60 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib
Yeni tədris ili üzrə 60 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib. AzTehsil.com xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat verir.
Bildirilib k, hazırda həm Azərbaycan, həm də rus bölməsi üzrə qəbul sərbəst qaydada mövcuddur.
"İndiyədək 60 min uşaq məktəbəqədər qruplarına yazılıb. Xatırladırıq ki, məktəbəqədər qruplara cari ildə 5 yaşı tamam olan, yəni 2020-ci il uşaqlar üçün sorğuya başlaya bilərsiniz. Prosesə iyulun 8-də start verilib, sentyabrın 30-na qədər davam edəcək", - məlumatda qeyd olunub.