“Google” Oklahomada təhsil sahəsinə 9 milyard dollar sərmayə qoyacaq
“Google” şirkəti qarşıdakı iki il ərzində ABŞ-nin Oklahoma ştatında bulud və süni intellekt (AI) infrastrukturunu genişləndirmək məqsədilə 9 milyard dollarlıq investisiya planını açıqlayıb.
AzTehsil.com- n əldə etdiyi məlumata görə “Azərbaycan müəllimi” xəbər verir ki, layihə çərçivəsində Stilvoter şəhərində yeni məlumat mərkəzi kampusu inşa olunacaq, Pryor şəhərindəki mövcud obyekt isə genişləndiriləcək. Bu təşəbbüs şirkətin ABŞ təhsili və rəqabət qabiliyyəti üçün nəzərdə tutulmuş 1 milyard dollarlıq daha böyük proqramının bir hissəsidir.İnfrastruktur layihələri ilə yanaşı, “Google” Oklahoma Dövlət Universitetləri ilə əməkdaşlıq edərək “Google AI”for Education Accelerator" proqramı vasitəsilə təhsil və işçi qüvvəsinin inkişafına dəstək göstərəcək. Tələbələr ödənişsiz peşə sertifikatları və süni intellekt üzrə təlimlər əldə edəcək, bu da onlara standart dərs proqramından kənar, əmək bazarına hazır bacarıqlar qazandıracaq.
Əlavə maliyyə dəstəyi “ALLIANCE” təşkilatının elektrik təlim proqramına ayrılacaq. Bu proqram elektrik işçilərinin sayını 135% artıraraq AI əsaslı enerji infrastrukturunu idarə etmək üçün lazım olan kadr potensialını formalaşdıracaq.
“Google” bu sərmayəni “Amerika innovasiyaları üçün fövqəladə dövr” kimi qiymətləndirib və bunun ABŞ-ın süni intellekt sahəsində liderliyini qorumağa yönəldiyini bildirib. Şirkət həmçinin bu addımın milli təhlükəsizlik baxımından əhəmiyyətini vurğulayaraq, “OpenAI” və “Anthropic” kimi yerli, eləcə də Çinin “DeepSeek” şirkəti kimi beynəlxalq rəqiblərlə rəqabətdə üstünlüyün qorunmasına xidmət edəcəyini qeyd edib.