri “Virtual əlaçı” müsabiqəsinin qalibləri görüşdü

Milyonçu “Virtual məktəb”li

Milyonçu “Virtual məktəb”li

Kənan Kərimli: “Virtual məktəb” layihəsinə qoşula bilməyən şagirdlər cəzalandırılmayacaq

Kənan Kərimli: “Virtual məktəb” layihəsinə qoşula bilməyən şagirdlər cəzalandırılmayacaq

“Virtual məktəb” portalında əlavə imkanlar yaradılıb

“Virtual məktəb” portalında əlavə imkanlar yaradılıb

Elnur Məmmədov: “Virtual məktəb” layihəsinə qoşula bilməyən şagirdlərin vəziyyəti anlaşılandır

Elnur Məmmədov: “Virtual məktəb” layihəsinə qoşula bilməyən şagirdlərin vəziyyəti anlaşılandır

“Polyup” platforması “Virtual məktəb” portalına inteqrasiya olunub

“Polyup” platforması “Virtual məktəb” portalına inteqrasiya olunub

Bölgələrdə müəllimlər “Virtual məktəb” layihəsinə cəlb edilir - VİDEO

Bölgələrdə müəllimlər “Virtual məktəb” layihəsinə cəlb edilir - VİDEO

Elnur Məmmədov: “Virtual məktəb” portalında bir gün ərzində 36 min şagird qeydiyyatdan keçib

Elnur Məmmədov: “Virtual məktəb” portalında bir gün ərzində 36 min şagird qeydiyyatdan keçib

VI “Virtual əlaçı” bilik yarışmasına start verilir

VI “Virtual əlaçı” bilik yarışmasına start verilir

IV “Virtual əlaçı” bilik yarışmasına start verilir

IV “Virtual əlaçı” bilik yarışmasına start verilir

VII "Virtual əlaçı" bilik yarışmasına start verilir

VII "Virtual əlaçı" bilik yarışmasına start verilir

“Virtual məktəb” layihəsinə qatılan müəllimləri yenilik gözləyir

“Virtual məktəb” layihəsinə qatılan müəllimləri yenilik gözləyir

Abituriyentlər üçün teledərslər “Virtual məktəb” portalında

Abituriyentlər üçün teledərslər “Virtual məktəb” portalında

“Rəqəmsal bacarıqlar” layihəsi “Virtual məktəb”də

“Rəqəmsal bacarıqlar” layihəsi “Virtual məktəb”də

V "Virtual əlaçı" bilik yarışmasına start verilir

V "Virtual əlaçı" bilik yarışmasına start verilir

Nadir İsrafilov: Təhsil müəssisələrinin bağlanması təhsildə fəaliyyətsizlik demək deyil...

Nadir İsrafilov: Təhsil müəssisələrinin bağlanması təhsildə fəaliyyətsizlik demək deyil...

VIII "Virtual əlaçı" bilik yarışmasına start verilir

VIII "Virtual əlaçı" bilik yarışmasına start verilir

III "Virtual əlaçı" bilik yarışmasına start verilir

III "Virtual əlaçı" bilik yarışmasına start verilir

Başqa variant yoxdur: Nazirliyin yeni layihəsi niyə daşa dirənib?

Başqa variant yoxdur: Nazirliyin yeni layihəsi niyə daşa dirənib?