AzTehsil.com

Xəbərlər / Yazarlar / İnnovasiyalar / İKT / Ziyalılar / Valideyn / Direktor / Müəllim / Digər Elan / Mədəniyyət / Cəmiyyət / Karyera / Manşet / Bölgə / Şagird
21 avqust 2025
748

Məktəblilərimizin UĞURU



AzTehsil.com xəbər verir ki, 11–21 avqust tarixlərində Hindistanın Mumbay şəhərində keçirilən Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) məktəblilərimiz ölkəmizi uğurla təmsil ediblər.


Nəzəri və praktiki turdan ibarət olan olimpiadada Azərbaycan məktəbliləri 2 bürünc və 2 həvəsləndirici mükafat əldə ediblər. Belə ki, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Oqtay Lətifli və Bakı şəhəri Texniki humanitar liseyinin X sinif şagirdi Məhəmməd Cəfərli bürünc medala, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif sinif şagirdi Raiq Babazadə və XI sinif şagirdi Aqil Güləliyev olimpiadanın həvəsləndirici mükafatına layiq görülüblər.


Məktəblilərimizi təbrik edir və onlara daha böyük nailiyyətlər arzulayırıq!