AzTehsil.com

Xəbərlər / Pedoqojitəcrübə / Psixoloq / Yazarlar / İnnovasiyalar / İKT / Ziyalılar / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Bölgə / Şagird
17 avqust 2025
2 378

Yeni dərs ilinə hazırlıq dedikdə....._ ƏTRAFLI



AzTehsil.com xəbər verir ki, yeni tədris ilində bir çox rayonlarımızda  fəaliyyət göstərən bütün təhsil müəssisələrində yeni dərs ilinə ciddi hazırlıq işləri görülür . Elə məktəblərimiz var ki, onlar yeni tədris ilinə hazırdır. Amma elə məktəblərimizdə var ki orda təmir işləri gedir. Bir sözlə bütün tədris ocaqları şagirdlərin və valideynlərin yolunu gözləyir. Bəs məktəb daxilində hansı işlər yerinə yetrilməlidir? 

Pedaqoji Şuraların iclaslarında  ötən dərs ilinin yekunları, əldə olunan nailiyyətlər təhlil edilməli Eyni zamanda, növbəti tədris ilində qarşıda duran vəzifələr, birinci sinfə qəbul, məktəbəhazırlıq qruplarının fəaliyyəti, təmayülləşmə, şagirdlərin oxu, yazı və riyazi bacarıqları səviyyəsinin öyrənilməsi, İKT bacarıqlarının və rəqəmsal düşüncə tərzinin hazırkı durumunun təhlil edilməsi, tədqiqatçılıq bacarığının formalaşdırılması ilə bağlı məktəblilərin araşdırma tələb edən layihələrə cəlb olunması istiqamətində tədbirlərin təşkili və digər mövzular ətrafında müzakirələr aparılır.

Şura iclaslarında müəllimlərə 2025-2026-cı dərs ilində Təhsil Nazirliyinin “Ümumi təhsil sahəsində məktəblərin fəaliyyət istiqamətləri barədə”  sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” əmri ilə təsdiq olunmuş Fəaliyyət Planında müəyyən edilmiş hədəflərin yerinə yetirilməsi üzrə işlərin davam etdirilməsinə dair müvafiq tövsiyə və tapşırıqlar verilir və həyata keçirilir.

Bütün bunlarla yanaşı, ümumi təhsilin keyfiyyətinin müasir çağırışlara uyğunlaşdırılması, xüsusilə də inteqrasiya meyillərinin getdikcə gücləndiyi indiki dövrdə uşaq və gənclərin vətənpərvərlik, milli-mənəvi dəyərlərə sadiqlik ruhunda tərbiyə edilməsi ilə bağlı təhsil orqanları, məktəblərin pedaqoji kollektivləri qarşısında daha ciddi vəzifələrin durduğu və onların reallaşdırılması üçün təsirli tədbirlərin görülməsinin vacibliyi qeyd olunur.


Ümumilikdə Pedaqoji Şuraların iclaslarında təqaüdə çıxan müəllimlər təntənəli şəkildə yola salınır, gənc müəllimlər məktəb kollektivinə təqdim edilir.

Valideynlərlə keçirilən görüşlərdə qazanılan uğurlardan, məktəblilərin hərtərəfli inkişafı üçün ümumi təhsil müəssisələrində yaradılan şəraitdən, müəllim-şagird-valideyn münasibətlərinin daha sağlam ruhda qurulması məsələlərindən bəhs olunur.

Bütün hallarda isə millət vəkilinin qeyd etdiyi kimi bu faktorlar mütləq direktorda olmalıdır.“Bir məktəbə direktor təyin etməzdən öncə onun əvvəlki işi, fəaliyyəti dəqiqliklə araşdırılmalı, yoxlanılmalıdır. Təyinat zamanı tapşırıqlar, kiminsə qohumluğu, kiminsə yaxınlığı nəzərə alınmamalıdır. Direktorların işə qəbulu prosesi tam şəffaf və obyektiv həyata keçirilməlidir. Belə olsa, neqativ hallara da rast gəlinməz”. 


 Bir sözlə , 15 sentyabr –“Bilik günü”  məktəblərimiz  yeni tədris  ilinə  uğurla başlamaq  üçün hazırlaşır !

 



Həmçinin oxuyun:
Şagirdlərin yaradıcı təfəkkür və tədqiqatçılıq qabiliyyətinin inkişaf etdirilməsi

Şagirdlərin yaradıcı təfəkkür və tədqiqatçılıq qabiliyyətinin inkişaf etdirilməsi

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Mehriban Vəliyeva: Ölkənin iqtisadi, sosial-ictimai həyatında baş verən dəyişikliklər təhsilə birbaşa təsir edir

Mehriban Vəliyeva: Ölkənin iqtisadi, sosial-ictimai həyatında baş verən dəyişikliklər təhsilə birbaşa təsir edir

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

Metodbirləşmələr

Metodbirləşmələr

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair     SUAL-CAVAB

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair SUAL-CAVAB

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Valideynləri maraqlandıran əksər suallara cavab-MÜSAHİBƏ

Valideynləri maraqlandıran əksər suallara cavab-MÜSAHİBƏ

BŞTİ illik hesabat yayıb

BŞTİ illik hesabat yayıb

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir   I I hissə Metodbirləşmələr

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir I I hissə Metodbirləşmələr

MÜƏLLİMLƏR OXUYUN ! Pedaqoji Şuranın işinin məzmunu  Pedaqoji Şuranın fəaliyyət pirnsipləri

MÜƏLLİMLƏR OXUYUN ! Pedaqoji Şuranın işinin məzmunu Pedaqoji Şuranın fəaliyyət pirnsipləri

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası