AzTehsil.com

Xəbərlər / Psixoloq / Valideyn / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Manşet / Bölgə
09 avqust 2025
1 257

Məktəblərdə bu fənn KEÇİRİLMƏLİDİR




Sosial şəbəkələrdə azyaşlılara qarşı seksual hərəkətlər, təcavüz və zorakı xarakterli görüntülərlə qarşılaşırıq. Əlbəttə, bu yaşda uşaqlar nə özlərini qorumağı bacarırlar, nə də ki, hadisəni dərk edirlər. Bununla yanaşı valideynlər də övladına cinsi biliklər aşılamaqdan utanırlar. Avropanın və qərbin bir çox inkişaf etmiş ölkələrində, o cümlədən ABŞ, İsveç, Finlandiya Almaniya, Kanada, Hollandiya, Fransada isə cinsi tərbiyə dərsləri hələ ibtidai siniflərdən keçilir.


Bəs görəsən, Azərbaycan məktəblərində cinsi tərbiyə dərsləri keçilərsə, vəziyyət necə olar? Uşaqlara erkən yaşlardan bu bilikləri aşılamaq doğru olarmı?


AzTehsil.com xəbər verir ki, psixoloq Aydan Məmmədova lent.az-a açıqlamasında bildirib ki, uşaq vaxtı təcavüz qurbanı olanlar yetkinlik dövründən sonra həmin hadisəni xatırlaya bilirlər.

“Azyaşlılar onlara qarşı seksual xarakterli hərəkətləri dərk edə bilmirlər. Seanslarda da şahid olmuşam ki, uşaq vaxtı - 5,6,7 yaşında təcavüzə məruz qalanlar yetkinlikdən sonra belə bir hal yaşadıqlarını anlayıblar. Onlar həmin vaxtı yaşadıqları şok ilə özlərini “çirklənmiş” hiss edirlər. Xüsusən müsəlman ölkələrində cinsi münasibətlərə dini cəhətdən baxış fərqlidir. Əgər ailə də dindardırsa, o zaman zərərçəkmiş başına gələnləri gizlətməyə çalışır. Bəzən isə onlar özləri ilə də üzləşməkdən qaçırlar, səsli şəkildə belə, bu hadisəni danışa bilmirlər. Bu şəxslərin daxili aqressiyaları, nifrətləri çox  olur.


Biz qız uşaqlarına olunan təcavüzləri qloballaşdırırıq, amma oğlanlara olunan təcavüz halları ilə də qarşılaşırıq. Ətrafda kişi cinsinə qarşı istəkləri olan “gey” kimi adlandırdığımız şəxslərin bəziləri uşaqlıqda öz həmcinsi tərəfindən təcavüzə məruz qalan insanlardır. Oğlan uşağı təcavüzə məruz qalanda gələcəkdə həmcinsinə həzz, maraq duya bilər. Qadınlarda isə təcavüz sonrası kişilərə qarşı böyük nifrət hissi yarana bilər. Təbii ki, travmalara verilən reaksiyalar fərqlidir, bəzən oğlan uşaqları da təcavüzdən sonra cinsinə və özünə nifrət edir.


Təcavüzçülərə ağır cəzalar verilməlidir ki, digərləri də onu görüb, geri addım atsınlar. Təəssüf ki, etmək istəyən “onsuz da görən yoxdur”,-deyib, əməlinə davam edir, lakin azyaşlılara qarşı seksual xarakterli hərəkətlərə dair görüntüləri yalnız müvafiq qurumlara göndərmək lazımdır, onları sosial şəbəkələrdə, geniş ictimaiyyətlə paylaşmaq düzgün deyil. Çünki bu kimi hadisələri yaşayan çox insan var. Onların bəzisi başına gələnləri kiməsəyə açıb deyə bilmir, özünü daim günahlandırır. Həmin görüntüləri görəndə istər-istəməz yaşadığı travmalar canlanır və eyni hissləri yenidən yaşayırlar”.


Psixoloq bildirib ki, cinsi istismarların qarşısını almaq üçün cinsi tərbiyə mütləqdir:


“Məktəbdə 1-ci sinifdən etibarən uşaqlara cinsi tərbiyə tədris olunmalıdır. Ailədə ana qızına, ata isə oğluna lazımi məlumatları verməlidir. Burada ananın oğula cinsi tərbiyə verməsi belə, doğru deyil.


Ailələrin oğlan övlada qarşı olan münasibətləri də birmənalı qarşılanmamalıdır. Valideynlər oğullarını evdə və ya başqa yerdə çılpaq gəzdirir, qız uşaqlarını isə daim qapadırlar. Uşaqların çılpaq gəzməsi qətiyyən doğru deyil.


Valideynlər övladlarına cinsi orqanlarının olduğunu, onun hansı funksiyanı yerinə yetirdiyini izah etməli, təcavüz zamanı nələr hiss olunduğunu başa salmalıdırlar. Cinsi orqanlarına, məhrəm bölgələrinə toxunularsa, buna etiraz et, səsini çıxart, dodağından, üzündən öpülməsinə icazə vermə, kimi fikirləri uşaqlara aşılamalıdırlar. Əlbəttə, öpüş hər zaman pis məqsəd daşımır, lakin çox olduğu vaxt bu, istər-istəməz, şüuraltında mənfi hislər formalaşdıra bilir.


Azyaşlılara cinsi istismar olunduğu zaman o, bunun nə olduğunu dərk etmir, onlarda ehtiras hissi olmur. Əgər uşaq həmin şəxslərə qarşılıq verirsə, bu onun hadisəni dərk etdiyi, şüurlu şəkildə etdiyi anlamına gəlmir. Hətta bəzən deyirlər ki, yaşından böyük danışır, hərəkət edir, deməli hissləri də inkişaf edib. Amma bu, belə deyil. Uşaqlarda həzz duyğusu olmur.


Valideynlər bəzən düşünürlər ki, uşağın əmisidir, dayısıdır, qardaşıdır, babasıdır, qonşudur, qohumdur və s. Uşağımı ondan qoruyası deyiləm ki. Amma məhz uşaqları onlardan qorumaq lazımdır. Çünki bu hadisələr qohumlar və qonşular arasında daha çox olur.


Uşağa demək lazımdır ki, sənə kimsə toxunarsa, nə isə edərsə, qışqır, bağır, sonra da mənə nə olduğunu izah et. Bu halda uşağın valideynə güvəni artır və heç nədən qorxub, çəkinmir.


Təəssüf ki, məktəblərdə biologiya fənnində cinsi orqanlarla olan mövzuya ya toxunulmur, ya da qızlar və oğlanlara ayrılıqda keçilir. Dərslər bu şəkildə olmamalıdır. Hər kəsə öz cinsi orqanını tanımağa icazə verilməlidir. Bundan sonra yeniyetmələrin də özlərinə olan sevgisi artır, özlərini qəbul etməsi asanlaşır. Övlad öz cinsi barədə valideynə suallar verdikdə, mütləq onların anlayacağı səviyyədə cavab verməlidirlər. Əks halda uşaq bu sualın cavabını özü axtaracaq”.



Həmçinin oxuyun:
Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti  QAYDASI

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti QAYDASI

Beynəlxalq qiymətləndirmə təcrübəsi -SƏVİYYƏLƏR

Beynəlxalq qiymətləndirmə təcrübəsi -SƏVİYYƏLƏR

Təhsilsiz qız: savadsız cəmiyyət....

Təhsilsiz qız: savadsız cəmiyyət....

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Çox maraqlı və zəngin təhsil yolu.

Çox maraqlı və zəngin təhsil yolu.

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil)  HAQQINDA

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) HAQQINDA

Şagirdləri imtahanlarla yükləməkdən imtina etmək lazımdır

Şagirdləri imtahanlarla yükləməkdən imtina etmək lazımdır

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

İnkişaf etmiş ölkələrdə müəllimlərin əmək haqqı nə qədərdir ,iş prinsipləri necədir ?

İnkişaf etmiş ölkələrdə müəllimlərin əmək haqqı nə qədərdir ,iş prinsipləri necədir ?

Fiziki tərbiyənin mahiyyəti və məqsədi,  Fiziki tərbiyənin vəzifələri, Fiziki tərbiyənin vasitələri

Fiziki tərbiyənin mahiyyəti və məqsədi, Fiziki tərbiyənin vəzifələri, Fiziki tərbiyənin vasitələri

"Azərbaycanda psixoloq və loqopedlərin 90%-i dələduzdur" - İnsanlar necə aldadılır? - MÜSAHİBƏ

"Azərbaycanda psixoloq və loqopedlərin 90%-i dələduzdur" - İnsanlar necə aldadılır? - MÜSAHİBƏ

Fiziki tərbiyənin mahiyyəti və məqsədi

Fiziki tərbiyənin mahiyyəti və məqsədi

“Olimpiada ruhu uşaqlara erkən yaşlardan aşılanmalıdır”

“Olimpiada ruhu uşaqlara erkən yaşlardan aşılanmalıdır”

Uşaqlara cinsi məsələləri aşılamaq - Valideynlərin etdiyi SƏHVLƏR

Uşaqlara cinsi məsələləri aşılamaq - Valideynlərin etdiyi SƏHVLƏR

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Dünyada MÜƏLLİMLƏR  -maraqlı STATİSTİKA .OXUYUN !

Dünyada MÜƏLLİMLƏR -maraqlı STATİSTİKA .OXUYUN !

Dünyada hər il  müəllimə nə qədər təlabat var-?

Dünyada hər il müəllimə nə qədər təlabat var-?

İnternet uşaqları haraya sürükləyir? - PSİXOLOQ RƏYİ

İnternet uşaqları haraya sürükləyir? - PSİXOLOQ RƏYİ

Pandemiya reytinqə necə təsir edib?

Pandemiya reytinqə necə təsir edib?

Gender bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikasının Qanunu

Gender bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikasının Qanunu

Uşaqları necə tərbiyə etməliyik?

Uşaqları necə tərbiyə etməliyik?

Söhbət məktəblərdə işini bilən, ixtisaslı, işinin öhdəsindən gələn psixoloqlardan gedir...

Söhbət məktəblərdə işini bilən, ixtisaslı, işinin öhdəsindən gələn psixoloqlardan gedir...

Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu

Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu