Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi keçirilib
Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi keçirilib .
AzTehsil.com xəbər verir ki, Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsabiqənin növbəti müsahibə mərhələsi keçirilib.
Qazax-Tovuz RTİ-nin inzibati binasında keçirilən müsahibəyə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələrinə əsasən, topladığı bala görə müraciət edənlər arasında ən yüksək bal toplamış namizədlər dəvət olunub.
Müsahibə zamanı namizədlərin ünsiyyət və təqdimetmə bacarığı, məktəbəqədər təhsil sahəsində pedoqoji və metodiki hazırlığı, ümumi dünyagörüşü və psixoloji hazırlığı komissiya üzvləri tərəfindən qiymətləndirilib.