AzTehsil.com

Xəbərlər / Ziyalılar / Valideyn / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Dünya / Manşet / Bölgə / Şagird
09 avqust 2025
1 438

“Bəzi direktorlar müəllimlərdən faiz alır”- SƏBƏB



Yeni tədris ili başlamamış repetitor hazırlıqlarına ciddi tələbat müşahidə olunur. Şagirdlər valideynlərinin müşayiəti ilə fərdi hazırlıq dərslərinə yazılır, hazırlıq mərkəzlərində isə yerlər sürətlə dolur.


Təxmini hesablamalara görə, bir şagirdin yalnız bir fənn üzrə aylıq repetitor xərci 80 manat civarındadır. Əgər bu fənlərin sayı 5-6 arasında dəyişərsə, aylıq ümumi xərc 400-500 manat arasında dəyişir. Bu isə illik miqyasda bir ailə üçün minlərlə manatlıq xərc deməkdir. Bəzi hallarda repetitor dərslərini keçən müəllimlər elə həmin şagirdlərin məktəb müəllimləri olur.


Bəs bu qədər böyük maliyyə yükünə səbəb nədir? Niyə şagirdlər məktəbdə aldıqları təhsillə imtahanlara hazırlaşa bilmir?

AzTehsil.com- n əldə etdiyi məlumata görə Bu suallara təhsil üzrə ekspert Ramin Nurəliyev açıqlamasında aydınlıq gətirib.Ekspert bildirib ki, repetitorluq qanuni fəaliyyətdir və əgər müəllim vergisini ödəyir, VÖEN açdıraraq fərdi sahibkar kimi fəaliyyət göstərirsə, bu zaman qanun pozuntusundan söhbət gedə bilməz:


“Bu praktikaya dünyanın bir çox ölkələrində, o cümlədən Türkiyədə də rast gəlinir”.


Ramin Nurəliyev təhsil proqramları ilə Dövlət İmtahan Mərkəzinin (DİM) sualları arasında ciddi uyğunsuzluğun olmadığını deyib. Onun sözlərinə görə, DİM-in imtahan sualları 5-11-ci siniflər üzrə proqramı əhatə edir.


“Lakin bu proqram siniflər üzrə parçalandığı üçün 10-cu sinifdə ali təhsil imtahanlarına hazırlaşan şagirdlər əvvəlki illərin mövzularını ya xatırlamır, ya da dərindən təkrar edə bilmirlər. Şagird 5-ci sinifdən 9-cu sinifədək keçilən fənləri 10 və 11-ci sinifdə yenidən öyrənməyə məcbur olur. Bu zaman vaxt azlığı və yük səbəbindən valideynlər övladlarını repetitor yanına aparırlar”, - deyə ekspert qeyd edib.


Təklif olaraq o, ali məktəblərə qəbul imtahanlarının mərhələlərə bölünməsini irəli sürüb:


“İmtahan sistemi ibtidai təhsil, orta ümumtəhsil və ali məktəbə hazırlıq mərhələləri üzrə təşkil olunsa, şagirdlər yalnız müvafiq proqram üzrə imtahan verərlər. Bu zaman əlavə hazırlıq zərurəti azalacaq”.


Ramin Nurəliyev bəzi hallarda məktəb müəllimlərinin şagirdləri məktəbdə hazırlıq üçün cəlb etdiyini bildirib. Onun sözlərinə görə, müəllim eyni zamanda həm məktəbdə, həm də repetitor kimi fəaliyyət göstərirsə və məktəbdə tədris planını yerinə yetirməyərək şagirdləri öz fərdi hazırlıqlarına yönəldirsə, bu, qanunsuzluqdur:


“Belə müəllimlər haqqında tədbir görülməli, onlar məktəbdən uzaqlaşdırılmalıdır. Təəssüf ki, bəzi məktəb direktorları bu prosesə göz yummaqla kifayətlənmir, hətta müəllimlərdən faiz alırlar. Bəzi hallarda məktəb otaqları müəllimlərə icarəyə verilir. Bu, artıq ciddi qanun pozuntusudur”.


Ekspert bildirib ki, müəllim yalnız əmək saatlarından kənarda və məktəbdən kənar mühitdə fərdi hazırlıqla məşğul ola bilər:


“Məktəbin inzibati binasında repetitorluq fəaliyyəti göstərmək qadağandır və həm direktor, həm də həmin müəllimlərə qarşı inzibati tədbirlər görülməlidir”.



Həmçinin oxuyun:
Azərbaycan dilindəki bu sözlərin yazılışı dəyişəcək- TAM SİYAHI

Azərbaycan dilindəki bu sözlərin yazılışı dəyişəcək- TAM SİYAHI

Azərbaycan dilinin Orfoqrafiya Normaları açıqlanıb

Azərbaycan dilinin Orfoqrafiya Normaları açıqlanıb

Qubada qız sevgilisindən hamilə qaldı, bunu gizlətmək üçün ərə getdi

Qubada qız sevgilisindən hamilə qaldı, bunu gizlətmək üçün ərə getdi

Dünyada repetitorluq trendi: Hansı ölkələrdə daha çox yayılıb?

Dünyada repetitorluq trendi: Hansı ölkələrdə daha çox yayılıb?

Təhsilin görünməyən maliyyə yükü

Təhsilin görünməyən maliyyə yükü

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Repetitorlar VÖEN-i belə almalıdır - Qaydalar açıqlandı

Repetitorlar VÖEN-i belə almalıdır - Qaydalar açıqlandı

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Repetitor olmasa, təhsildə nə dəyişər? - Hətta nazir də bunu etiraf edib...

Repetitor olmasa, təhsildə nə dəyişər? - Hətta nazir də bunu etiraf edib...

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Dövlət uşaq bağçaları belə maliyyələşəcək - QAYDALAR

Dövlət uşaq bağçaları belə maliyyələşəcək - QAYDALAR

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Metodbirləşmələr

Metodbirləşmələr

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Od tutub yanan hazırlıq qiymətləri - ARAŞDIRMA

Od tutub yanan hazırlıq qiymətləri - ARAŞDIRMA

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Məktəb sənədlərinin aparılması və saxlanması haqqında TƏLİMAT

Məktəb sənədlərinin aparılması və saxlanması haqqında TƏLİMAT

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat