AzTehsil.com

Xəbərlər / İnnovasiyalar / İKT / Valideyn / Digər Elan / Cəmiyyət / Ekspert / Dünya / Manşet / Bölgə
22 avqust 2025
1 064

Universitetlərdə gizli BAZAR

Elmi işlər 500-dən 1500 manata qədər...Heç təsadüfi deyil ki, tələbələrin bir çoxu elmi işlərini (dissertasiya) ya öz rəhbər müəllimlərinə, ya da universitetdəki digər müəllimlərə pulla yazdırırlar. Bazar qiymətlərinə əsasən bakalavr işləri 500-600, dissertasiyalar isə 600-1500 arasındadır.

Bəs bu hal nə dərəcədə düzgündür? Tələbələr niyə elmi iş yazmaqdan qaçırlar?

AzTehsil.com xəbər verir ki, bu barədə azedu.az-a açıqlama verən ADPU-nun Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov bildirib ki, dissertasiya işlərini pulla yazan müəllimlər təhsilin keyfiyyətinə kölgə salır:

“Universitetlərdə tələbələrin buraxılış və dissertasiya işlərini başqalarına, xüsusilə də müəllimlərinə və ya digər şəxslərə pulla yazdırmaları həm akademik dürüstlük prinsiplərinə, həm də təhsil sisteminin dəyərlərinə zidd bir haldır. Belə hallar nəinki tələbənin intellektual inkişafına mane olur, həm də universitetlərin cəmiyyətdəki nüfuzuna ciddi zərbə vurur. Bu vəziyyəti təhlil edərkən bir neçə əsas məsələni vurğulamaq vacibdir.

Dissertasiya işini başqasına yazdırmaq tələbənin elmi-tədqiqat bacarıqlarını inkişaf etdirmək əvəzinə, onların yalnız nəticə əldə etməyə yönəldiyini göstərir. Tələbələr dissertasiya işlərini özləri yerinə yetirməlidirlər ki, bu proses onların analitik düşüncə tərzini, tədqiqat aparmaq bacarıqlarını və problemləri həll etmək qabiliyyətlərini inkişaf etdirsin. Əgər bir tələbə bu prosesdə iştirak etmirsə, onun magistr təhsili alma məqsədi sual altına düşür. Belə bir vəziyyətdə sual yaranır: Tələbə niyə magistr oxuyur? Cəmiyyətin gözündə diplom yalnız bir sənəd deyil, həmin şəxsin bilik və bacarıqlarının sübutudur. Lakin başqasına yazdırılmış dissertasiya ilə əldə edilən diplom bu dəyəri itirir.

Tələbələrin dissertasiya işlərini başqasına yazdırmasının əsas səbəblərindən biri universitetlərin tələbələrə elmi tədqiqat aparmaq üçün yetərincə dəstək verməməsidir. Bir çox hallarda tələbələr metodoloji rəhbərlik, resurslara çıxış və lazımi məsləhətlərdən məhrum olurlar. Belə şəraitdə onlar bu işləri başqasına həvalə etmək məcburiyyətində qalırlar. Bu problemin həlli üçün universitetlər tələbələrə daha çox dəstək göstərməli, metodoloji təlimlər təşkil etməli və tələbələri elmi işlərin mahiyyəti ilə daha yaxından tanış etməlidirlər.

Universitet daxilində tələbələrin elmi işlərini pulla yazan müəllimlərin fəaliyyəti isə daha ciddi problemdir. Bu, həm tələbələrin təhsil hüquqlarını pozur, həm də təhsilin keyfiyyətinə kölgə salır. Belə müəllimlərin fəaliyyəti universitetlərin etik qaydalarına və peşəkar standartlarına tamamilə ziddir. Bu cür hallara qarşı cəza tədbirləri mütləq şəkildə tətbiq edilməlidir. Universitetlər daxili nizamnamələrində bu cür halları qadağan edən maddələr əlavə etməli və müvafiq yoxlama mexanizmləri yaratmalıdırlar”.

Problemin həlli üçün vacib məqamlar

“Universitetlərdə elmi işlərin hazırlanması prosesində şəffaflığı təmin etmək üçün plagiat yoxlama sistemləri tətbiq edilməlidir. Hər bir təqdim edilən iş müvafiq proqramlar vasitəsilə yoxlanılmalı və işin müəllifliyi təsdiq edilməlidir.

Müəllimlər üçün etik qaydalar hazırlamalı və bu qaydalara riayət etməyənlər üçün ciddi cəza tədbirləri nəzərdə tutmalıdır. Belə hallara görə müəllimlərin işdən azad edilməsi və ya digər inzibati cəzalara məruz qalması təmin edilməlidir.

Tələbələrə elmi işlərin mahiyyəti, tədqiqat prosesinin əhəmiyyəti və plagiatın mənfi nəticələri haqqında müntəzəm olaraq məlumat verilməlidir. Bu, onların bu cür hallara cəlb olunmasının qarşısını ala bilər. Eyni zamanda universitetlər tələbələrin elmi işlərini müstəqil şəkildə yerinə yetirmələri üçün onlara metodoloji dəstək, kitabxana resursları və tədqiqat materialları ilə təmin etməlidir.

Nəticədə, dissertasiya işlərini başqasına yazdıran tələbələr və bu cür işləri yazan müəllimlər təhsil sistemində ciddi problemlər yaradır. Universitetlər bu hallara qarşı ciddi mübarizə aparmalı, tələbələrin və müəllimlərin məsuliyyətlərini artırmalı və təhsilin keyfiyyətini qorumaq üçün lazım olan tədbirləri həyata keçirməlidirlər. Təhsil yalnız diplom deyil, real bilik və bacarıqların göstəricisi olmalıdır. Bu prinsipi qorumaq isə həm universitetlərin, həm də cəmiyyətin ümumi vəzifəsidir”.

Həmçinin oxuyun:
ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şuranın iclasını keçirib

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şuranın iclasını keçirib

ADPU-nun əməkdaşı Aynur Abdullayeva ADPU-nun baza məktəbində təlim keçdi

ADPU-nun əməkdaşı Aynur Abdullayeva ADPU-nun baza məktəbində təlim keçdi

ADPU-nun Elmi Şurasının iclası keçirilib

ADPU-nun Elmi Şurasının iclası keçirilib

ADPU-da 15 sentyabr – Bilik Gününə həsr edilmiş tədbir keçirilib

ADPU-da 15 sentyabr – Bilik Gününə həsr edilmiş tədbir keçirilib

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Maaşlarla bağlı qərar verildi - Kim nə qədər əməkhaqqı alacaq?

Maaşlarla bağlı qərar verildi - Kim nə qədər əməkhaqqı alacaq?

ADPU-nun rektoru,professor Cəfər Cəfərov Dissertasiya Şurasının üzvləri ilə görüşüb

ADPU-nun rektoru,professor Cəfər Cəfərov Dissertasiya Şurasının üzvləri ilə görüşüb

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

Distant təhsilə doğru ilk addımlar

Distant təhsilə doğru ilk addımlar

Məktəb direktoru - rəhbər, pedaqoq, tərbiyəçi - Arif Muradov

Məktəb direktoru - rəhbər, pedaqoq, tərbiyəçi - Arif Muradov

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

ADPU-da “Ali təhsilin informatlaşmasının aktual problemləri, Elektron Universitet,  reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib

ADPU-da “Ali təhsilin informatlaşmasının aktual problemləri, Elektron Universitet, reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib

"Tələbələr müəllimlərin güzgüsüdür, yaxşı müəllimi tələbəsi həmişə axtarır, tələbənin adi bir sözlə təbriki müəllim üçün dünyadır"

"Tələbələr müəllimlərin güzgüsüdür, yaxşı müəllimi tələbəsi həmişə axtarır, tələbənin adi bir sözlə təbriki müəllim üçün dünyadır"

Şimal bölgəsində yeganə ali təhsil müəssisəsi olan ADPU-nun Quba filialı 30 illik fəaliyyəti dövründə uğurlu pedaqoji kadr hazırlığı həyata keçirmişdi.

ADPU-da tələbələrin qeydiyyatı prosesinin I mərhələsi başa çatıb

ADPU-da tələbələrin qeydiyyatı prosesinin I mərhələsi başa çatıb

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Təhsil eksperti haqqında nə bilirik? - Kamran Əsədov...

Təhsil eksperti haqqında nə bilirik? - Kamran Əsədov...

ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib

ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib

"Distant təhsili olmayan universitetin beynəlxalq nüfuzu ola bilməz"-Dosent İlham Əhmədov

"Distant təhsili olmayan universitetin beynəlxalq nüfuzu ola bilməz"-Dosent İlham Əhmədov

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ADPU-da olub

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ADPU-da olub