10 minə yaxın qadın peşə təhsili alacaq
“Peşə təhsili müəssisələrinə tələbə qəbulunun I mərhələsinin nəticələrinə əsasən, müraciət edənlərin sayı 36 278, tələbə adını qazananların sayı isə 23 802 nəfər olub”.
AzTehsil.com xəbər verir ki, Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat yayılıb. Bu il peşə təhsili müəssisələrinə qəbul olmuş qadınların sayı ən yüksək həddə olub. Yeni qəbul olan qadınların sayı 9 857, kişilərin sayı isə 13 945 nəfər olub.
Yeni tədris ili üçün peşə təhsili müəssisələri üçün ayrılmış plan yerlərinin sayı 32 620 olub.