AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Manşet / Bölgə / Şagird
08 avqust 2025
1 376

BDU-nun Biologiya fakültəsinə 6 ixtisas üzrə tələbə qəbulu aparılır

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsi ölkədə biologiya ixtisasları üzrə liderlik edən elm-təhsil mərkəzidir.

AzTehsil.com xəbər verir ki, Universitetdən  bildirilib, fakültədə 6 kafedra və 13 tədris laboratoriyası fəaliyyət göstərir. Laboratoriyalar müasir avadanlıqlarla təchiz olunub. Bakalavriat səviyyəsində tələbələr II kursdan etibarən kafedralarda aparılan elmi-tədqiqat işlərinə cəlb olunurlar.

Tələbə və magistrantlar BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin nəzdində fəaliyyət göstərən laboratoriyalarda (Biomühəndislik, Mikrobiologiya və virusologiya elmi-tədqiqat laboratoriyaları) tədqiqat aparmaq imkanına malikdirlər.

Fakültədə Botanika və bitki fiziologiyası, Biofizika və biokimya, Molekulyar biologiya və biotexnologiyalar, Zoologiya və fiziologiya, Genetika, ICESCO-nun Biotibbi materiallar kafedraları fəaliyyət göstərir. Müxtəlif elmi istiqamətlər üzrə tədris laboratoriyalarında tələbələrin iştirakı ilə tədqiqatlar aparılır.

Bakalavriat səviyyəsində 6 ixtisas üzrə - biologiya, biologiya müəllimliyi, su bioehtiyatları və akvakultura, biotexnologiya, bitki mühafizəsi və qida mühəndisliyi ixtisasları üzrə mütəxəssis hazırlığı həyata keçirilir.

Biologiya ixtisası üzrə məzunlar fundamental bilik və bacarıqlar qazanmaqla biologiya profilli elmi-tədqiqat institutlarında, sənaye müəssisələrinin (qida, əczaçılıq və s.) laboratoriyalarında, suyun keyfiyyətinə nəzarəti təmin edən laboratoriyalarda, tibb müəssisələri nəzdində fəaliyyət göstərən elmi-tədqiqat laboratoriyalarında çalışa bilərlər.

Biologiya müəllimliyi ixtisası üzrə məzunlar ümumi orta təhsil müəssisələrində (məktəblər, liseylər, gimnaziyalar) biologiya fənnini yüksək peşəkarlıqla tədris edə bilərlər.

Su bioehtiyatları və akvakultura ixtisasını bitirən məzunlar sahə üzrə tələb olunan bilik və bacarıqlara yiyələnərək, balıq, digər şirin su və dəniz məhsullarının artırılması, mühafizəsi, istehsalı ilə məşğul olan müəssisələrdə işlə təmin oluna bilərlər.

Biotexnologiya ixtisası üzrə məzunlar biotexnoloji proseslərə əsaslanan istehsalat müəssisələrində (süd, ət məhsulları, müxtəlif içkilər və digər qida məhsulları, əczaçılıq və s.), aqrar sektorun biotexnoloji laboratoriyalarında, elmi-tədqiqat institutlarında işlə təmin oluna bilərlər.

Bitki mühafizəsi ixtisası üzrə məzunlar Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzdində fəaliyyət göstərən müəssisələrdə, milli parklarda, qoruqlarda və digər mühafizə olunan ərazilərdə, elmi-tədqiqat institutlarında işlə təmin oluna bilərlər.

Qida mühəndisliyi ixtisası üzrə məzunlar təhsil və istehsalat müəssisələrində, xüsusən də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin struktur bölmələri və laboratoriyalarında, elmi-tədqiqat institutlarında işlə təmin oluna bilərlər.

Fakültədə tədris Azərbaycan, rus və ingilis dillərində aparılır.

Həmçinin oxuyun:
Abituriyentlərin nəzərinə: BDU-da 75 ixtisas üzrə qəbul aparılacaq

Abituriyentlərin nəzərinə: BDU-da 75 ixtisas üzrə qəbul aparılacaq

Botanika İnstitutunun Herbari fondu təhlükə altındadır!

Botanika İnstitutunun Herbari fondu təhlükə altındadır!

Təhsil müəssisəsinin maddi-texniki bazası və təhsil infrastrukturu normativləri

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Birləşdiriləcək institutların rəhbərləri kimlərdir?

Birləşdiriləcək institutların rəhbərləri kimlərdir?

“Gələcək hədəfim ölkəmizə Nobel Mükafatı qazandırmaqdır”

“Gələcək hədəfim ölkəmizə Nobel Mükafatı qazandırmaqdır”

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Direktor və rəhbər olmaq istəyənlər üçün LİDERLİK qabilliyəti

Direktor və rəhbər olmaq istəyənlər üçün LİDERLİK qabilliyəti

Ali məktəblərdə ödənişli ixtisaslar üçün - Təhsil haqları müəyyənləşdi - QİYMƏTLƏR

Ali məktəblərdə ödənişli ixtisaslar üçün - Təhsil haqları müəyyənləşdi - QİYMƏTLƏR

Heydər Əliyev Fondu tərəfindən 62 təhsil müəssisəsi istifadəyə verilir

Heydər Əliyev Fondu tərəfindən 62 təhsil müəssisəsi istifadəyə verilir

Bizi məharətli idarəçilik, birlik və həmrəylik xilas edir

Bizi məharətli idarəçilik, birlik və həmrəylik xilas edir

ABC Botanika Bağlarının Beynəlxalq Mühafizəsi təşkilatına üzv seçilib

ABC Botanika Bağlarının Beynəlxalq Mühafizəsi təşkilatına üzv seçilib

“Vergilər" mövzusunda tələbə və magistrantlar arasında 11-ci olimpiadaya yekun vurulub

“Vergilər" mövzusunda tələbə və magistrantlar arasında 11-ci olimpiadaya yekun vurulub

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

Botanika İnstitutunda magistrantların yay imtahan sessiyası başa çatıb

Botanika İnstitutunda magistrantların yay imtahan sessiyası başa çatıb

Akademik Akif Əlizadə: AMEA-da təhsil alan magistrantlar elmi laboratoriyalarda təcrübə keçirlər

Akademik Akif Əlizadə: AMEA-da təhsil alan magistrantlar elmi laboratoriyalarda təcrübə keçirlər

Azərbaycanın nadir bitkilərinin mühafizəsi üzrə beynəlxalq səviyyəli çöl tədqiqatları

Azərbaycanın nadir bitkilərinin mühafizəsi üzrə beynəlxalq səviyyəli çöl tədqiqatları

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Direktor və rəhbər olmaq istəyənlər üçün....Liderlik qabilliyəti...

Direktor və rəhbər olmaq istəyənlər üçün....Liderlik qabilliyəti...

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Təhsilin idarəedilməsi- REFERAT

Təhsilin idarəedilməsi- REFERAT

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb