Bu regionun şagirdləri ən yüksək nəticə göstərib
Gəncə-Daşkəsən regionu üzrə ən yüksək nəticə göstərən şagirdləri.Ali təhsil müəssisələrinə qəbul imtahanlarının hər iki cəhdi yekunlaşıb.
AzTehsil.com xəbər verir ki, azedu.az regionlar üzrə ümumi nəticəsi 680 baldan yuxarı olan abituriyentlərin siyahısını və fotolarını təqdim edəcək.
Yüksək bal toplayanların siyahısı üçün Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə müraciət etdik.
İdarədən bildirilib ki, Gəncə şəhər Ş.İ.Xətai adına 13 nömrəli tam orta məktəbin məzunu Alı İsmayılov I ixtisas qrupu üzrə 697,05 bal toplayaraq ən yüksək nəticəni əldə edib.
Gəncə şəhər 27 nömrəli məktəb-liseyin məzunu Aysu Hüseynova- IV ixtisas qrupu üzrə 692,8 bal;
Gəncə şəhər 29 nömrəli tam orta məktəbin məzunu Elcan Əkbərov- III ixtisas qrupu üzrə 684 bal;
Goranboy şəhər 2 nömrəli tam orta məktəbin məzunu Nəzrin Yusifova- III ixtisas qrupu 684 bal;
Gəncə şəhər 12 nömrəli tam orta məktəbin məzunu Rəfail Qarayev- IV ixtisas qrupu üzrə 683,2 bal;
Göygöl şəhər 5 nömrəli tam orta məktəbin məzunu Vüsalə Şamilova- III ixtisas qrupu üzrə 681 bal;
Goranboy rayon R.Cabbarov adına Şadılı kənd tam orta məktəbin məzunu Ümid Eyvazov - I ixtisas qrupu üzrə 681 bal.